12.03.2012

Mahaçqalada azərbaycanlı yaraqlının dəstəsinə hücum oldu


Rusiya xüsusi təyinatlıları Eldos Zülfüqarovu və daha bir yaraqlını öldürdü


Dağıstanın Mahaçqala şəhərində Rusiya xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşı olan yaraqlı dəstəsi komandiri öldürülüb. GunXeber.com saytı İTAR-TASS-a istinadən xəbər verir ki, Mahaçqalanın Aeroport şossesi küçəsindəki evlərdən birində gizlənmiş yaraqlılara qarşı əməliyyat bazar günü axşam saatlarında başlayıb. Əraziyə zirehli texnika və xüsusi təyinatlı qüvvələr cəmləşdirilib. Dağıstanda fəaliyyət göstərən radikal islamçı qruplaşmaların tərkibinə daxil olan yaraqlılara təslim olmaq təklif edilib. Lakin onlar təklifi rədd ediblər. 

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə yaraqlılarla bütün gecəni danışıqların getdiyini deyib, mənzildə mühasirəyə alınmış yaraqlılar danışıqlar nəticəsində oradan iki uşaqla bir qadını buraxıblar. Dünən səhər saatlarında isə xüsusi təyinatlılar mənzilə hücum edib, bir nüçə hücum cəhdi zamanı güclü atışma baş verib və sonda iki yaraqlı, habelə mənzildə olan  yaraqlılardan birinin arvadı öldürülüb. Öldürülənlərdən biri Azərbaycan vətəndaşı Eldos Zülfüqarovdur. Onun Dağıstanda fəaliyyət göstərən terrorçu qruplaşmalardan birinin lideri olduğu bildirilir. Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.

Комментариев нет:

Отправить комментарий