19.12.2012

Demokratiyanın nə olduğunu yaponlar yaxşı bilir


Yaponiyanın vəhşicəsinə bombardmanı və Rusiyaya «soyuq müharibə» edilməsi barədə qərarları Trumen 330 mason şurasında müzakirədən sonra qəbul etdi.
Bir mason kimi, Trumen üçün bu cinayətkar, bəşəriyyət əleyhinə yönəldilmiş addımlar ayini ‒ iblisanə səciyyə daşıyırdı. Bunlara hazırlıq və həyata keçirməsinə başlanılması xüsusi mason ayini ilə müşayiət olunurdu.

Ali lojada 1946-cı ilin yanvarındakı müzakirədən sonra Ali Usta (həmçinin Tampliyer, rozenkreyser və kadoş cəngavərləri) və ABŞ prezidenti Trumen fevralın 22-də «mason müqəddəslərini» ziyarət etmək üçün C. Vaşinqton adına mason milli memorialına gəlir və burada təntənəli şəkildə and içir ki, ABŞ-ı mason prinsipləri əsasında idarə edəcək, daxili və xarici siyasəti onlara əsaslanaraq həyata keçirəcək. Mart ayında Trumenin də᾽vəti ilə onun doğma şəhəri Fultona (Missuri ştatı) digər bir yüksək mənsəbli mason ‒ U. Çörçill qonaq gəlir. Birgə iclasdan və Missuri böyük lojasında ayindən sonra hər iki mason yerli unverisiteti ziyarət etdilər və U. Çörçill burada məşhur nitqini söylədi. Həmin nitqdə o, Qərbin yəhudi-mason dairələrini Rusiyaya qarşı xaç yürüşünə səslədi.
İki ildən sonra yəhudi-mason dünyasının Rusiyaya qarşı soyuq müharibəsinin nəticələrinə sanki yekun vuran Trumen Biç Qrof № 694 lojasının toplantısında çıxış etdi. Mason-prezident bir daha vurğuladı ki: «Mən öz dövlət fəaliyyətimi masonluq prinsipləri əsasında qururam. Hesab edirəm ki, bu idarəetmə prinsipləri bütün dünyaya yayılmalı, bütün sivilizasiya onlara əsaslanaraq qurulmalıdır». Elə həmin iclasda Trumen bəyan etdi ki, ən yüksək mülki vəzifələrə yiyələnsə də, onun üçün ən önəmlisi Ali Usta rütbəsidir. «Mən onu hər şeydən üstün tuturam, çünki masonların Ali Ustası olmaq sadəcə yaxşı dövlət xadimi olmaqdan üstündür. Çünki bu rütbə nəcib prinsiplərə əsaslanaraq bütün dünyaya mason maarifi aşılayır.»60 Şahidlər danışırlar ki, Yaponiyanın masonvari maarifləndirilməsindən ‒ Naqasaki və Xirosimaya atom bombaları atıldıqdan sonra ali usta Trumen şən, xoş bir əhval-ruhiyyədə idi və əməkdaşları ilə aramsız zarafat edirdi.

Asim Mamedov

Комментариев нет:

Отправить комментарий