09.08.2012

Sayman Aruz - Bakı

Bakı, yaman gündəsən
səndə yaşamaq olmur.
Boyaya bürünmüsən
Xoşbəxtlik yamağ olmur!

Ağır-hündür binalar
boyunu soxub yerə
Bu qalstuklu adamlar
boynunu soxub yerə.

Gələcəyin qorxulu
keçmişin maraqlıdır.
Səndə yüksəlmək Bakı
yaltaqlığa bağlıdır!

Ortamızda siqaret
ortamızda tüstü var
Bu kimliksiz şairlər
bu naməhrəm pusqular!

Göydələnlə qüruru
ala bilməzsən geri
Du ayağa mərd dayan
yeri Bakı can, yeri...

Комментариев нет:

Отправить комментарий