16.03.2012

Eyni soyadda 4 pyes


Qan Turalı


Dünən Kulis.az-da Akademik Milli Dram Teatrında mart ayının ikinci yarısına nümayiş olunacaq tamaşaların repertuarını çap etmişik.
Siyahıya quşbaşı bir nəzər salanda orda iki ad gözə dəyir.
Onlardan biri Elçinin adıdır, digəri isə onun atası mərhum İlyas Əfəndiyevin.
Elçinin iki pyesi repertuardadır: “Qatil”, “Teleskop”.

Bir neçə gün əvvəl isə Elçinin “Şekspir” pyesinin premyerası elə Azdramada olmuşdu. 
İlyas Əfəndiyevin isə “Boy çiçəyi” və “Qarabağnamə” pyesləri də martın ikinci yarısında göstəriləcək.
Kiçik bir əlavə: Gənc Tamaşaçılar Teatrının səhnəsində də Elçinin “Buzovna əhvalatı” pyesi oynanılır.
Üstəlik, bu, heç orijinal pyes də deyil, baş rejissor Cənnət Səlimova bu pyesi Elçnin nəsr əsərləri əsasında tamaşaya qoyub. 
Sizcə, Baş nazirin mədəniyyət məsələləri üzrə müavini üçün bu repertuar çoxmu xoşdur? 
Bu ölkədə tamaşaya qoyulmağa başqa əsər tapılmırmı?
Nəyə görə Azərbaycan klassiklərinin əsərləri repertuarda gözə dəymir? 
Hardadır Mirzə Cəlilin “Ölülər”i, Cavidin “İblis”i, Cəfər Cabbarlının “Od gəlini”?
Bəlkə də teatr rəhbərliyinə heç bir tapşırıq verilməyib, sadəcə olaraq bu, yarınmaq cəhdidir, lakin buna kimisə inandırmaq olarmı?
Baş nazir müavini kimi teatrlar üzərində səlahiyyəti olan, iyerarxik əsaslarla onların fövqündə dayanan dramaturq Elçin Əfəndiyevin Kulis.az-a müsahibəsində məsələ ilə bağlı suala cavabı belə olmuşdu: 
“Bu barədə heç nə deyə bilmərəm, çünki obıvatelin nə dediyi, nəyi birmənalı, yaxud qeyri-birmənalı qarşılaması məni qətiyyən maraqlandırmır və sizi də maraqlandırmasın”.
Yaxşı, biz olaq obıvatel! 
Amma bizim obıvatelliyimiz Baş nazirin müavinini mənəvi məsuliyyətdən azad etmir.
Hərçənd “obıvatel” sözünün mənası özünü düşünən deməkdir, dövlət büdcəsinin təyinatı üzrə xərclənməsini arzulayanlara obıvatel deməzlər.
multiplication.ru мультфильмы смотреть онлайн бесплатно Советские - Стеклянная гармоника 

Комментариев нет:

Отправить комментарий