13.03.2012

Masallıda ölüm aclığı başlayır


İcra başçısı rayon sakinlərini son varianta əl atmağa məcbur edir


Masallı sakinləri ölüm aclığına başlayacaqlar. Bu barədə Masallı Ziyalılar Birliyinin üzvlərinin bu gün RATİ-nin ofisində keçirdiklıəri mətbuat konfransında bildirlib. Birliyin sədri Məmmədağa Eynullayev bildirib ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əməllərindən təngə gəliblər. Onun sözlərinə görə, Q.Ağayevin zülmündən cana doyublar. M.Eynullayevin sözlərinə martın 22-də rayon camaatı ölüm aclığna başlayacaq: “Belə getsə Masallıda Quba hadisələri baş verəcək. Bundan əvvəl də aksiya keçirmişik. Bu dəfə isə ölüm aksiyasına başlayacağıq. Biz Qəzənfər Ağayevlə bağlı ölçü götürülməsini tələb edirik”.

Комментариев нет:

Отправить комментарий