Страницы

08.09.2012

Azərbaycan yazarı içkiyə aludədir?

Kənan Hacı: "...şair mütləq araq içməlidir..."

İbrahim Sel: "Dərd stimul verir"

Azərbaycan oxucusunun bir qismi arasında belə bir fikir formalaşıb ki, yazıçı və şairlərimiz mütləq içməlidirlər. Əgər içmirlərsə, demək onların yaradıcılığı heç də ürək açan olmaz. Əsasları da odur ki, əgər şəraba meyilli olmaq pis vərdişdirsə, niyə bəs klassiklərimiz dünya şöhrəti qazanan əsərlərində şərabı və badəni vəsf edirdilər. Doğrudan da, yazarlarımızın əsərlərində şərab həmişə öz əksini tapıb və çox vaxtda şərabın dərd əhli olanlar üçün bir sirdaş olması göstərilib. Ömürlərində içki içməyən Şeyx Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər klassiklərimizin də qəzəl və qəsidələrində içkiyə meyilliliyi görmək olar. Bəs bu günün çağdaş yazarı necə, şərabla “dostluq” edə bilirmi? Azərbaycan yazarının içkiyə aludə olması düzgün müşahidədirmi?
İçki içmək yaradıcılığa müsbətmi münasibət göstərir? Avropa.info elə bu suallarla da adları içki məclislərində hallanan və hallanmayan yazarlarımıza müraciət etməli oldu.
Tanımış gənc yazar Kənan Hacı Azərbaycan yazıçısının içkiyə aludə olmasını mühitlə əlaqələndirdi. Onu da əlavə etdi ki, “Bizdə çox yanlış bir düşüncə yaranıb ki, şair mütləq araq içməlidir, yaxşı araq içə bilməyən şair, yaxşı şeir yaza bilməz.İçki yaradıcılığa ancaq mənfi təsir göstərə bilər. Gözümüzün qabağında nə qədər istedadlar içkinin ucbatından məhv olub getdilər. Kökündən yanlış bir fikirdir ki, içmək yazının keyfiyyətinə müsbət təsir edir.Əksinə olur”.Kənan Hacı, bəs niyə özün “şərabla dostluq edirsən” sorumuzu cavablandırmadı.
Arşdırmaçı yazar Ibrahim Sel içkinin yaradıcılığa müsbət təsir göstərə bilməsini “cəfəngiyyat” adlandırdı.  “Bütün bunlar hamısı sovet “şablonlarıdır” və bundan  əl çəkmək lazımdır. Faiq Balabəyli türmədə olarkən özünün ən gözəl əsərlərini yazdı. Çəkinmədən deyirəm, ona türmədə  lap aya 10 dəftər versəydilər hamısını doldurardı, amma “volyada” – azadlıqda günü dostlarla yeyib-içməkdə olan Faiq heç nə yaza bilmir. Demək yazarı, həm də iztirablardır yazdıran. Düşünürəm ki, yazarın kefin kök olanda heç nə yaza bilmir. Yaradıcı adamın problemləri, dərdi-qəmi artanda yazmağa başlayır. Dərd yazara bir növ stimul verir.”
Tanınmış şair Tərlan Əbilov sorğumuzu belə cavablandırdı: “Məncə içən içəcək, yazsa da, yazmasa da. İçkiyə aludə olanlar da var, olmayanlar da. İçki içməyin isə yaxşı yazmağa dəxli yoxdur.”
Tanınmış xanım yazarımız Səhər Əhməd sorğumuza cavab olaraq bildirdi ki, “düzü bu haqda hec bir fikrim yoxdu. Gülərək əlavə etdi ki, təcrübəmdə belə bir hal olmayıb. Şairə xanım onu da əlavə etdi ki, ”Heç bilmirəm ki sərxoş olarkən yazilan yazi necə ola bilər, yaxud icki istedada nə kimi töhvə verər, adam ayılandan sonra yazını davam etdirə bilərmi? Səhər xanım sorumlarımıza sorumlarla cavab verdi. “Belə çıxır ki, hər dəfə yazmaq üçün içməkmi lazımdı?” Xanım yazar onu da əlavə etdi ki, deyəsən cavabdan cox sual verdim, çünki mövzu mənimçün qaranlıqdı.
Tanınmış yazar Faiq Balabəyli isə, sorğumuzu cavablandıraraq, içkiyə aludə olmasa da, yeri düşdükcə içki məclislərində olmağı,və bu məclislərin təşkilatçılığını boynuna götürdüyünü dedi. onu da əlavə etdi ki, içkili vəziyyətdə heç nə yazmır və düşünmür ki, sərxoş vaxtı kim isı yaxşı bir əsər ortaya qoya bilər.

Ötgün                       avropa.info

Комментариев нет:

Отправить комментарий