10.08.2012

Tutanhamonun sirri: saxtakarlıq, yoxsa lənət?

Tutanhamon - İndi bu adı tanımayan yoxdur.  XX əsrdə arxeologiya tarixi üçün bu Misir fironunun qəbrinin açılması, çox mühüm hadisədir.
1922-ci ildə arxeoloq Hovard Karter Tutanhamonun qəbrini aşkarlayır. Qəbirdə zəngin xəzinə və çoxlu mumiya tapılır. Amma Karter qazıntılar zamanı bəzi qəribə davranışlar nümayiş etdirir.
Əfsanəvi fironun məzarı necə aşkarlandı?
1917-ci ildə Karter öz komandası ilə fironların dəfn olunduğu ərzilərdə  geniş miqyaslı qazıntılara başlayır. Tutanhamonun məzarı aşkarlanan əraziyə yaxınlaşanda, qəfildən Karter vadinin başqa tərəflərinə keçməyi əmr edir. 1922-ci ilə qədər, düz 5 il arxeoloqlar qazıntılar aparır, lakin heç nə tapmırlar.
Beş ildən sonra, Karter qrupu əvvəlki yerə qaytarır. Arxeoloji qazıntılar aparan qrup, çox asanlıqla fironun hörülmüş qapılı məzarını aşkarlayır. Məlum olur ki, giriş qapısı düz iki dəfə açılıb, sonradan hörülüb. Arxeoloqlar daş piltələri qaldırdıqdan sonra, daşlarla dolu dəhlizə rast gəlirlər. Bir neçə gün daşları kənara yığır və yolu açırlar. Daha bir hörülmüş qapı aşkar edilir. Həmin qapının ardından onlar qızıl xərəklər, böyük qızıl tac, alebastr vazlar, qeyri-adi mücrülər və iki heykəl tapırlar. Lakin otaqda daha bir qapı var idi. Hiss olunurdu ki, bu qapını daha öncə kimsə açmağa çalışıb. Bu qapını da açır və üç böyük loja, bir də bir kiçik otaq tapırlar. Otaq müxtəlif bəzək və məişət əşyaları ilə doldurulmuşdu.
Qrupun rəhbəri Karter birdən-birə məzarın örtülməsini əmr edir, özü isə Qahirəyə təşkilati işlər üçün qayıdır. Tapıntıların daşınması üçün dəmir yolunun çəkilməsi sifariş edilir. Dekabrın ortalarında yenidən qazıntılar başlayır, 1923-cü ilin mayında isə tapıntıların ilk partiyası Qahirəyə göndərilir.
Tədqiqatlar davam edirdi.
1923-cü ilin fevralında “Hökmdarlar vadisi”də daha bir ağzı hörülmüş otaq tapılır. Otaqda qızıl plastilinlərlə bəzədilmiş ağac-sarkofaq, qonşu otaqda isə böyük bir sərvət: ağzına kimi qızıl-gümüşlə dolu mücrülər aşkarlanır. Sarkofaqın möhürlərinə toxunulmamışdı. Karter yenidən tədqiqatları dayandırmağı əmr edir, tapılmış sarkofaqın açılması isə 1926-27-ci illərin qışına qalır.
Yuxarıda yazılanlara baxdıqda, suallar doğur: məqbərəyə iki dəfə qarətçilər girdiyi halda, nə üçün xəzinəyə toxunulmayıb?  Niyə ünlü firon Tutanhamon fironların uyuduğu məqbərədə deyil, sadə məzarda dəfn edilmişdi? Və nəhayət, bu kiçik ərazidə tədqiqatlar nədən 5 il fasilələrlə aparılmışdı?
Karterin hərəkətləri də sual yaradır. Niyə 1917-ci ildə o, qazıntılar zamanı qrupu  başqa bir yerə yönəltmişdi? Niyə beş il sonra yenidən işçiləri əvvəlki əraziyə qaytarır  və anındaca məzar tapılır? Şahidlərin söylədiyinə görə, Karter süni olaraq qazıntıları uzadırdı. Ağzı möhürlü qapıları açmağa icazə vermirdi, amma labaratoriyada öyrənilməsi mümkün olan xırda tapıntılara bütün zamanını ayırırdı. Bundan başqa, Karterin dəmir yolu sifariş etməsi də olduqca təəccüblü görünür. Axı tapıntı o qədər də böyük deyildi, onu həmin dövrdə  adi nəqliyyatla da daşımaq mümkün idi.
Sarkofaqın tapıldığı yerdəki əşyalar və sarkofaq özü, minilliklərin keçməsinə baxmayaraq öz parıltısı və təmizliyi ilə görənləri heyrətə gətirir, amma qapılar nəmişlikdən çürüyürdü.
Nəhayət, böyük fironun mumiyalanmış cəsədi!
Mumiya çox pis vəziyyətdə idi. Hiss olunurdu ki, fironun mumiyası yaxşı balzamlanmayıb. Görəsən,Tutanhamona belə ögey münasibətin səbəbi nə idi? Firon nə üçün təhqir edilmişdi?
Beləliklə, Karterin başçılıq etdiyi tədqiqat qrupu Tutanhamonun məzarını aşkarlayır, bu da firon haqqında mübahisələrə yenidən təkan verir. Həmin dövrə qədər Tutanhamonla bağlı yalnız bir neçə möhür tapılmışdı və orada bu şəxsin hakimiyyətdə olduğu barədə heç nə yazılmamışdı. Çoxları düşünürdü ki, Misirdə Tutanhamon adlı firon olmayıb, ola bilsin ki, bu şəxs kahin yaxud, saray xadimi imiş.
Bəlkə də, Karter məşhur misirlinin zəngin məzarını 1917-ci ildə aşkarlayır. Və qərar verir ki, bu məzarı firon məqbərəsinə döndərsin. Həmin illərdə Qədim Misir tarixi kifayət qədər yaxşı öyrənilmişdi. Yalnız fironların adlarının naməlum qaldığı bir neçə dövr istisna idi. Karter də Tutanhamonun adını məhz həmin dövrlərdən birinə saldı. Belə bir informasiya da buraxıldı ki, o, çox az hökmranlıq edib və tarixdə xüsusi əlaməti ilə yadda qalmayıb.
Təbii ki, belə böyük bir işi görmək üçün böyük də pullar lazım idi. Karter düşünür ki, Misir hakimiyyətindən yaxşı sponsor tapa bilməz. Axı Misir dövləti turistlərin ziyarətindən böyük pullar qazanırdı. Karter öz kəşfinə görə dünyanın bir nömrəli misirşünasına çevrilir. O, qazıntıları daha 5 il uzadır, hakimiyyət isə o vaxta kimi saxta qəbri hazırlayıb bitirir. Misir ustalarına qədim Misir stilində məişət əşyaları, sarkofaq, fironun adının yazıldığı barelyeflər düzəltmək tapşırılır. Mumiyanı isə sadəcə alırlar, ona görə də o pis vəziyyətdə idi. 1922-ci ilə qədər saxta məzar hazır olur. Karter də öz qrupunu yenidən həmin əraziyə aparıb, elə həmin andaca qəbri əli ilə qoymuş kimi tapır.
Ən maraqlısı budur ki, Karterin beş il əvvəl orada olmuş qrupunun tərkibi tamamilə dəyişdirilir. Yəni ikinci dəfə, “hökmdarlar vadisi”nə, Tutanhamonun “məzarını” tədqiq etməyə gedən arxeoloqlar tamamilə yeni insanlar idi. Bircə nəfər - Lord Karnarvondan başqa. Məhz  o, Karterin bu tapıntısına şübhə ilə yanaşır. Bilir ki, 1917-ci ildə Karter həmin ərazidə heç nə tapa bilməyib. Beləliklə, “ölülərin lənəti” məsələsi ortaya çıxır.
“Ölü hakimin sakitliyini pozan hər kəsi ölüm sürətli addımlarla yaxalanacaq”- Tutanhamonun məzarında bu sözlər yazılmışdı. Hər şey yazıldığı kimi olur. 8 il ərzində qəbri tapan hər kəs ölür, bircə Hovard Karterdən başqa. Sizcə ilk ölən kim olur? - Əlbəttə Lord Karnarvon.
1923-cü ildə o, üzünü qırxarkən ehtiyatsızlıqdan qanına infeksiya yoluxdurur. Daha sonra mumiyanın rentgen analizini aparan Arçibald Reyd ölür. Karterlə birlikdə məzarı açan Meys, gənc katib Lord Vestburn da qəflətən vəfat edir. Lord Karnarvonun xanımı isə ağcaqanad dişləməsindən ölür. Qalan işçilər isə intihar edir.
Yalnız Karter sağ qalır. O, həmkarlarının sirli ölümünü təsadüf  adlandırır. Axı 21 nəfər tədqiqatçının biri-birinin ardınca ölməsi necə təsadüf ola bilərdi? Lənət məsələsi doğru idisə, nə üçün heyətin başçısı sağ qaldı?
Artıq 80 ildən çoxdur ki, alimlər bu ölümlərin səbəbini tapmağa çalışır. Bəziləri düşünür ki, lənət həqiqətən mövcuddur, bəziləri isə işçilərin məzardakı infeksiyadan öldüyünü deyir. Amma belə bir versiya da var: Təcrübəli arxeoloqlar məzarın saxta olduğundan şübhələnir və Misirin xüsusi xidmət orqanları məsələni ört-basdır etmək üçün onları bir-bir aradan götürür.
Karter isə dünyanın ən məşhur arxeoloqu adını qazandı və böyük pullara sahib oldu. Misir dövləti də turistlərin hesabına milyonlara yiyələndi.
Tutanhamonun sirri isə hələ də açılmayıb...

Gülər                           publika.az


 
 
 
 
 
 
 
 
 
 
 

 
 а.
 
 
 

Комментариев нет:

Отправить комментарий