04.02.2012

Bəs deyilmi?!


Qərbin türkə qarşı düşmənçiliyi, erməni xislətinin şərəfsizliyi...Lalə Ramizqızı

Qərbin türkə qarşı düşmənçiliyi, erməni xislətinin şərəfsizliyi...

Son 100 ildə xristian dünyasının türk-müsəlmanlara münasibətdə artan xətlə həyata keçirdiyi aqressivliklərə nədənsə biz özümüzdə loyal münasibət göstərməyi aşılamışıq. Daha əvvəlki tarixdə də əslində xristian dünyasının maraqlarını özündə ifadə edən Avropa dövlətləri bütün güclərini türkün məhvinə yönəltsələr də, onlar aldıqları adekvat çabaların müqabilində vaxtaşırı öz yerlərini tanımalı olmuşlar.

Amma nədənsə son 100 ilə yaxın müddətdə türkə qarşı eyni münasibətini sürdürən Avropalı xristianlarda nədənsə bir qəbahət axtarmağa çalışmışıq. Sanki onların bu addımını da demokratiyanın doğurduğu bir ehtiyac kimi anlamağa çalışmışıq.
Məhz türk-müsəlman dövlətlərinin xristian Qərbə bu münasibətini iki səbəblə izah etmək olar. Birinci bu dövlətlərə başçılıq edənlər sanki öz toplumlarının yox, Qərbin qarşısındakı sorumluluqlarını hiss edirlər. İkincisi Qərbdən gələn "demokratiya" adlı təxribat türk toplumlarında öz düşmənlərinə yanaşımda konkret istiqamətini dəyişə bilib. Bunu sadə bir faktla ifadə etmək yetərlidir: NATO-nun quru qoşunlarının aparıcı tərəfi olan qardaş Türkiyə bütün fədakarlıqlarına rəğmən elə NATO tərəfindən haqsızlıqlarla üzləşib. Bu həmin NATO-dur ki, Türkiyəni problemlər içində yaşadan PKK-ya belə əməlli-başlı yardımları ilə nə dərəcədə riyakar olduğunu pərdələyə bilmir.
Türkün tarixi düşməni olan ermənilərin sıxı himayəsini öhdəlik kimi qəbul edən Avropadan türkün ən azı müttəfiq kimi nəsə gözləmə hissi bir qədər qəribə görünür. Qondarma erməni "soyqırımı" iddiasını real bir gerçəkliyə çevirmək üçün Fransa senatının qəbul etdiyi qərar isə türkü birdəfəlik hər şeyi olduğu kimi anlamağa yönəltməlidir. İndidən daha bir ipucu qalmamalıdır ki, anormal bir şəxs hesab olunan Fransa prezidenti Sarkozi senatın bu qərarını təsdiq etməyə bilər. Çünki keçən dəfəkindən fərqli olaraq bu dəfə elə Fransanın siyasi həyatına bu məsələni gətirən Sarkozi özüdür.
Fransa da qarışıq Avropa dövlətləri, həmçinin onların hamisi ABŞ çağdaş tariximizdə göz önündə olan Xocalı faciəsi önündə susmaqla nə qədər riyakarlıq edirlərsə, qondarma erməni "soyqırımı"na münasibətdə bir o qədər həyasızlıq edirlər. Hətta bu həqiqəti təkzib etməyə yer qalmır ki, elə bu qondarma soyqırımın ilkin ünvanı da Qərb özüdür. Yəni Qərbin türklə bağlı planları yolunda bu yalançı soyqırım iddiası özü də bir mərhələdir.
İstər Qərbin türkə qarşı dönməz bir düşmənçiliyi, istərsə də erməni xislətinin şərəfsizliyi ayrıca müzakirə mövzusu olmamalıdır. Çünki bütün prizmalardan çılpaq görünən bu həqiqətləri bir daha araşdırmağa lüzum qalmır. Sadəcə olaraq heyrət doğuran işin o tərəfidir ki, türk siyasiləri hələ də Qərbə münasibətdə "səni sevəcəyəm, sən sevməsən də" münasibətindən ayrıla bilmir. Bu gün Türkiyənin baş naziri postunda olan Ərdoğan Avropa İttifaqına girməyi az qala strateji proqram hesab edir. Doğrudanmı, o anlaya bilmir ki, Avropa İttifaqında türkə yer yoxdur?
Bəs deyilmi, bizə düşmən kəsilmiş Qərbin qarşısında əyilməyimiz?! Avropa İttifaqı bu məkana Türkiyəni yaxın buraxmasalar da, öhdəliklər adı altında Türkiyə qanunlarına diktə etdiyi dəyişikliklərə bu dövləti Atatürkə məxsus Cumhuriyyət yolundan belə uzaqlaşdıra bildilər. Tarixə şanlı səhifələr yazmış türkəsgərinin qüruruna zərbə vurdular.
Artıq yetər! Türk elə türk kimi də yaşamağa can atmalıdır. Bu yolun başlanğıcı isə belə bir bəyanatdan keçir: "Tüpürək Fransaya da, onun senatına da. Tüpürək Avropa İttifaqına da, onun drijoru ABŞ-a da. Biz onları tanımadığımız kimi, onların hər hansı bir qərarı da bizim üçün heç nə kəsb etmir".
Bütün baş verənlərin fonunda isə türk özünə qayıda bilməsə onu gözləyən qaçılmaz fəlakətdən qurtara bilməyəcəkdir.

Комментариев нет:

Отправить комментарий