Страницы

20.12.2012

İradə Cəlil "Belçika Aərbaycanlıları Cəmiyyəti"nin Azərbaycan nümayəndəsi təyin edilib

Dekabrın 19 da "Belçika Aərbaycanlıları Cəmiyyəti"-nin növbəti iclası keçirilib. İclasda təşkilatı məsələlərə üzvlərin cəlb edilməsi məsələsi ilə yanaşı 2013-cü ilin fəaliyyət planı öz təsdiqini tapıb və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik gününə hazırlıq işləri müzakirə edilib. Belçika Azərbaycanlıları Cəmiyyətinin fəaliyyətinin Azərbaycan ictimaiyyətinə düzgün çatdırılması , eləcə də cəmiyyətin ictimai siyasi o cümlədən hökümət və qeyri hökemət təşkilatları ilə əlaqələrinin düzgün qurulması əsas müzakirə obyekti olub. BAC –ın yerli strukturlarla əlaqələrinin qurulması üçün Cəmiyyətin Azərbaycanda təmsilçisinə ehtiyac olduğu vurğulanıb və bu səbəbdən də BAC təsisçiləri təmçiliyin yaradılmasını məqsədəuyğun sayaraq bu barədə qərar veriblər.

Комментариев нет:

Отправить комментарий