Страницы

19.12.2012

Bəşəriyyətə üçüncü və sonuncu müraciət

Gülnarə Rəfiq

1929-cu ildə rus rəssamı, mistik-filosof, yazıçı, səyyah Nikolay Konstantinoviç Rerix dünyanın 4 ölkəsinə müraciət məktubu çatdırdı. O, həyatını mistik fəlsəfə yolunda həqiqət axtarışına sərf edib ömrünün çox hissəsini Tibetdə monax həyat tərzilə yaşamış bir adam olub. Ailəsi və dostları ilə bərabər indi Rerix adına cəmiyyət kimi fəaliyyət göstərən bu könüllü birlik dünyada sülh və əminamanlıq yaymaq istiqamətində fəaliyyət göstərib. Onun gətirdiyi müraciətin qısaldılmış mətni ilə tanış olaq:

Fəlakət 6500 il sonra baş verəcək

Özünü Bəşəriyyət adlandıran Yer planetinin şüurlu sakinlərinə Müşahidəçilərin Koalisiya Dəstəsi (M. K. D.) müracit edir. Şambalanın vasitəçiləri E. İ. Rerix və N. K. Rerix tərəfindən çatdırılıb. 1929-cu il.
Hazırki müraciət yer sakinlərinə edilmiş 3-cü müraciətdir. Birinci müraciəti M. K. D. miladdan əvvəl 576-cı ildə yer üzünün böyük şəhəri olan Amurcaxapur sakinlərinə göndərilib. 2-ci müraciət eramızdan 711 il əvvəl Ameraka materikindəki Tkaatsetkoal sakinlərinə çatdırılıb. İndiki müraciət əvvəlki 2 müraciətin demək olar ki, eynidir və yer üzünün əsas dillərində çin, ingilis, rus, ispan dillərində tərtib edilib. Müraciətin məqsədi bəşəriyyət və Koalisiya arasında danışıqlar apararaq gələcəkdə yer sakinlərinin bu Koalisiyaya daxil olmasını təmin etməkdir. Danışıqlar Yer sakinlərinin bəzi tələblərə əməl etməsi şərtilə baş tuta bilər.
Hazırda yer sakinlərinin Kainat haqqında təsəvvürləri əvvəlki müraciətlər zamanınan nisbətən daha dəqiqdir. Siz artıq bilirsiz ki, yer kürəsi yastı deyil və Kainatın mərkəzində yerləşmir. O, başqa planetlər kimi Günəş ətrafında fırlanır. Günəş özü də Kainatın mərkəzində deyil və Qalaktikanın tərkibindəki ulduzlardan biridir. Yerdə qalan kosmoqonik məlumatlar səhvdir.
Sizin alimlərin Kainatın dəyişilməz qanunlarla idarə edilməsi barədə fikirləri də səhvdir. Belə ki, cazibə qanunu sizin günəş sistemind də dəyişir, o ki qala başqa, daha iri miqyaslarda. Ona görə də siz Qalaktikanın ölçüləri və aralarındakı məsafələri ölçməkdə səhvlər edirsiz. Kainatın üçölçülü olması barədə də fikirlər səhvdir. Dünya xaosdur, orda dayanıqlı, sarsılmaz heç nə yoxdu və o, daima dəyişməyindədir. Üzvi maddələrin yaranması üçün ən rahat şərait +π (3,14) olduqda baş verir. Yazırda Günəş sistemi +3, 00017 -yə bərabər ölçüdədir. Bunun 3 rəqəminə yaxın olması sizi çaşdırıb. Qalaktika topasında -3, 15 ölçülü qravitasiya siklonu dolaşır. O, sizin qalaktikanın kənarına toxuna bilər. Bu baş versə bütün planetlərdəki canlı həyat öləcək. Ona görə də müdafiə olunmaq üçün tədbirlər tökmək lazımdır. Bu şərt sizi Koalisiyaya dəxil olmağa vadar edir. Çünki fəlakət müraciət göndərilən ildən 6500 il sonra baş verəcək. O zamana qədər Koaliya bəşəriyyətə fəlakətə hazır olmaq üçün inkişaf etməyə kömək edəcək. Hazırda sizin Qalaktikada 220 min şüurlu irq var, onların da Koalisiyaya daxil olması məsələsi müzakiirə edilir.

Sizin çoxlu səhvləriniz var

Siz yerdə həyatın yaranması barədə səhv fikirdəsiniz. Günəş sistemi Koalisiyanın inşaat dəstələrinin Kainata səpələdiyi toz buludundan yaranıb. Yaranış üçün 2 şərt vardı: başqa ulduzlardan kifayət qədər uzaq və +π rəqəminə yaxın olmaq. Siz canlı individi şüurlu varlıqla səhv salırsınız, bəşəriyyətin qocalması və ölməsi barədə yanlış təsəvvürləriniz var. Sizin zəif təsəvvür etdiyiniz təkamül prosesində yeni növlər artıq köhnəlmiş növlərdən yaranır. Bizim qayğımız odur ki, yeni şüurlu irqlər Yerdə sizin növdən yaransın. Koalisiyanın müşahidələrinə görə siz yaranış və inkişafınızı təsadüfi hadisə kimi qəbul edir və qısamüddətli tələbatlarınızı ödəməklə məşğulsunuz. Sizin də düşüncəniz məntiq axtarışlarına əsaslanıb. Amma bu, Koalisiyaya daxil başqa şüurlu varlıqlarla sizi eyniləşdirən yeganə cəhətdir. Ona görə də Koalisiyanın bəzi iştirakçıları sizi şüurlu irq kimi qəbul etməkdə tərəddüd keçirir.
Sizin məntiqin əsasını «bəli» və «xeyr» kimi miskin anlayışlar təşkil edir. Reallıqda isə onların arasında mürəkkəb analizin nəticəsində yaranan sonsuz sayda pillələr var. Cavab axtardıqda 2 mümkün variantdan birini seçməli olursuz, halbuki düzgün cavab onların arasında yerləşir. Ona görə də məsələləri həll eidikdə səhvlərə yol verirsiz və cavabınız rəqəmsel olmur. Bizim bildiyimizə görə elmi, hüquqi qanun sizdə müəyyən fraza ilə ifadə edilə bilir və o, 50 minlik lüğətdən 100 sözlə çatdırılır. Onlardan yalnız diaqnostik mənası olan sözləri saxlamaqla qalanlarını atsaq onların sayı 50-yə düşür. Qrammatik qaydaya uyğun işlədilmiş sözləri də çıxarsaq frazalar 25-ə yenər. Onlardan səhvləri də çıxarsaq sizin nitqinizdə reallığı ifadə edən 3-10 müddəa qalacaq. Deyək ki, başqa planetlərdə o qədər heyvan növləri var ki, sizin qədər nəticələr göstərir, amma onları şüurlu varlıqlar adlandırmırıq. Sizin də planetdə belə heyvan növləri var. Ona görə də sizin həyat formanı şüurlu deyil, potensial şüurlu saymaq məqsədəuyğun olardı. Təbiətən insan beyni Kainatdakı başqa şüurlu varlıqların düşünən aparatı qədər kamil qurğudur. Amma sizin inkişaf əvvəldən səhv yolla gedib. Biz Kainatda sonsuzluğa qədər gedib çıxan düzxəttli məntiqi təfəkkürə mali olan bir neçə irq tanıyırıq. Amma onlar Koalisiyaya daxil deyil, çünki ümumi dil tapa bilməmişik. Onların öz birliyi var.
İnsanın reaksiyası sıfıra nistəbən sağa, ya da sola gedə bilər. Mövcudluğu bəli və xeyr arasında qurulan məntiq sizə daha yüksək səviyyələrə qalxmağa mane olur. Siz hər şeyi dalbadal hesablamağa çalışırsız, amma bəli və xeyir anlayışları arasında küləyin gücünü dəqiq vermək qüdrətində deyilsiz. Məntiqin nüfuzdan düşməsi sizi hadisələri faktlar, tızahürlər, anlayışla, kateqoriyalara ayırıb sonra onlar arasnda sərhədlər axtarmağa vadar edir. Maddə və ruh, bəli və xeyr arasında azaraq artıq məntiqin keçilməz dalanına dirənmisiz. Ən primitiv informasiya mübadiləsi olan dil vasitəsilə ünsiyyəti nədənsə insan şüurunun ən yüksək nöqtəsi sayırsız.
Sizin etika və estetikanız və ictimai, şəxsi əxlaqınız da qoşa, sevgi-nifrət, xeyir-şər, ölüm-həyat və s. bu tipli bir-birinə zidd anlayışlar üzərindədir. Özünüzü sivil cəmiyyət sayaraq məhkəmələrdə bəli və xeyr anlayışları ilə insan taleyini həll edirsiz. Bu anlayışlar bütün planetinizi böyük bir məhbəsə çevirib. Diskret məntiq sizə bəşəriyyətin taleyini bir neçə adama etibar etməyə imkan verir. Siyasətdə sülh şəraiti və müharibə şəraiti kimi anlayışlar işlədir və dəlisov qətiyyətlə birindən o birinə keçə bilirsiz. Bu yaxınlarda baş vermiş dünya müharibəsi və gözlənilən daha bir müharibə də sübut edir ki, texniki sivilizsiyanın kəskin inkişafı sizi ağıllandırmayıb. Ona görə də sizin bir tərəfdən kəskin şəkildə o biri tərəfə keçmək tərzində sivilizasiyanızın gələcəyi barədə proqnoz verməkdə çətinlik çəkirik.

Biz sizi izləyirik

Artıq neçə minilliklərdir ki, M. K. D. Yer üzündə baş verən müharibələri izləyir. Onların təbii azalması ilə, yəni kənardan müdaxiləsiz azalması yalnız 12 min il sonra baş verəcəkdi. M. K. D. bəzi şəxsiyyətlərin sürətlənmiş şüurunu nəzərə alaraq bu müraciətin cəmiyyət üçün izsiz keçməyəcəyinə ümid edir. Çünki Koalisiya ilə razılıq yalnız bütün müharibə, davakarlıq adətlərini unutmuş bəşəriyyət ilə mümkündür. M. K. D. daha 2 səbəbdən bəşəriyyətə inamsızlıqla baxır: texniki sivilzasiyanı əsas saydığına və individuumun ölümü qarşısında qorxu keçirdiyinə görə. Sivilizasiyanızın texniki xarakterli olması bizi narahat edir. Bəşər tarixi xaotik inkişaf edib. Əslində cəmi bir neçə tip sivilizasiya üzrə təcrübəllər olub. Ən kobud, güclü sivilizasiya daha humanist və şüurlu sivilizasiyanın axırına çıxıb. Sonra ondan da kobud sivilizasiya onu vəz edib. Hazırda sizinki Yer üzündə olmuşlardan ən primitividir - maşın sivilizasiyası. O, bütün sivilizasiyaları nəzarətdə saxlayır və başqalarını inkişaf etməyə qoymur. Müaşır sivilizasiyası özünü məhv etməsə, bəşəriyyət idarəçiliyi əlinə alıb onu tamam fərqli yola döndərməklə lazım olan səviyyəyə çatmaq olar. M. K. D. ümid edir ki, bu müraciət yeni quruluşa təkan verəcək və əgər insanlıq müvafiq arzusunu bildirərək qarşıya bir addım atacaqsa mümkün olan bütün köməyini əsirgəməyəcək. Deməliyik ki, 1-ci və 2-ci müraciətdə Amuracxepur və Tkaasetkoal şəhərləri bəşəriyyətin tələblərinə cavab verəcək daha yaxşı vəziyyətdə idilər. İrqin şüurluluq dərəcəsini müəyyən etmək üçün ən əvvəl fərdin şəxsi maraqlarını kollektiv şüurdan yuxarı qoymaması faktı sayılır. İnsan şüurlu varlıq kimi bəşəriyyətin marağını öz istəklərindən aşağı saya bilməz. Kosmik qanunlar olan İradə Azıdlığı və Seçim Azıdlığı qanununa uyğun olaraq insanların başqa şüurlu irqlərlə münasibətindən sonra ölümsüzlük problemini həll etmək inamı tamamilə əsassızdır. Bu həll olan məsələdir, amma sizin düşünlüyünüz kimi yox. Başqa bir tərəfdən, əgər bir irq köməyi qəbul etməyə hazır deyilsə biz ona heç cür kömək əlini uzada bilməyəcəyik. Hər irqin öz taleyini həll etmək hüququ var. Koalisiya insanlardan kənarlaşmır və hər hansı pozitiv köməyi əsirgəməyəcək. Koalisiyanın strukturu və nizamnaməsi ilə ilk tələbatda, yənə 4 iri dövlətin başçılarının, ya da Millətlər Liqasının Katibliyinin müraciəti ilə şərtsiz tanış ola bilərsiniz. Bəşəriyyət Koalisiyaya daxil olmaq fikrinə düşərsə öz məntiqi bünövrəsinin dəyişdirilməsi istiqamətində işlər aparmalıdır. Bu nəinki inkişaf üçün, həm də informasiya mübadiləsi üçün lazımdır. Məntiqi yenidənqurma olmasa biz çiklon gələn zaman sizə kömək etməkdə aciz olacağıq. Düşünürük ki, məntiqin yenidənqurulmasına sizə 6000 il lazımdır. Bu artıq kritik müddətdir. Ona görə də işlər indidən başlamalıdır. Lazım olan bilikləri Koalisiya bəşəriyyətə verməyə hazırdır. Amma bu, yer üzünün xalqları arasında mənasız münaqişələrə son qoyulduqdan sonra baş verəcək. Çünki müharibə edən irqi sonu olmayan təfəkkürlə tanış etmək onun əlinə silah verib Kainatı məhv etməyə bərabər olardı.
Bu müraciət sonuncudar. Gələcək 50 il əlzində cavabın olmaması Koalisiyaya daxil olmaqdan imtina kimi qiymətləndiriləcək.

Kütlə sabahına inanmalı və yem dalınca qaçmalıdır!

Müraciəti oxuduqlan sonra ən əvvəl «Bunu bizdən niyə gizlədirmişlər?» sualına cavab axtarmaq istəyi doğur. Axı son dərəcə sülhməramlı və inkişafa aparacaq təklifdir. Deyək ki, bu məktubun orijinalı hazırda da fəaliyyət göstərən Rerix cəmiyyətinin rəsmi saytında da yoxdur. Onu Levaşov adlı xaricdə yaşayan rus aliminin kitabından oxumaq olar. Rerix cəmiyyətinin informasiyanı insanlardan cizli saxlamasını anlamaq olar. Müraciət insan toplumuna deyil, dövlət rəhbərlərinə, yer kürəsinin taleyini həll etmək iqtidarında olanlara ünvanlanıb. Göydən gələnlər, uçan boşqablar və s. tipli məlumatlar həmişə gizli saxlanılıb. Hazırda minlərlə saytlar var ki, naməlum obyektlərlə və anlaşılmaq hadisələrin axtarıb tapır, toplayır. Amma onları çözələdikcə bütün bunların o qədər də ciddi olmadığı hissi yaranır. Hamı da bilir ki, paronormal hadisələri tədqiq edən ciddi elmi mərkəzlər var. Amma onların işi barədə məlumatlar heç təsadüfən də mətbuata sızmır.
Hər bir dövlət başçısı camaat arasında təlaş yarada biləcək məlumatın gizlədilməsi marağında ola bilər. Kütlə rahat və sabahına inamla yaşamalıdır ki, onu idarə etmək rahat olsun. Yem dalıyca qaçan, gününü yambızını böyütməklə keçirən insan yaxınlığındakı tamahkar, təbii resursları talayan, müharibələr yoluyla varlanmaq istəyənlərə mane ola bilməz.

Onlar hamısını bilirmişlər

Bizdən gizlədilən minlərlə məlumatların içində ən cazibədarı sayıla bilən bu məlumatın bir əsr bundan əvvəl göndərildiyini də nəzərə alaq. Deməli müraciətdən sonra daha bir dünya müharibəsi olacaqdı. (müraciətdəki öncəgörməkliyə diqqət edin). O zamanın liderləri, Hitlerdən tutmuş, Stalin, hətta Xruşova qədər, Amerikanın bütün prezidentləri də içində olmaqla hamının bu müraciətdən xəbəri vardı. Bu detal adıçəkilən liderlərin portretinə yeni cizgilər əlavə edir. Axı Hitler Şambala adlanan allahlar şəhərinin axtarışına nə qədər qüvvə və insan resursu sərf eləmişdi. «Annanerba» qrupunun fəaliyyəti Tibet monaxlarının vasitəsilə gizli laboratoriyalarda psixi enerji ilə hərəkətə gətirilən yeni silah növünü yaratmağa gönəldilmişdi. Hətta bu gün də qrupun fəaliyyəti barədə tam təsəvvür yaratmaq mümkün deyil, çünki arxivlər yaxşıca gizlədilmiş və qalib ölkələrdən heç kimin, nə rusların, nə amerikalıların, nə də ingilislərin əlinə düşməmişdi. Həmin zamanlar Stalin də dinc oturmamışdı. Paronormal hadisələri öyrənən cizli laboratoriyalar, ekspedisiyalar təşkil edir, sonra rahbərləri və şahidləri məhv edirdi.
Gəlin mətndə adı çəkilən qədim şəhərlərin taleyilə maraqlanaq. Amurcaxapur adlı şəhəri tarixdə tapmaq mümkün olmadı. Şri-Lankada Anuradxapure adlı qədim şəhərin adı çəkilir. Qədim tarixlə maraqlananlar bilir ki, Hindistanda keçən əsrin sonunda tapılmış bir neçə qədim şəhər var ki, alimlər onun neçə min il əvvəl atom bombasının partlayışından məhv olduğunu iddia edir. Bunu Hind vedaları təsdiqləyir. Burda əlində atom silahı ilə göydə uçan apparat - vimanlarla müharibə səhnələri təsvir edilib. Ya da ki, Tkaatsetkoalı götürək. Hazırda bütün dünyanı maya qəbiləsi, atsteklərin vaxtilə keçirdiyi təlaş, yəni dünyanın sonuyla bağlı qorxuları bürüyüb. Bu da vaxtilə bu müraciəti aldıqlarına daha bir sübutdur. Amma müraciətdən sonra nə baş verdi? Hindistandankı qədim şəhərin sakinləri bir-birini atom silahı ilə qırdı. Tkaatsetkoal sakinləri isə minlərlə insan qanı axıdaraq qəzavü-qədəri dəyişdirmək istədi. Tarixçilər deyir ki, orda bir gün ərzində 80 min nəfərə qədər insanın ürəyi çıxarılıb qanı axıdılırdı. Çünki kahinlər deyirdi ki, Günəş insan qanı içməlidir ki, ürəyi rəhmə gəlsin. Bu 2 müraciətdən sonra daha bir sonuncu müracitin nəticələri bizə daha maraqlı olar. Sonuncu müraciətdən sonra da dünya müharibəsi başladı. Stalin repressiya maşınını işə saldı. Hitlet milyonların qanını axıtdı ki, bəlkə yer altında yatmış nəhənglər insan ahu-zarından dirçələr.

Biz tənha və özbaşına deyilik

Özümüzə toxlaqlıq vermək üçün deməliyik ik, birinci və ikinci müraciətdə Koalisiyaya daxil olmağı təsdiqləmək üçün insanların texniki vəsaitləri yox idi. Uzaq qalaktikalara müraciət göndərməyə cihaz, ya da güclü telepatik aparat lazım idi. Yəqin onlar xəbəri alandan sonra əlacsızlıqla çiyinlərini çəkməli olmuşdular. Bu günlərə gəlincə, yəni 3-cü müraciətdə vəziyyət başqa idi. 1929-cu ildən göndərilmiş müraciətin vaxtı 50 il sonra, yəni 79-cu ildə bitdi artıq. Yəni o zamana qədər cavabı vermədiksə özümüzdən küsməliyik. Bizim də o vaxt cavab göndərəcək qədər imkanımız yox idi. Amma bir qədər diqqətli olsaq ümidverici faktlar da tapa bilərik. Bizdən şəstlə gizlədilməsinə baxmayaraq dövlət başçıları vaxtaşırı gizli görüşlər keçirirdi. 1972-ci ildə Brejnevlə Niksonun görüşünü xatırladaq. Fikir versəniz, bu artıq müraciətin vaxtının bitəcəyi həddə 7 il qalmış baş verdi. Bu görüşdə soyuq müharibənin taleyi demək ki, həll edildi. Dünyanın 2 böyük dövləti strateji silahların məhdudlaşması barədə, ballestik raket və işə salma qurğularının sayını artırmamaqda razılığa gəldi. Bu tarixi soyuq müharibənin sonu sayırlar. Xəttin davamı Qorbaçovla Reyqan arasındakı söhbətdə tapıldı. Reykyavik görüşündə 2000-ci ilə qədər atom silahını yığışdırmaq barədə razılıq alındı. Yeltsin və Klinton da danışıqlarda istiqaməti davam etdirərək dünyanın xilası yolunda daha bir addımı atdılar. Əlbəttə, atom bombası hələ də dünyanı qorxuda saxlayan silah növüdür və ondan imtina etmək hegemonluqdan əl çəkmək kimi qiymətləndirilir. Amma əlləri daima düyməni basmaq üçün hazır olan dövlət başçıları bu addımları öz xoşuna atlıqlarına da inanmaq çətindir. Onlar dünyanı, insanları xilas etmək üçün bu addımı atmağa vadar idi, ya da məcbur edilmişdilər. Müraciətin mətnindən görünür ki, ali qüvvələr daima bəşəriyyətə hamilik edir və ağılsız addımlar atmağa qoymurlar. Orada deyilirdi ki, insanın öz xoşuna qalsaydı yer üzündə müharibələr 12 min il də gedəcəkdi. Naməlum uçan obyektlər həmişə hərbi düşərgələr və texniki avadanlıqlar olan yerdə uçur. Onlar sanki «Biz sizə baxırıq aaa» deyib hədələyirlər.

İnkişafa start verilib

Sonuncu müraciətdən bəri keçən illərə indi texniki inkişaf baxımından baxaq. 100 ildən az il əvvəl radio dövrün ən proqressiv cihazı idi. Elektrik, telefon və sair kəşflər təzəlikdə edilmişdi. Bəs necə oldu ki, 80 il ərzində bəşəriyyət kosmosa uçacaq qədər, qalaktikalarda hesablamalar aparacaq və orda həyatın olub-olmamasını tədqiq edəcək qədər inkişaf etdi? Burda kənardan müdaxilənin izləri aydın görünür. Biz bir əsrə 3-4 min ildə keçə bilmədiyimiz yolu getmişik. Koalisiyanın müraciətinə müsbət mənada cavabı göndərən dövlət başçıları kütləyə atdığı addım barədə hesabat verməyəcək. Amma əvəzində texnika və elmdə aldığımız nəhəng irəliləyişlər göz qabağındadır. Müraciətdə bizim riyazi sistemin düzgün olmadığı vurğulanırdı. Həmvətənimiz Lütfi Zadənin qeyri səlist məntiq nəzəriyyəsi mövcud olan çatışmazlıqları aradan qaldırdı. İndi bütün muasir avadanlıq bu nəzəriyyəyə əsasən hazırlanır. Sonuncu müraciət onlar bizə qalaktikalara aid apardığımız hesablamaların düzgün olmadığını deyir. Enşteynin nisbilik nəzəriyyəsi kosmosun ənginliklərinnə yol açdı. Ola bilər kimsə elmi kəşfini yuxusunda görür, kiməsə bu distur şəklində, kiməsə vəhy şəklində ötürülür. Bütün bunlar bir daha sübut edir ki, biz Kainatda tək deyilik və ONLAR bizim inkişafımızda maraqlıdırlar. Deyəsən 6 min illik inkişaf proqramı artıq işə düşüb.

İblisin də yolunu seçənlər var

Sonuncu müraciətdə Koalisiyadan tamam fərqli məntiqlə yaşayan başqa şüurlu irqlərdən danışılır. Onların da öz Koalisiyası varmış. Bu, bir növ dini kitablardan bildiyimiz əfsanələri xatırladır. Burada insanı yoldan çıxara biləcək, məhvə aparan qüvvələr İblisə aid edilir. İnsan 2 yolun ayrıcında dayanaraq ən düzgün olanı seçməlidir. Sülhə, tərəqqiyə aparan, inkişafa, şüurlu seçimə gətirib çıxaran, zülmdən, canlı aləmin məhvindən imtina edərək planeti ilə tam vəhdət tapan həyat tərzini əsas tutmalıdır. Belə olmasa sonunu dini kitablar daha yaxşı təsvir edir…

bizimyol.info

Комментариев нет:

Отправить комментарий