09.08.2012

Tarixin sonu?

 Frensis Fukuyama

...Liberalizmin yaşamağa qabil heç bir al-ter-nativi qalmamış-dır. ...Tarixin sonun-da meydana gələn dövlət ...insanın ayrıl-maz azad-lıq hüququnu tanıdığına... görə liberal, təbəələrin razı-lığına əsasən mövcud olduğuna görə isə demokratik döv-lətdir.Təxminən son onillikdə cərəyan edən hadisələri izləyərkən ümumdünya tarixində nə isə əsaslı bir hadisənin baş verdiyi hissindən uzaqlaşmaq çətindir. Ötən il “soyuq müharibə”-nin sonunu və “sülh”ün bərqərar olduğunu elan edən çoxlu məqalə yazılmışdır. Fəqət bu materialların ək-səriyyətində əsaslı məsələləri təsadüfi olanlardan ayırmağa imkan verən konsepsiya yoxdur; onlar səthidir.
Belə ki, əgər cənab Qorbaçov Krem-ldən qovularsa və hər hansı yeni ayətullah minillik şahlıq dövrü elan edərsə, bu icmalçıların özü dərhal münaqişələr erasının bərpa olunduğunu elan et-məyə tələsəcəklər.Ancaq gedən prosesin fundamental xarakter daşıması, onun cərəyan edən hadisələrə rabitə və nizam verməsi barəsində anlayış artmaqdadır. İdeoloji zorakılığın paroksizmi XX əsrdə gözlərimiz qarşısında bütün dünyanı bürümüşdü, liberalizm əvvəlcə mütləqiy-yətin qalıqları, sonra isə bolşevizm və faşizmlə, nəhayət, bizi nüvə müharibəsi girda-bına sürük-ləməklə hədələyən ən yeni marksizmlə mübarizə etmək məcburiyyətində qalmışdı. Baş-lanğıcda Qərb liberal demokratiyasının tam qələbəsinə əmin olan əsr indi, nəhayət, nədən başlamışdısa, ona — hələ bu yaxınlara qədər fərz olu-nan “ideologiyanın sonu” və yaxud kapitalizmlə sosializmin uyğunlaşmasına deyil, iqtisadi və siyasi liberalizmin şəksiz qələbəsinə qayıdır. Qərbin, qərbçiliyin qələbəsi ona görə şəksizdir ki, libera-liz-min yaşamağa qabil heç bir alternativi qalmamışdır. Son onillikdə ən iri kommunist ölkələrində intellektual mühit mühüm islahatlara məruz qalmağa başlayaraq dəyişilmiş-dir. Bu fenomen yüksək siyasətin çərçivələrindən kənara çıx-ır, onu Qərb istehlakçı mədəniyyətinin ən müxtəlif formalarda geniş yayıl-masında... müşahidə edirik.Şahidi olduğumuz hadisələr sadəcə olaraq “soyuq müharibə”nin və yaxud müharibədən sonrakı dövrün növbəti mərhələsinin sonu deyil, özlüyündə tarixin sonudur, bəşəriyyətin ideoloji təkamülünün və idarəetmənin bit-kin forması kimi Qərb liberal demokratiya-sının universal xarakter al-masının başa çatdırılmasıdır. Lakin bu o demək deyildir ki, bundan sonra daha heç bir hadisə baş verməyəcək və “Forin Affearz”ın beynəlx-alq münasibət-lərə dair illik icmallarının səhifələri boş qalacaqdır, liberalizm hələlik yalnız ideyalar, şüur aləmində qalib gəlmişdir; real, maddi aləmdə qələbəyə hələ çox var. Ancaq ciddi əsaslar söyləməyə imkan verir ki, məhz bu ideal aləm son nəticədə maddi aləmi müəyyənləşdirəcək-dir. Bu prosesin mahiyyətini anlamaq üçün əvvəlcə tarixdə baş verən dəyişikliklərin təbiəti ilə əlaqədar bəzi nəzəri məsələləri araşdır-malıyıq.
I
Tarixin sonu haqqında təsəvvürü orijinallıq kimi qəbul etmək olmaz. Onun ən məşhur təbliğatçısı Karl Marks olmuşdur. O hesab edirdi ki, maddi qüvvələrin qarşılıqlı əlaqəsi ilə müəyyənləşən tarixi inkişaf məqsədyönlü xarakter daşıyır və bütün ziddiy-yətləri həll edəcək kommunist utopiyasına çataraq bitəcəkdir. Tarixin bu konsepsiyasını (əvvəli, ortası və sonu olan dialektik proses kimi) Marks özünün böyük alman sələfi G.V.F.Hegeldən əxz etmişdi.Bunun pis, yoxsa yaxşı olmasından asılı olmayaraq, Hegel tarixiliyinin bir çox cəhətləri bu gün əqli biliyi-mizin tərkib hissəsini təşkil edir. İnsan şüurunun sosial qu-rumların qəbilə-tayfa, quldarlıq, teokratiya və nəhayət, demokratik eqalitarizm kimi konkret formalarına uyğun gələn bir sıra mərhələləri keçməsi haqqında təsəvvür bu qəbil-dəndir. Hegel filosof-ların içərisində birinci olaraq müasir ictimai elmin dilində danışmağa başlamışdır. Onun üçün insan “təbii hüquq” nəzəriyyəçilərinin hesab etdik-ləri kimi, bu və ya digər “təbii” atribut-ların məcmusu deyil, konkret tarixi və ictimai mühitin məhsuludur. Və təbiətə yiyələnərək onu elm və texnikanın köməyi ilə dəyişdirmək ideyası Marksa deyil, Hegelə məxsusdur. Tarixi relyativizmdən tout court relyativizmə enmiş son-rakı tarixçilərdən fərqli olaraq Hegel hesab edirdi ki, tarix müəyyən mütləq anda zirvə nöqtəsinə çatır, məhz həmin anda cəmiyyətin və döv-lətin bitkin, ağlabatan forması qalib gəlir.Bədbəxtlikdən, çoxları Hegeli Marksın sələfi kimi tanıyır və ona marksizm prizma-sından baxırlar; çox az adam onun əsərləri ilə birbaşa tanış olmaq əziyyətinə qatlaş-mış-dır. Hegeli təfsirçi marksistlərdən xilas etmək və onu müasir dövr üçün əhəmiyyət kəsb edən bir filosof kimi həyata qaytarmaq cəhdlərini az-çox fransız tədqiqatçıları etmişdilər. On-ların içərisində rus mühaciri, parlaq intellektual Aleksandr Kojev xüsusilə fərqlənirdi.Kojev “Ruhun fenomenologiyası” dövrü Hegelini  1806-cı ildə tarixin sonunun yaxın-laşdığını elan etmiş Hegeli dirçəltmək istəyirdi. Çünki hələ onda Hegel Prussiya monarxiyasının Napoleon tərəfindən məğlub edilməsində Fransa inqilabı ideallarının qələbəsini, azadlıq və bərabərlik prinsiplərini özündə cəmləşdirmiş dövlətin yetiş-məkdə olan universallaşdırılmasını görürdü. Kojev israr edirdi ki, əslində Hegel haqlı imiş. Yena ətrafında döyüş tarixin sonunu bildirirdi, belə ki, məhz həmin anda bəşəriyyətin avanqardının köməyi (bu termin marksistlərə yaxşı tanışdır  F.F.) ilə Fransa inqilabının prinsipləri həyata keçirildi. 1806-cı ildən sonra da hələ çox iş qalırdı  köləlik və kölə alverinin ləğvi irəlidə idi, fəhlələrə, qadınlara, zənci-lərə və başqa irqi azlıqlara seçki hüququ vermək lazım idi və s. Ancaq liberal-demokratik dövlətin prinsiplərinin özü o vaxtdan artıq yaxşılaşdırıla bilməzdi. Əsri-mizdə baş vermiş iki dünya müharibəsi, onların ardınca inqilab və çevrilişlər bu prinsiplərin daha geniş ərazilərə yayılmasına kömək et-di. Nəticədə əyalət sivilizasiyanın ön mövqeyinə çıxdı, Avropa və Şimali Amerikanın cəmiyyətləri isə liberalizm prinsip-lərini həyata keçirmək üçün sivilizasiyanın ön cərgəsinə keçdilər. Tarixin sonunda meydana gələn dövlət qanunlar sistemi vasitəsilə insanın ayrılmaz azadlıq hüququnu tanıdığına və müdafiə etdiyinə görə liberal, təbəələrin razılığına əsasən möv-cud olduğuna görə isə demokratik dövlət-dir. Kojevə görə, onun təbirincə, bu “universal homogen dövlət” müharibədən sonrakı Qərbi Avropa ölkələrində, ən nəhəng və cəsur layi-hə--ləri Ümumi bazardan ibarət olan bu süst, tox, özündənrazı, yalnız özləri ilə məşğul olan, zəif iradəli dövlətlərdə gerçək həyata tətbiq edildi. Başqa cür ola bilərdimi? Bəşər tari-xi öz münaqişələri ilə “ziddiyyətlər”in mövcudluğuna əsaslanır: qədim insanın şəxsiyyət kimi tanınmağa can atması, ağa-qul dialektikası, təbiətin dəyişdirilməsi və ona sahib çıxması, ümumbəşəri hüquqlar uğrunda mübarizə və proletariatla kapitalistlər ara-sı-nda dixatomiya bu qəbildəndir. Universal dövlətdə isə bütün ziddiyyətlər həll edilmiş və bütün tələbatlar ödənilmişdir. Mübarizə və ciddi münaqişələr yoxdur, ona görə gene-rallara və dövlət xadimlərinə də ehtiyac yoxdur; yerdə qalan isə, əsasən, iqtisadi fəaliy-yətdən ibarət-dir. Demək lazımdır ki, Kojev həyatda da öz təliminə əməl edirdi. O hesab edirdi ki, düzgün başa düşülən Hegel mütləq biliyə nail olduğuna görə filosof-lar üçün heç bir iş qalmamışdır. Ona görə də Ko-jev müharibədən sonra müəllimliyi tərk etmiş və 1968-ci ildə vəfat edənə qədər Avropa İqtisadi Birliyində (AİB) məmur işlə-miş-dir. Kojev tərəfindən tarixin sonunun elan edilməsi, əlbəttə, müasirləri üçün fransız intel-lektualının dünya müharibəsi və başlanmaqda olan “soyuq müharibə”nin nəticələri ilə bağlı tipik ekssentrik solipsizmi kimi görünürdü. Hər halda, Kojev tarixin qurtardı-ğını hansı cəsarətlə iddia edirdi? Bunu başa düşmək üçün biz bu iddianın Hegel idealizmi ilə əlaqəsini araşdırmalıyıq.
II
Hegel üçün tarixi hərəkətə gətirən ziddiyyətlər, hər şeydən əvvəl insan şüuru dairəsi-ndə, yəni ideyalar  Amerika siyasətçilərinin seçkiqabağı bayağı vədləri deyil, dünya-nın geniş birləşdirilmiş cəhətlərini əks et-dirən ideyalar səviyyəsində mövcuddur; onları ideologiya adlandırmaq daha yaxşı olardı. İdeologiya, eyniləşdirilməyə adət etdiyimiz kimi, siyasi doktrina ilə üst-üstə düşmür, ancaq hər hansı cəmiyyətin əsasında dayanan din, mədəniyyət və mənəvi dəyərləri də özündə birləşdirir.Hegelin ideal, real və maddi aləmin əlaqəsinə baxışı çox mürəkkəbdir. Ondan başlayaq ki, onun üçün onların arasında fərq zahiridir. Hegel üçün real aləm fəlsəfə professor-larının ideoloji xurafatından asılı deyil; ancaq demək olmaz ki, ideal olan onun üçün “maddi” aləmdən ayrılıqda mövcuddur. Hegel özü də professor olmaqla Yena döyüşü kimi bir maddi hadisənin təsiri altında bir müddət çaşıb qalmışdı. Amma əgər, bir tərəfdən, Hegelin yazarlığına və düşüncəsinə maddi aləmdən atılmış güllə son qoya bilərdisə, digər tərəfdən, tətiyin üzərindəki barmaq, öz növbəsində, Fransa inqilabını ruhlandır-mış azadlıq və bərabərlik ideyası ilə hərəkətə gətirilirdi.Hegel üçün maddi aləmdə insanın bütövlükdə özünü aparması, buradan da bütün bəşər tarixinin kökü şüurun əvvəlinci vəziyyətindən irəli gəlir... Şüur nəticə deyil, səbəbdir və o, maddi aləmdən kənar inkişaf edə bilməz; ona görə də bizi əhatə edən hadisələr burulğanının əsl səbəbi ideologiy-adır.Sonrakı mütəfəkkirlərin əsərlərində Hegel idealizmi miskin vəziyyətə salındı. Marks şüurun əhatə dairəsində olan dini, incəsənəti və fəl-səfənin özünü həlledici maddi istehsal vasitələri ilə əsaslandırdığı “üstqurum”un siyahısına keçirərək ideal və real aləm arasında əlaqəni tər-sinə dəyişdi. Marksizmin daha bir hüznlü mirası ondan ibarət-dir ki, biz siyasi və tarixi hadisələrin maddi və əməli izahlarına meylli olmuşuq; biz ideyaların müstəqil gücünə inanmaqdan çəkinirik. Buna sonuncu nümunə Pol Kennedinin böyük uğur qazanmış “Böyük dövlətlərin yüksəlişi və süqutu” kitabıdır. Orada böyük dövlətlərin süqutu çox sadə  iqtisadi gərgin-ləşmə ilə izah olunur. Əlbəttə, burada müəyyən həqiqət vardır: iqtisadiyyat özünü güclə saxlayan imperiya müflisliyi haqqında sonsuz etiraflarla yaşaya bilməz. Ancaq cəmiyyətin öz ümummilli məhsulunun 3, yaxud 7 faizini nəyə  müdafiəyə, yoxsa istehlak ehtiyaclarına ayıracağı haqqında məsələ bu cəmiyyətin siyasi prioritetlərinə daxildir, axırıncılar isə şüur dairəsində müəyyən olunur. Müasir düşüncənin materialist meyli təkcə marksizmə rəğbət bəsləyən sol-lar üçün deyil, bir çox qızğın antimarksistlər üçün də səciyyəvidir. Məsələn, deyək ki, “Uoll strit cornel” jurnalının materialist determinizmi sağ qanada dayanır. O, ideologiya və mədə-niy-yətin əhəmiyyətini tanımır, insana mahiyyətcə yüksək gəlir dalınca qaçan ağıllı fərd kimi baxır. İqtisadiyyata dair dərsliklərdə məhz bu tip insanları onu hərəkətə gətirən maddi stimullarla birlikdə iqtisadi həyatın əsası kimi götürürlər. Bu materialist baxışların şübhəli tərəflərini misalla göstərək.Maks Veber özünün məşhur “Protestant etikası və kapitalizmin ruhu” kitabını protestant və katoliklərin iqtisadi fəaliyyətindəki fərqləri göstərməklə başlayır. Bu fərqlər belə bir zərb-məsəldə ümumiləşdirilmişdir ki, “protestantlar şirin bar alır, katolik-lər şirin yuxuya dalırlar”. Veber qeyd edir ki, insanı yüksək gəlir dalınca qaçan ağıllı var-lıq hesab edən hər hansı iqtisadi nəzəriyyəyə uyğun olaraq tariflərin yüksəldilməsi əmək məhsuldarlığının artmasına gətirib çıx-armalıdır. Lakin bir çox ənənəvi kəndli icma-larında bu, əks nəticə verir  daha yüksək tariflər qoyularkən gündə iki marka yarım qazanmağa adət et-miş kəndli az işləməklə elə həmin məbləği qazanmaq imkanı olduğunu başa düşür və elə də hərəkət edir. Gəlirə deyil, asudə vaxta, sonra afinalı tacirin fira--van dolanışığına deyil, spartalı hoplitin hər-biləşdirilmiş həyat tərzinə, ya da hətta aristokratın ənənəvi vaxt keçir-məsinə deyil, ilkin kapitalizm dövrü sahibka-rı-nın asket həyatına üstünlük verilməsini maddi qüvvələrin simasız hərəkətləri ilə izah etmək olmaz; seçim əsasən şüur sahəsində, ideologiyada baş verir.Veberin əsərinin mərkəzi mövzusu, Marksın əksinə olaraq, belə bir tezisi sübut etməyə yönəlir ki, kökləri din və mədəniyyətdə olan maddi istehsal üsulu “bazis”ə deyil, “üstqu-rum”a aiddir. Əgər biz müasir kapitalizmin və gəlirin motivlərinin nə olduğunu başa düşmək istəyiriksə, Veberə görə, hər ikisinin şüur sahəsində olan ilkin şərtləri öyrənilməlidir.Müasir dünya iqtisadi inkişafın materialist nəzəriyyələrinin acizliyini çılpaqlığı ilə göstərir. “Uoll strit cornel” jurnalının materialist de-terminizm məktəbi azad bazar iqtisadiyyatının həyataqabilliyinə sübut kimi Asiyanın son bir neçə onilliklər ərzində əldə etdiyi heyrətamiz iqtisadi uğuru misal göstərməyi xoşlayır; nəticə çıxarırlar ki, başqa cəmiyyətlər də öz əhalisinə sərbəst şəkildə maddi maraqları rəhbər tutmağa imkan ver-səydi, onlar da belə uğurlar qazanardı. Əlbəttə, azad bazar və sabit siyasi sistem iqtisadi yüksəlişin vacib şərtidir. Lakin o da şübhəsizdir ki, Uzaq Şərq cəmiyyətlə-rinin mədəni irsi, əmək, ailə həyatı etikası, qənaətcilliyi, islamdan fərqli olaraq, iqtisadi davranış sahəsinə heç bir məhdudiyyət qoymayan dini və özünə yer etmiş digər mənəvi keyfiyyətləri on-ların iqtisadi fəaliyyətini izah edərkən heç də az rol oynamır. Bununla belə, materializm beyinlərə elə təsir edib ki, iqtisadi inkişafın ciddi müasir nəzəriyyələrindən heç biri şüur və mədəniyyəti qəbul etmir və görə bilmir ki, bu, mahiy-yətcə iqtisadiyyatın ana qucağıdır. İqtisadi davranışın şüur və mədəniyyətlə şərtləndiyini başa düşməmək geniş yayılmış səhvə gətirib çıxarır — təbiətinə görə ideya ilə bağlı olan hadisələri də maddi səbəb-lə-rlə izah edirlər. Məsələn, Çin islahatı, son vaxtlar isə Sovet İttifaqında aparılan islahat da adətən maddinin id-eya üzərində qələbəsi kimi şərh olunur. İzah etməyə çalı-şır-lar ki, ideoloji stimullar maddi marağı əvəz edə bilmədi və irəliləyiş əldə et-mək üçün şəxsi mənfəətin adi formalarına söykənmək lazımdır. Ancaq sosialist iqtisadiy-yatının ciddi qüsurları hələ otuz, yaxud qırx il bundan öncə hamıya aydın idi. Onda nə üçün sosialist ölkələri mərkəzləşdirilmiş planlaşdırmadan yalnız 80-ci illərdə imtina etməyə başladı? Cavabı “katolik” yoxsulluğu və təhlükəsiz yaşayış tərzindən imtina edib “protestant” firavanlığı və risqli həyata üstünlük verməyi qərara almış elitanın və onun liderlərinin şüurunda axtarmaq lazımdır. Bu isə heç bir halda bu ölkələrin islahat ərəfəsində yaşadıqları maddi şəraitin labüd nəticəsi deyildi. Əksinə, dəyişiklik ona görə baş verdi ki, bir ideya digərinə qalib gəldi... Mənim Hegelin radikal idealist baxışlarını xırdalıqlarına qədər müdafiə etmək üçün burada nə yerim, nə də taqətim var. Məsələ onun sisteminin düzgün olub-olmamasında deyil, ondadır ki, çox vaxt olmalıymış kimi qəbul etdiyimiz materialist yanaşmaların problema-tik-liyi onun işığında nə qədər aydın görsənir. Söhbət maddi amillərin bütöv-lükdə inkar edilməsindən getmir. İdealistin baxışına görə, insan cəmiyyəti onların maddi aləmlə uzlaşdırılıb–uzlaşdırılma-masından asılı olmayaraq ix-tiyari seçilmiş hər hansı prin-sip-lərin əsasında qurula bilər. Həqiqətən də, insanlar sübut etmişlər ki, onlar ideya naminə istənilən maddi əziyyətlərə dözməyə qadirdirlər...Ancaq bir halda ki, maddi aləmi insanın qəbul etməsinin özü bu aləmin dərk olunması ilə şərtlənir, onda maddi aləm də şüurun konkret vəz-iyyətinin yaşamağa qabil olmasına tam təsir edə bilər. Məsələn, inkişaf etmiş liberal iqtisadiyyata xas zəngin maddi bolluq və onun əsasında ən rəngarəng istehlak mədəniyyəti siyasi dairədə liberalizmi təbliğ və müdafiə edir. Maddi determinizmə görə, liberal iqtisadiyyat labüdən liberal siyasəti doğurur. Mən isə hesab edirəm ki, əksinə, iqtisadiyyat da, siyasət də şüurun onlardan qabaq mövcud olmuş vəziyyətinin nəticəsidir. Şüurun liberalizm üçün əlverişli vəziyyəti, əgər o, yuxarıda qeyd etdiyimiz bolluqla təmin olunubsa, tarixin sonunda sabitləşir. İndi yekunlaşdıra bilərik ki, ümumbəşəri dövlət iqtisadi sahənin azad video və stereo satışı ilə uzlaşan siyasi sahədə liberal demokratiyadan ibarətdir.
III
Doğrudanmı biz tarixin sonuna çatmışıq? Başqa sözlə, müasir liberalizmin həll etməkdə gücsüz olduğu, lakin hər hansı alternativ siyasi-iqtisadi quru-luş çərçivəsində həll edilə bələn əsaslı ziddiyyətlər hələ də qalıbmı? İdealist mövqelərdən çıxış etdiyimizə görə cavabı da ideologiya və şüur dairəsində axtarmalıyıq... Biz liberalizmə qarşı çıxan (o cümlədən, cür-bəcür səfeh “peyğəmbərlər” tərəfindən) bütün çağırışları araşdırmaq fik--rin-də deyilik. Albaniya və yaxud Burkina-Faso sakinlərinin beyninə hansı fikirlərin gəlməsinin elə bir əhəmiyyəti yoxdur. Bizi bütün bəşəriyyət üçün ümumi ideoloji fond yaradan fikirlər maraqlandırır.Başa çatmaqda olan yüzillikdə liberalizm iki sınağa: faşizm və kommunizm sınağına dözməli olmuşdur. Birinciyə görə, Qərbin zəifliyi onun ma-terializmi, mənəvi pozğun-luğu, vəhdə-tin itirilməsi, liberal cəmiyyətlərin əsaslı ziddiyyətlərinin mahiyyətindən irəli gəlir; faşizm baxışına görə, onları yalnız güclü dövlət və milli müstəsnalıq ideyasına arxalanan “yeni insan” həll edə bilərdi. Faşizm yaşamağa qabil ideologiya kimi İkinci dünya müharibəsi ilə məhv edildi... İdeyanın özü uğursuzluğa düçar oldu... Məsə-lənin kökü ondan ibarətdir ki, sonsuz münaqişələr və son nəticədə hərbi fəlakətlər vəd edən ekspan-sionist ifrat millətçilik bütün cəlbedici keyfiyyətlərindən məhrum oldu. Bu ideologiya Reyxin xara-balıqları altında, Xirosima və Naqasakiyə atılmış atom bombaları altında təkcə maddi cəhətdən deyil, həmçinin şüur səviyyəsində də məhv oldu...Liberalizmin məruz qaldığı ikinci ideoloji sınaq daha ciddi idi. Marks Hegelin dili ilə israr edirdi ki, liberal cəmiyyətə əsaslı, həlledilməz ziddiyyət xasdır: bu, kapital və əmək arasında ziddiyyətlərdən ibarətdir. Sonralar bu iddia liberalizmə qarşı əsas ittiham kimi səslənirdi. Söz yox ki, Qərb sinfi məsələni müvəffəqiy-yətlə həll et-mişdir. Koje-vin (digərləri ilə yanaşı) qeyd etdiyi kimi, müasir Amerika eqalitarizmi Marksın söylədiyi sinifsiz cəmiyyətdən başqa bir şey deyildir. Bu o demək deyildir ki, Amerika Birləşmiş Ştatlarında varlı və yoxsul yoxdur və onların arasında fərq son illərdə artmamışdır. Lakin iqtisadi bərabərsizliyin kökləri eqalitar və təkrar bölüşdürücü cəmiyyətimizin hüquqi və sosial strukturunda deyildir; məsələ cəmiyyətimizə keçmişdən miras qalmış mədəni və sosial xüsusiyyətlərlə bağlıdır. Birləşmiş Ştatlardakı zənci problemi liberalizmin yox, formal ləğv edildikdən sonra da uzun müddət qalmış köləliyin məhsuludur.Sinfi məsələnin ikinci plana keçməsi ilə əlaqədar tam cəsarətlə demək olar ki, Qərb dünyasında kommunizmin cazibədarlığı Birinci dünya müharibəsindən sonra ən aşağı səviyyəyə enmişdir. Bunu istənilən sahədə yoxlamaq olar. Avropada əsas kommunist partiya-larının üzvləri və seçicilərinin sayının azalması ilə, onların açıq təftişçi proqram-ları ilə, Böyük Britaniya və AFR-də, ABŞ və Yaponiyada bazarın lehinə, etatiz-min əley-hinə çıxış edən konservativ partiyaların seçkilərdə müvəf-fəqiyyəti ilə... Gələcəyin sosializmə məx-sus olduğunu düşünənlər cəmiyyətlə-rinin real siyasi şüuru üçün çox qoca və yaxud köhnə-dirlər... Əs-rin lap əvvəlində Asiya idxal edilən Qərb ideologiyalarının mübarizə mey-danına çevrildi. Birinci dünya müharibəsindən sonra Asiyada liberalizm çox zəif idi; asanlıqla yaddan çıxarırlar ki, cəmisi 10–15 il əvvəl Asiy-anın siyasi gələcəyi necə ümidsiz görünürdü...Liberalizmin Asiya alternativlərindən ilk əvvəl məğlub ediləni Yaponiya imperiyasının təmsil etdiyi faşizm oldu. Alman variantı kimi o da Amerika silahının gücü ilə məhv edildi; qalib tərəf Yaponiyaya liberal-demokratiyanı qəbul etdirdi. Yaponlar, əlbəttə, Qərb kapitalizmini və siy-asi liberalizmi tanınmaz dərəcədə dəyişdirdilər. Bir çox amerikalı-lar indi başa düşürlər ki, yapon sənayesinin təşkili Amerika və Avropanın-kından çox fərqlənir, hakim Liberal-Demokrat Partiyasının daxilindəki fraksiya manevrlərini isə çox böyük şübhə ilə demokratiya ad-landırmaq olar. Buna baxmayaraq, iqtisadi və siyasi liberalizmin mühüm ün-sürlərinin yapon ənənə və institutlarının bənzərsiz mühi-tinə uyğun-laşa bilməsi faktının özü liberalizmin bütün şəraitlərə davamlılığını sübut edir...Yaponiyanın nümunəsi ilə sənayeləşdirmə yolunu tutmuş digər Asiya ölkələrinin iqtisadi uğurları bu gün hamıya bəllidir. Cənubi Koreya yaxşı təhsil almış və artmaqda olan orta sinifli müasir, urbanist cəmiyyətə çevrilmişdir. Onilliklər boyunca özünü Asiyada baş verən hadisələrdən təcrid etmiş sosialist Birma da ötən il iqtisadi və siyasi sistemin liberallaşdırılması cəhdi ilə bağlı bir sıra sarsıntılar keçirdi...Liberal ideya əgər Asiyada nəhəng və qədim mədəniyyətə  Çinə toxun-masaydı, onun gücü o qədər də həlledici təsir bağışlamazdı... Onuncu Mərkəzi Komitənin məşhur 1978-ci il Üçüncü plenumundan başlayaraq Çin Kommunist Partiyası kənd təsərrüfa-tında 800 milyon çinlini əhatə edən dekollektivləşməyə girişdi. Dövlətin kənd təsərrüfatında rolu ver-gilərin yığılması ilə məhdudlaşdırıldı... İslahat nəticəsində cəmisi beş il ərzində taxıl istehsalı iki dəfə artdı...Çində gedən proseslərin mühüm əhəmiyyətini nəzərə almaqla qeyd etməliyik ki, məhz dünya proletariatının vətənində  Sovet İttifaqında cərəyan edən hadisələr marksizm-leniniz-min tabutunun qapağına son mıxı vurur... Sovet İttifaqından gələn mühacirlər deyirlər ki, ölkədə faktiki heç kim marksizm-leninizmə artıq inanmır... Qorbaçov hakimiy-yətə gələndən sonrakı dörd il ərzində baş verən hadisələr stalinizmin ən əhəmiy-yətli prinsip və institutları üzərinə inqilabi yürüş, onların sözün həqiqi mənasında hələ liberal olmayan, amma öz aralarında məhz liberaliz-mlə bağlı olan yeni təzahürlərlə əvəz edilməsi demək idi... Qorbaçov və onun komandası, deyəsən, bazarın tətbiq edilməsinin iqtisadi məntiqini kifayət qədər yaxşı başa düşdülər, lakin üçüncü dünya dövlətlərinin liderləri kimi onlar da Beynəlxalq Valyuta Fondu ilə üzləşərkən istehlak sub-sidiyaları və adamların dövlət bölməsindən asılılığının digər forma-larından imtina ediləcəyi halda baş verə biləcək sosial nəticələrdən qorxurlar....SSRİ-də işsizlik və inflyasiyadan qorxan sadə fəhlələrdən, vəzifə və güzəştlərindən yapışan partiya məmurlarından ibarət mühafizəkar müx-alifət açıq, gizlənmədən öz fikirlərini söyləyir və o, yaxın illərdə Qorba-çovu hakimiyyətdən devirmək üçün kifayət qədər güc nümayiş etdirə bilər. Lakin hər iki qrup yalnız ənənə, qayda və dayaqların saxlanmasının tərəf-darı kimi çıxış edir, onlar marksizm-leninizmin elə də sadiq müdafiəçiləri və tərəfdarları deyillər...
* * *
Bir anlıq təsəvvür edək ki, faşizm və kommunizm mövcud deyil; liber-alizmin hər hansı ideoloji rəqibi qalırmı? Və yaxud başqa cür: liberal cəmiyyətdə onun çərçivəsində həll edilə bilməyən hər hansı ziddiyyət vardırmı? İki hal irəli çıxır: din və millətçilik. Hamı son vaxtlar xristian və müsəlman ənənələri çərçivəsində dini fun-damentalizmin yüksəlişini qeyd edir. Bəziləri iddia edirlər ki, dinin canlanması adamların liberal istehlak cəmiyyətindəki biganəlik və mənəvi boşluqdan bezdiklərini sübut edir. Boşluq vardır və əlbəttə, bu, liber-alizmin ideoloji qüsurudur, amma bundan elə nəticə çıxarmaq olmaz ki, din bizim perspektivimizə çevrilir... Axı liberalizmin özü o vaxt meydana gəldi ki, dinə əsaslanan cəmiyyətlər sülh və sabitlik üçün hətta cüzi şərait yaratmağa qadir olmadıqlarını aşkar etdilər.Liberalizmə və kommunizmə alternativ olaraq dini (teokratik) dövlət bu gün yalnız islam tərəfindən təklif olunur. Lakin bu doktrina qeyri-müsəlman-lar üçün cəlbedici deyil və onun, ümumiyyətlə, hər hansı səviyyədə yayıla-cağını təsəvvür etmək çətindir. Digər, daha az mütəşəkkil dini impulslar liberal cəmiyyətin imkan verdiyi şəxsi həyat çərçivəsində müvəffəqiyyətlə təmin olunur.Liberalizm çərçivəsində potensial həlledilməz daha bir “ziddiyyət” millətçilik, irqi və etnik şüurun digər formalarıdır. Doğrudan da, Yena döyüşündən sonra baş vermiş müna-qişələrin böyük əksəriyyəti millətçilikdən törəmişdir. Bu yüzillikdə millətçiliyin müxtəlif forma-ları iki əcaib dünya müharibəsini törətmişdir; əgər bu ehtiraslar müha-ri-bədən sonrakı Avropada müəyyən qədər söndürülübsə, üçüncü dünyada hələ həddindən artıq güclüdür. Millətçilik liberalizmə Almaniyada təhlükə təşkil edirdi və o, “tarixdən sonrakı” Avropanın Şimali İr-landiya kimi təcrid olunmuş hissəsində liberalizmi hədələməkdə davam edir.Aydın deyil ki, doğrudanmı millətçilik liberalizm üçün həlledilməz ziddiyyətdir. Mil-lət-çilik yekcins deyil: o, bir neçə müxtəlif təzahürdə  mülayim, mədəni nostal-giyadan yüksək dərəcədə mütəşəkkil və hərtərəfli hazırlanmış nasional-sosializmə qədər özünü göstərir. Yalnız sonuncuya xas ardıcıl millətçilik formal olaraq liberalizm, yaxud kom-mu-nizmlə müqayisə olunaraq ideologiya hesab edilə bilər. Dünyada milli hərəkat-ların böyük əksəriyyəti siyasi proqrama malik deyil, onların mahiyyəti hər hansı qrupdan və ya xalqdan ayrılmaq cəhdindən ibarətdir. Onlar sosial-iqtisadi qurumun az-çox düşünülmüş layihəsini təklif etmir. Hər halda, onlar liberal cəmiyyətlər üçün münaqişə mənbəyinə çevrilə bilər, ancaq bu münaqişə liberalizmdən deyil, daha dəqiqi, liberalizmin tam həyata keçirilməməsindən irəli gəlir. Əlbəttə, etnik millətçi gərginliyi əksər halda onunla izah etmək olar ki, xalqlar özləri seçmədikləri qeyri-demok-ratik siyasi sistemlərdə yaşamağa məcburdur.İstisna etmək olmaz ki, gözlənilmədən ortaya yeni ideologiya və yaxud nəzərdən qaçırıl-mış ziddiyyət (hər halda, müasir dünya təsdiq edir ki, sosial-siyasi qurumun köklü prin-sipləri 1806-cı ildən bəri elə bir dəyişikliyə uğramamışdır) çıxa bilər. Dəfə-lərlə özünü liberalizmə nis-bətən daha qabaqcıl elan etmiş ideologiyalar uğrunda müha-ribə və inqilab-lar törədilmişdir, ancaq hər dəfə tarix bu iddiaları ifşa etmişdir.
IV
Tarixin sonu beynəlxalq münasibətlər sahəsi üçün nə deməkdir? Aydındır ki, üçüncü dünyanın böyük hissəsi tarixin dalda yerində qalacaq və uzun müd-dət münaqişə meydanı olacaqdır. Ancaq biz diqqətimizi indi dünya siy-asətinin əsas məsuliyyətini öz üzərində daşıyan daha iri və inkişaf et-miş ölkələrə cəmləşdirək. Rusiya və Çin çətin ki, yaxın gələcəkdə Qərbin inkişaf etmiş millətlərinə qoşulsunlar. Amma bir anlığa təsəvvür edin ki, marksizm-leninizm bu ölkələrin xarici siyasətini istiqamətləndirən amil kimi aradan çıxır... Onda bu ideologiyasızlaşdırılmış dünya özünün bütün xüsusiyyətləri ilə birlikdə bizim yaşadığımız dünyadan nə ilə fər-qlənəcəkdir?Adətən cavab verirlər ki, elə bir ciddi fərq olmayacaqdır, çünki belə bir fikir geniş yayılmışdır ki, ideologiya böyük dövlətçilik maraqlarını gizlətmək üçün vasitədən başqa bir şey deyildir və bu, millətlər arasında yüksək dərəcədə rəqabət və münaqişələrin səbəbi rolunu oynayır...Bu fikir xəttinin tərəfdarları ideologiyasızlaşdırılmış dünya modeli kimi XIX əsrdə Avropa dövlətləri arasında yaranmış münasibətlər balan-sını götürürlər. Çarlz Krau-temmer, məsələn, bu yaxınlarda yazır ki, əgər Qorbaçovun islahatları nəticəsində SSRİ marksist-leninçi ideologiyadan imtina edərsə, ölkənin XIX əsr Rusiya imperiya siyasətinə qayıdışı baş verəcəkdir. O, “kommunist Rusiyasından gələn təhlükədənsə bu yaxşıdır” fikrini müdafiə edərək belə bir nəticəyə gəlir: rəqabət və münaqişələr, deyək ki, Rusiya və Böyük Britaniya və yaxud Kayzer Almaniyası arasında olduğu şəkildə də davam edəcək. Əlbəttə, bu, Sovet İttifaqında nə isə mühüm hadisələrin baş verdiyini etiraf edən, lakin öz üzərinə məsuliyyət götürərək siyasətin buradan irəli gələn radikal dəyişdiril-məsi ideyasını müdafiə etmək istəməyənlər üçün münasib mövqedir. Ancaq bu mövqe düzgündürmü?İdeologiyanın böyük dövlətin dəyişməyən maraqları üzərində yalnız “üstqurum” olması fikri kifayət qədər mübahisəlidir. Çünki dövlətin öz milli mənafeyini müəyyən etdiyi metod universal deyil, o da iqtisadiyyatın şüurun ondan əvvəlki vəziyyətinə söykəndiyi kimi əvvəlki ideoloji bazisə əsaslanır. Bu yüzillikdə dövlətlər açıq-aydın ekspansionizmi qanuniləşdirən xarici siyasət proqramlarından ibarət və kifayət qədər bitkin hala salınmış doktrinaları mənimsəmişlər.XIX əsrdə ekspansionizm və rəqabət daha az “ideal” bazisə əsaslanırdı; sadəcə olaraq, onların söykəndiyi ideologiya iyirminci əsr doktrinaları qədər bitkin hala salınma-mışdı. Əvvəla, ən “liberal” Avropa cəmiyyətləri də qeyri-liberal idi, belə ki, onlar imperializmin qanuniliyini, yəni hökmranlıq altında olan millətlərin istəyi ilə he-sablaşmayaraq bir millətin başqa millətlər üzərində ağalıq etmək hüququnu qəbul edir-dilər. Hər millət imperializmə özü bildiyi kimi bəraət qazandırırdı: haqqın (xüsusilə də söhbət qeyri-avropalılardan gedəndə) gücün tərəfində olmasına kobud inamdan “ağ adamın ağır yükü”nə qədər; Avropanın xristianlaşdırma missiyasını yerinə yetirməsi zərurə-tinə, Rable və Molyer mədəniyyətini rənglilərə “çatdırmaq” istəyinə qədər. Bu və ya digər ideoloji bazisin necəliyindən asılı olmayaraq hər bir “inkişaf etmiş” ölkə ali sivili-zasiyanın aşağıdakılara ağalıq etməsinin məqbul olduğuna inanırdı. Bu, yüzilliyin ikinci yarısında ərazilərin zəbt olun-masına gətirdi və dünya müharibəsinin törədilməsində az rol oynamadı. XIX əsr imperializminin əcaib törəməsi kimi alman faşizmi  Almaniyanın təkcə qeyri-avropalıların deyil, bütün qeyri-alman xalqlar üzərində ağalığına bəraət qazandıran bir ideologiya meydana gəldi. Lakin retrospektiv baxımdan Hitler, güman ki, Avropanın ümumi inkişaf yolunun qeyri-sağlam yan xəttini təşkil edirdi. Onun görünmə-miş məğlu-biy-yətindən sonra ərazi işğalının istənilən formasını qanuniləşdirmək ideyası nüfuzdan salınmış oldu. İkinci dünya müharibəsindən sonra Avropa millətçiliyi zərərsizləşdirildi və xarici siyasətə hər hansı təsir im-kanından məhrum edildi. XIX əsrin fövqəldövlətçilik davranış modeli əsl anaxronizmə çevrildi. Millətçiliyin Qərbi Avropa dövlətlərinin 1945-ci ildən sonra qarşılaşdığı ən ifrat forması əsasən mədəniyyət və siyasi sıçrayışlar sahəsində özünü göstərmiş qollizmdən ibarət oldu. Dünya-nın tarixin sonuna çatmış hissəsində beynəlxalq həyat siyasət və ya hərbi strategiya ilə deyil, daha çox iqtisadiyyatla məşğuldur.Təbii ki, Qərb ölkələri öz müdafiəsini möhkəmləndirir və müharibədən sonrakı dövrdə ümumdünya kommunist təhlükəsini dəf etmək üçün hazır-lıqlarını görürdülər. Lakin bu, xarici təhlükədən irəli gəlirdi və ek-spansionist ideologiyanı rəhbər tutan dövlətlər olmasaydı, buna da ehtiyac qalmazdı. “Neorealist” nəzəriyyəni ciddi qəbul etmək üçün biz gərək belə bir şeyə inanaq ki, Rusiya və Çin yer üzərindən silinərsə, İqtisadi Əmək-daşlıq və İnkişaf Təşkilatı dövlətləri arasında rəqabət ruhunda “təbii” davranış yenidən bərqərar olacaqdır. Yəni Qərbi Almaniya və Fransa 30-cu illərdə olduğu kimi bir-birindən çəkinə-çəkinə silahlanacaq, Avstraliya və Yeni Zelandiya hərbi müşavir-lərini göndərərək Afrikada təsir dairəsi uğrunda mübarizə aparacaq, Birləşmiş Ştat-larla Kanada arasında isə istehkamlar ucaldılacaqdır. Bu, əlbəttə, cəfəngiyatdır: mark-sist-leninçi ideologiya olmasaydı, biz yəqin ki, dağıdılmış AİB və XIX əsr nümunəsində rəqabətə deyil, dünya siyasətində “Ümumi bazar”a nail olardıq. Bizim terrorizm və ya Livi-ya problemləri ilə əlaqədar Avropa ilə təmaslarımız sübut edir ki, avropalılar beynəl-xalq siyasətdə güc (hətta özünümüdafiə məqsədilə də) işlədilməsinin qanuniliyinin rədd edilməsində bizdən çox qabağa gediblər. Buradan da, ekspansionist kom-munist ideologiya-sından imtina etdikdən sonrakı Rusiyanın bolşevik in-qilabından əvvəl dayandığı yerdən başlayacağı haqqında güman, ən azı, gülüncdür. Ola bilərmi ki, bütün bu vaxt ərzində insan şüuru yerində day-ansın və bu gün iqtisadiyyat sahəsində yeni ideyalara yiyələnən Sovetlər hələ yüz il bundan qabaq köhnəlmiş baxışlara qayıtsın? Axı Çin öz islahatla-rını başla-yandan sonra bununla üzləşmədi. Çin ekspansionizmi prak-tik olaraq yoxa çıxmışdır: Pekin daha 60-cı illərdə olduğu kimi, maoçu qiyamçıların sponsoru kimi çıxış etmir və uzaq Afrika ölkələrində öz qaydalarını yaymaqdan çəkinir. Bu o demək deyildir ki, Çinin müasir xarici siyasəti ballistik raketlərin texnologiyasının Yaxın Şərqə satılması və Vyetnama qarşı qırmızı kxmerlərin maliyyələşdirilməsi kimi təhlükəli hallardan xalidir. Amma birincisi kommersiya mülahizələri ilə izah oluna bilər, ikincisi isə keçmiş, ideoloji motivlərdən irəli gələn ix-tilafların izidir. Yeni Çin Birinci dünya müharibəsi ərəfəsindəki Al-maniyadan daha çox qollist Fransanı xatırladır.Bütün bunlarla yanaşı, bizim gələcəyimiz Sovet elitasının ümumbəşəri dövlət ideyasını nə dərəcədə əxz edəcəyindən asılıdır. Dərc olunmuş ma-teriallardan və şəxsi görüşlə-rimdən mən birmənalı nəticə çıxarıram ki, Qorbaçovun ətrafında toplanmış liberal sovet ziyalıları çox az vaxt ərzində tarixin sonu ideyasını anlaya bilmişlər: bunun üçün artıq Brejnevdən sonrakı dövrdə Avropa sivilizasiyası ilə əlaqələrin az əhəmiyyəti olmamışdır. “Yeni siyasi təfəkkür” kitabı elə bir aləmi təsvir edir ki, orada iqtisadi maraqlar üstünlük təşkil edir, millətlər arasında ciddi münaqişələr üçün ideoloji zəmin mövcud deyil və müvafiq olaraq, hərbi gücün tətbiqi qanundankənar hala keçmək-dədir...“Yeni təfəkkür” tərəfindən təqdim olunan tarixdənsonrakı şüur Sovet İt-tifaqı üçün yeganə mümkün gələcəkdir. Sovet İttifaqında həmişə güclü böyük rus şovinizmi cərəyanı mövcud olmuşdur. O, aşkarlığın gəlişi ilə geniş özünüifadə imkanı qazanmışdır. Mümkündür ki, müəyyən bir vaxt ər-zində Qorbaçovun dağıtdığı “dayaqlar”ı bərpa etməyə can atanların to-planış məntəqəsi kimi ənənəvi marksizm-leninizmə qayıdış baş versin. Lakin Polşada olduğu kimi, burada da marksizm-leninizm səfərbəredici ideologiya kimi ölüdür — onun bayrağı altında adamları daha yaxşı işləməyə məcbur etmək mümkün deyildir. Marksizm-leninizm təbliğatçı-la-rından fər-qli olaraq, SSRİ-də ifrat millətçilər özlə-rinin slavyanpərəst rollarına güclü inam bəsləyirlər və belə bir təsəvvür yaranır ki, burada faşist al-ternativi hələ də yaşamaqdadır.Beləliklə, Sovet İttifaqı yol ayrıcındadır — o ya Qərbi Avropanın 45 il əvvəl seçdiyi və Asiya ölkələrinin əksəriyyətinin də indi getdiyi yola qədəm qoyacaqdır, ya da özünəməxsus-luğuna vurğunluqla yerində ilişib qala-caqdır. Seçiləcək yol bizim üçün böyük əhəmiyyətə malikdir. Ərazisini və hərbi gücünü nəzərə alsaq, İttifaq tarixin o biri tərəfində olduğumuz haqqında hissənin dərk olunmasına mane olaraq diqqətimizi özünə cəlb et-məkdə davam edəcəkdir.
V
Marksizm-leninizmin əvvəlcə Çində, sonra isə Sovet İttifaqında öz əhəmiyyətini itirməsi onun dünya tarixində əhəmiyyəti və gələcəyi olan ideologiya kimi iflasını bildirəcəkdir...Bu, heç bir halda o demək deyildir ki, beynəlxalq münaqişələr ümumiyyətlə yox olacaqdır. Çünki onda da dünya iki hissəyə bölünəcəkdir: biri tarixə, digəri isə tarixdənsonrakı dövrə məxsus olacaqdır. Bunların arasındakı və daxilindəki münaqişə həmişəki kimi mümkün olacaqdır. Etnik və millətçilik zəminində zorakılığın səviyyəsi yüksək olaraq qalacaq və hətta yüksələn xətlə inkişaf edəcəkdir. Belə ki, bu impulslar tarixdənsonra-kı dövrdə də tükənməyəcəkdir. Fələstinlilər və kürdlər, siqhlər və tamillər, irland kato-lik-ləri və vallilər, ermənilər və azərbaycanlılar öz inciklik-lərini yığacaq və saxla-ya-caqlar. Buradan belə çıxır ki, terrorizm də, milli azadlıq müharibələri də gündəlikdə qalacaqdır. Lakin ciddi münaqişələr üçün hələ də tarixin çərçivəsində qalan iri dövlət-lər lazımdır, onlar isə lap vaxtında tarix səhnəsini tərk edirlər.Tarixin sonu kədərlidir. Tanınmaq uğrunda mübarizə, adi mücərrəd məqsəd naminə həyatın-la risk etməyə hazır olmaq, cəsarət, təxəyyül və idealizm tələb edən ideoloji mübarizə  bü-tün bunların əvəzinə iqtisadi fayda, sonsuz texniki problemlər, ekologiya barəsində qayğılar və istehlakçıların hədsiz tələblərinin ödənilməsi. Tarixdənsonrakı dövrdə nə incəsənət, nə fəlsəfə var — yalnız bəşər tarixinin səliqə ilə qorunan muzeyi vardır. Mən özümdə və ətrafımdakılarda o dövr, tarixin mövcud olduğu dövr üçün nostalgiya hiss edirəm. Bir müddət bu nostalgiya rəqabət və münaqişələri qida-lan-dı-ra-caqdır. Tarix-dənsonrakı dünyanın labüdlüyünü qəbul etməklə mən Avropada 1945-ci il-dən sonra özünün Şimali Atlantika və Asiya qolları ilə birlikdə yaradılmış sivi-lizasi-yadan ötrü ən zid-diyyətli hisslər keçirirəm. Bəlkə də bu çoxəsrlik üzüntü, süstlük tarixi daha bir start götürməyə məcbur edəcəkdir?

“The End of the History?”             National Interest, Summer, 1989

oxu.blogspot.com

Комментариев нет:

Отправить комментарий