Страницы

20.12.2012

İnanaq soyuq mövsümün başlanğıcına

Furuğ Fərruxzad

Bu mənəm
Yalnız bir qadın
Soyuq bir mövsümün ərəfəsində
Yaşamın pislik dolu varlığının qavrayışının başlanqıcında
Göyün qəmli və bəsit umudsuzluğu
Səmənt əllərin acızlıyını
Zaman ötdü
Zaman keçdi və saat dörd kərə çaldı
Bu gün dey ayının birinci günüdür
Mən mövsümlərin sirrini bilirəm
Və ləhzələrin dilini anlayıram
Qurtarıcı məzarda uyumaqdadır
Və topraq,qəbul edən topraq
Asayışın işarəsidir

Zaman keçdi və saat dörd dəfə çaldı
Küçədə yel əsməkdə
Küçədə yel əsməkdə
Mən çiçəklərin cütləşməsinə fikirləşirəm
Qansız arıq budaqlı qünçalara
Və bu vərəm tutmuş zamana.

Çevirən : Şəlalə CAVANŞİR

Комментариев нет:

Отправить комментарий