10.08.2012

SURİYA ORDUSU HƏLƏB ŞƏHƏRİNİ TAMAMİLƏ TƏMİZLƏDİ


Terrorçuların toplaşdığı Səlahəddin məntəqəsi ələ keçirildi

Shamnews.net saytının verdiyi məlumata görə, Suriya ordusu Hələb şəhərində terrorçuların sonuncu dayağı olan Səlahəddin məntəqəsini ələ keçirib. “Ummul-məarik” adlı əməliyyat zamanı yüzlərlə terrorçu məhv edilib, bir çoxu isə özlərini ordu qüvvələrinə təslim ediblər. Ordu, təmizləmə əməliyyatlarının istər Hələb daxilində, istərsə də şəhər ətrafında tamamilə tamamlanması üçün daha bir neçə günə ehtiyac olduğunu bildirib. Hazırda terrorçular qaçaraq əs-Sukra qəsəbəsinə yığışıblar. Döyüşlər zamanı üsyançıların Hələb şəhərindəki rəhbərinin qardaşı oğlu Əyyuhum əl-Əkidi də bir neçə nəfərlə birgə qadın paltarında qaçmaq istəyərkən Suriya ordusu tərəfindən öldürülüb.

Комментариев нет:

Отправить комментарий