13.03.2012

Bakının məşhur art kafesi bağlandı


Bakının mərkəzində, “Araz” kinoteatrının zirzəmisində yerləşən və daha çox “Şirzadın kafesi” kimi məşhur olan kafe-çayxana bağlandı.
Xatırladaq ki, bura Azərbaycanın ədəbiyyat və mədəniyyət adamlarının ən çox toplaşdığı yer idi. Son 10 ildə ədəbiyyatımızda tanınmış imzaların əksəriyyətinin həyatında bu kafe silinməz izlər buraxıb. Burada qeyri-rəsmi şəkildə müxtəlif müzakirələr keçirilib, bəzi ədəbi layihələrin əsası qoyulub.
Məlum olduğu kimi, hazırda “Araz” kinoteatrı təmir işləri ilə əlaqədar müvəqqəti olaraq bağlanıb, sözügedən kafe isə, uzun illər idi ki, kinoteatrın zirzəmisində icarə əsasında fəaliyyət göstərirdi.
Dünən kafenin faliyyətinə xitam verib, hələlik, “Şirzadın kafesi”nin hara köçəcəyi bəlli deyil.

Комментариев нет:

Отправить комментарий