Страницы

23.05.2012

Baxışıvı əsirgəmə

Xosrov Barışan

ORMAN

Göz önündə ormanım;
Xəzan gəlib
Güz mövsümü...
Düşdü yapraq
Mən düşürəm.
Yığırsan günlərimi
Ömür adlı bir ağac...
Yel də kərvanın sürür...
Gör necə fışıldayır...
Götürürsən addımı,
               Naqus çalır
                Zınqıro, dıngıro,
                                     
Xış...
                                       Xış...
                                        Xış...
Geçəndə yel dibindən
         Təbiət sızlayaraq
          Bayquşlar fışqa çalır!
Qarıltı mərsiyəsin
                Qarqalar
                  Çalırlar A..!
                    Hey çalırlar..!
 Və mən;
  Kölgəsində ilanın
                 Yatmamış,
                  Nə’rə çəkən bir aslanam. 

DƏNİZ, QIYI SƏNFONİSİ

Dəniz gözlüm
  Baxışıvın dalğaları
       Ürəyimin qıyısına
                   Damğa vurur...
***
Dəniz, qıyı sənfonisin
 Dəniz quşun dinləyərək
                    Tez qoşuram.

BİR ANDA DA...
           
Mən...
   Sən...
Çırpıntılar,
     Ürəyimdə....
         Ürəyində...
Çırpınışın dalğaları,
                 Duyğularım...
                    Duyğuların...
Dalğaların hayxırışı,
                   Sevgilərim...
                      Sevgilərin...
Hayxırışın ilişməsi...
 Körpülərin oluşması...
Və sevdamız...
Bir anda da,
       Zəlzələlər,
Vay Ayrılıq...
Çata cummuş gələcək!!!

FİDAN

Baxışıvı əsirgəmə,
  Gözlərimin baxçasına.
Cücərən bir fidanam,
                           Nəfəsi
                                  Bil
                                   Baxışında çəkirəm. 

Özü haqqında: Xosrov Solh Konəndə Sərdəri 1983-üncü  ildə Təbriz şəhərində dünyaya göz açdı. Onun şeirlərinin çoxu sərbəst, iki beytli, qəzəl qalıbındadırlar. Ancaq şair hər üç qalıbda da yenilik yaratmağa çalışır. Xosrov öz təxəllüs adını Barışan seçibdir. Bu ad öz soy adının Türkcə anlamıdır. O bilimyurdunda oxuyan illərdə Aşina adlı derginin ədəbi başyazarlığını  üstələnmişdi. Ayrica iki şeir özəl sayısı dərgisinin (Şəm-i xəyal adlı) başyazarlığını da üstələnmişdi. Şeirdən əlavə, Barışan hekayə yazmağa da maraqlı birisidir. Elektron ünvanı: barishan1983@yahoo.com, barisan@box.az

Комментариев нет:

Отправить комментарий