23.05.2012

“Ssenaridəki rolumu məsuliyyətlə oynamalıyam”

Rövşən Yerfi “TEZ-BAZAR”da

-Özünüzü 2 sözlə təqdim edin.
-Adicə yazıçı.

-Sizi necə təqdim edəndə razı qalırsınız?
-Olduğum kimi.

-“Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Özünü təsdiqə çalışan...

-Dost..
-Qardaş əvəzi.

-İlk sevginiz?
-Uşaqlıq nağılı.

-Əsas ixtisasınız?
-Kitabxanaşünas-biblioqraf.

-İstifadə etdiyiniz nəqliyyat növü?
-Yeraltı “tramvay”...


-Sevdiyiniz maşın markası?
- Oka.

-Sevdiyiniz brend?
-Hələ ki, seçməmişəm.

-Sevdiyiniz saç düzümü?
-Qısa.

-Sevdiyiniz rəng?
-Qara, ya da bönəvşəyi.

-Ən çox bəyəndiyiniz ölkə və şəhər?
-Təkcə Rusiyanı görmüşəm. Kaluqa.

-Sevdiyiniz yemək?
-Hər növ qızartma.

-Ən çox istifadə etdiyiniz söz?
-Olana şükür.

-Leksikologiyanıza yad olan söz?
- İşində ol...

-Sizi nə həyəcanlandıra bilər?
-Uşaq ağlaması.

-Ən çox sevvdiyiniz kitab?
-“Dahi”, ”Amerika faciəsi”.

-Ən çox sevdiyniz yazar?
-Drayzer, Mopassan.

-Ən çox bəyəndiyiniz ifaçı?
-Barış Manço, Flora Kərimova.

-Ən çox bəyəndiyiniz musiqi janrı?
-Sakit və sözü olmayan musiqilər.

-Özünüzdə qeyri-adi istedad hiss edirsinizmi?
-Təəssüf ki, qazanclı işlərdə yox...

-Mənfi xüsusiyyətiniz?
-Tənbəllik.

-İdeal insan necə olmalıdır?
-Nəfsinə sahiblik etməyi bacarmalıdır.

-Özünüzü ideal insan hesab edirsizmi?
-Bacarsaydım istərdim.

-Sizi özünüzdən nə çıxara bilər?
-Qəlbə toxunan haqsızlıq.

-Həyat fəlsəfənizi ifadə edin.
-Mən ssenaridəki rolumu məsuliyyətlə oynamalıyam.

-Siz xoşbəxtsinizmi?
-Şükür, Allah malik olduqlarımı itirməkdən qorusun.

-Bədbəxtliyin xüsusi düsturu varmı?
-Sonu düşünülməyən hərislik.

-Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
-Keçənə güzəşt edərlər.

-Ölüm niyə ölmür?
-Ölüm olmasa maddi dünyanın düzəni pozular...

-Dinlərə münasibətiniz?
-Fövqəlqüvvənin varlığına inanıram.

-Kimdən və nədən xilas olmaq istərdiniz?
-Qeyri-səmimi olan hər şeydən...

-Falçıya inanırsanmı?
-Bir o qədər yox.

-Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
-Heç birini istəməzdim.

-Sevinciniz nə qədərdir?
-Çalışıram ki, qədərini ötməsin.

-İnsanların hansı xüsusiyyətinə dəyər verirsiniz?
-Mənəvi səviyyəsinə görə.

-Bağlayıcılardan çoxmu istifadə edirsini?
-Yeri gələndə.

-Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
-Məqamına baxır.

-Gülməyi xoşlayırsız, yoxsa güldürməyi?
-Heç birini.

-Mənə sualınız?
-“Tezbazar” olan iş, ucuz ətin şorbasına bənzəyər. Bu qaçaqaçla nə əldə edəcəksiz?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий