12.02.2012

Təbriz



Bir nəfər vətəndaşımız Təbriz haqqında ağızdolusu danışırdı - həm də həqiqətə uyğun olmayan misallarla. Bu psevdomillətçi az qala iddia edirdi ki, indi əlinə silah alıb, Təbriz uğrunda "vuruşacaq". O taydan yanğı ilə danışırdı, "həsrət-həsrət" deyirdi. Soruşdum, təbrizli bir şair adı çəkə bilərsənmi (həyatda olanlardan)? Dedi - tanımıram. Soruşdum - bəs bir xanəndə? Onu da bilmədi. Dedim bəs bir alim, mütəfəkkir? Bilmədi. Dedim Təbrizdə neçə dəfə olmusan?.. Dedi - mən o tayda olmamışam heç. Vay-vay-vay! Dedim, bəs bu qədər həsrətdən, Təbrizdən, o taydan danışırsan, qardaş, İran vizanı da yığışdırıb, otur maşına, get bir gözünlə gör oraları, gəz, dolan, insanlarla tanış ol, böyük ustad Şəhriyarın məəbərəsini ziyarət et, BU HƏSRƏTƏ SON QOY də!..

Комментариев нет:

Отправить комментарий