09.11.2012

Bəşər Əsəd: “Ya Suriyada qalmalı, ya da şəhid olmalıyam!”


“Mən Qərbin oyuncağı deyiləm ki, qərbə və ya başqa yerə qaçım. Mən suriyalıyam, Suriyada doğulmuşam və Suriyada ya qalmalı, ya da şəhid omalıyam!” – bu açıqlamanı Bəşər Əsəd RT Russian kanalına verib.
O həmçinin Qərbin, Türkiyənin və əl-Qaidənin Suriya münaqişəsində rolunu dəyərləndirərək, belə deyib: “Fikrimcə Suriyaya müdaxilə baş versə, bu bütün dünya üçün faciəvi nəticələr doğura bilər. Suriya məntəqəmizdə dünyəviliyin, sabitliyin və dinc yaşayışın son dayağıdır. Əgər Suriyada problemlər baş qaldırsa, bu Atlantikdən ta Sakit okeanına və ümumiyyətlə bütün dünyada zəncirvari reaksiya yaradacaq. Ona görə zəmnimcə Qərb hərbi müdaxilə yolu ilə getməyəcək. Lakin bu baş versə, artıq sonrakı hadisələrin axırını heç kim proqnozlaşdıra bilməyəcək.”
Bəşər Əsədin müsahibəsini bu videoda rus dilində izləyə bilərsiniz.

Комментариев нет:

Отправить комментарий