İsrailin ən qapalı yəhudi cəmiyyətlərindən biri hesab edilən Ortodoks Hasidik Yəhudilərinin birləşdiyi Neturei Karta Təriqətinin baş rahibi Meir Hirş İsrail-Fələstin probleminin həlli yolunun “1948-dən əvvəlki kimi bütün torpaqların fələstinlilərin hakimiyyətində tək bir dövlət olması” olduğunu deyib. Meir Hirş ərəb və yəhudiləri əvvəllər olduğu kimi bir dövlətin tərkibində yaşaya biləcəklərini bildirib: “məncə İsrail xəritədən tamamilə silinməli, ən doğru yol budur”. Hirş ərəblərin torpaqlarının İsrail tərəfindən işğal edildiyini və bu torpaqların geri qaytarılmasının vacibliyini də vurğulayıb.
Комментариев нет:
Отправить комментарий