Страницы

21.12.2012

"İsa Qəmbər İqbal Ağazadəni “agent” adlandırmışdı"

Aynur Camalqızından İqbal Ağazadəyə cavab

"Biz İsa Qəmbərin dediyindən daha radikal bir şey deməmişik. O, İqbal Ağazadəni “agent” adlandırmışdı"

“Mənə keçmişimi xatırladan adam, qulağının dibinə bir şillə dəyən kimi, “Lider” TV-də bütün silahdaşlarını satmadınmı?”

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Publika.az” saytının rəhbəri Aynur Camalqızı millət vəkili İqbal Ağazadənin fikirlərə münasibət bildirərkən deyib. O, keçmiş həmkarına belə cavab verib.

“Əvvəla, keçmiş həmkarım İqbal Ağazadənin köhnə yazılarımdan sitat verməsi ingilis atalar sözüylə ifadə etsək, “çirkli paltar eşələməkdən” başqa bir şey deyil. Vaxtilə bunu Əvəz Zeynallı ilə FəraməzNovruzoğlu gen-bol ediblər, cibində mandat gəzdirən birinin onlarla bir sırada dayanması xoş mənzərə deyil. İkincisi, mən müxalifətdə necə səmimiydimsə, bu gün də eləcə səmimiyəm, sizin kimi “müxalifətçilik” oynamıram. Yanıldığımı başa düşən kimi, o düşərgəni tərk etmişəm.
Mənə keçmişimi xatırladan adam, qulağının dibinə bir şillə dəyən kimi, “Lider” TV-də bütün silahdaşlarını satmadınmı? Əgər bir adam ki, öz hərəkətinə “haqq” qazandırmaq üçün “bacımı ora gətirmişdilər, məcburən düşərgəmi satdım” məzmunlu etirafı edirsə, ailəsinin qadın üzvlərinin arxasında gizlənirsə, deyəcək söz qalmır mənə. Üçüncüsü, biz İsa Qəmbərin dediyindən daha radikal bir şey deməmişik. O, İqbal Ağazadəni “agent” adlandırmışdı və Azərbaycanda hər kəs bilir ki, bu yarlıq tamamilə həqiqəti əks etdirirdi. Əgər İsa Qəmbər onun iştirak etdiyi toplantıya qatılmırsa, deyirsə, ordakı bütün söhbətlər hakimiyyətə ötürüləcək, bu “səmimiyyəti” və “sarsılmaz müxalifliyi” münasibətilə cənab Ağazadəni niyə təbrik etməyək? Bilirsiz, insan bəzən başqalarını ittiham etməmişdən öncə dönüb bir öz keçmişinə nəzər salmalıdır. Ki, mənim bunları deməyə haqqım çatırmı? Mən sadəcə, düşərgəni tərk etmişəm, heç kəsi aldatmadan, heç kəsi satmadan. Siz nələr etmisiz və o etdiklərinizdən sonra dil də çıxara bilirsizsə, vay bizim müxalifətimizin gününə. Və nə yaxşı ki, bu gün sizinlə bir sırada deyiləm. Sosial şəbəkələrdə pafoslu bir çıxışla əsl sifətinizi gizlətdiyinizimi zənn edirsiniz? Yoxsa bu ölkədə bilmirlərmi ki, sizə yaradılan bu şərait, komfort həyat tərzi hardan qaynaqlanır, biznesinizə niyə “yaşıl işıq” yanır? Maskalar bir-bir yırtılır, hələ çox maraqlı hadisələrin şahidi olacağıq”

Комментариев нет:

Отправить комментарий