Страницы

20.12.2012

Kanada dövləti İran alimlərinə qadağa qoydu

Mayis Güləliyev

Kanada dövləti İran alimlərinə dərc edilmək üçün məhdudiyyətlər qoydu

Kanada dövləti tərəfindən İran alimlərinə Kanada elmi jurnallarında  dərc edilmək üçün məhdudiyyətlərin qoyması  İranda fundamental elmin sürətlə inkişafına Qərb ölkələrində qısğanclıqla bağlıdır. Belə ki, son 30 ildə İran alimləri müstəqil elmi məktəb yaradaraq dünyanın aparıcı ölkələri kimi fundamental elm sahələrini inkişaf etdirmək gücündə olublar. Bu haqda yaxa.org saytına Mayis Güləliyev açıqlama verib. Müsahibimiz bildirib ki, o İran elm və təhsilinin son 30 ildəki nailiyyətlərini tədqiq edib.
İranın kommunikasiya, elektronika və informsiya texnologiyaları sahəsində son 30 ildə əldə etdiyi nailiyyətlər də cəlbedicidir. Belə ki, İran telekomminikasiya sahəsində inkişaf göstəricilərinə görə beş  dövlətdən biridir.
2008-ci ildə İranda hər 1000 nəfərə 345  telefon xətti və 106 şəxsi kompüter düşürdü ki, bu da kifayət qədər yüksək göstəricidir.  2010-cu ildə internetdən istifadə edənlərin və bloqerlərin sayına görə İran dünyada aparıcı yerlərdən birini tutdu. Dünya Bankının hesabatlarına görə İranın 2008-ci il ÜDM-da informasiya və kommunikasiya texnologiyalarının payı 1,4% olub. Bu sektorda 150000-dən çox,  o cümlədən proqram təminatında 20000-dən  insan çalışır.
İranın texnologiya sahəsində inkişafı onun iqtisadi inkişafı ilə parallel həyata keçirilir. Qərb ölkələrinin müxtəlif bəhanələrlə yeni texnologiyalar sahəsində İranla əməkdaşlıq etməkdən  bayun qaçırması İranın öz elm və texnologiyanın inkişafı sahəsində siyasətini hazırlamasına təkan verdi. İranın texnologiya sahəsində real inkişafı ağır sənaye, kosmik fəzanın öyrənilməsi, yüksək texnoloji silahların hazırlanması və digər elmi-texniki sahəlrdə əldə edilib. İnqilaba qədər əsasən xarici ölkələrin birgə müəssisələri ilə məhdudlaşan İran iqtisadiyyatı bu gün öz yerli və geniş müdafiə sənayesi var. Burada hərbi təyyarələr, vertolyotlar, sualtı qayıqlar, peyklər, tanklar, torpedalar və sair istehsal edilir. Bu gün İranın nüvə sahəsindəki müvəffəqiyyətləri Qərb ölkələrini ciddi çəkildə narahat etməyə başlayıb. İran 2009-cu ildə Omid adlı peyki yerin orbitinə buraxdı.
İranın təhsil sistemində əldə etdiyi nailiyytlər də diqqəti cəlb edir. İran İslam İnqilabından sonra hökumət təhsil sistemini köklü surətdə yenidən quraraq  əhalinin bütün təbəqələrinin keyfiyyətli təhsilə əlçatanlığını təmin etdi. Artıq İran əhalinin yaşlı təbəqəsinin 82% savadlıdır. Regionda orta savadlılıq faizi 62%-dir. İran əhalisinin 2/3 hissəsinin yaşı 30-dan azdır. Bu İran cəmiyyətinin əksər Qərb ölkələrindən fərqli olaraq “qocalmamasından”, əksinə “gəncləşməsindən” xəbər verir.   İran elmi-istehsal sahəsində dünyada 40-cı, elmin inkişaf sürətinə görə isə 1-ci yerdədir.
İran təhsilində İslam dəyərlərinin mühüm yer tutmasına baxmayaraq, İran elmi sistemi bəşəriyyətin əldə etdikləri nailiyyətlər əsas götürür. İranda  elm, xüsusilə fundamental və texnoloji elmlər  son 20 ildə ciddi şəkildə inkişaf edir.  Üzvü və nüvə kimyası, nüvə fizikası və fizikanın müxtəlif sahələrində İran alimlərinin nəşrləri dünya üzrə orta göstəricidən xeyli çoxdur. Artma İndekstinin rəqəmlərinə əsasən son 30 ildə İranda elm dünya üzrə orta inkişafdan 11 dəfə sürətlə, Türkiyədən 2 dəfə, İsraildən 12 dəfə sürətlə  inkişaf edib. Bu rəqəmlər dərc olunan elmi işlərin sayına əsaslanaraq hesablanıb.
Digər tərəfdən İran tələbələrinin beynəlxalq arenada müvəffəqiyyətləri də cəlbedicidir. Onların elmi olimpiadalarda yüksək nəticələr əldə etməsi, xüsusilə fundamental elm sahələrində, məsələn kimya, fizika, riyaziyyat və robot texnologiyası sahəsində müvəffəqiyyətlər qazanması diqqətə layiqdir. Bu sahədə əsas qeyd edilməli fakt bundan ibarətdir ki, İran digər ölkələrədən, xüsusilə ABŞ və Avropa ölkələrindən fərqli olaraq belə yüksək ixtisaslı kadrları özü hazırlayib, digər ölkələrdən yüksək maaş bəhanəsilə dəvət etməyib.
İranın son 30 ildə əldə etdiyi nailiyyətəri nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatı İran iqtisadiyyatnı inkişaf etməkdə olan ökələrin iqtisadiyyatı ilə inkiaf etmiş ölkələrin iqtsadiyyatı arasında yer almış iqtisadiyyat kimi xarakterizə edir.  , Goldman Sachs isə İran iqtisadiyyatını 21-ci əsrdə ən güclü iqtisadiyatlardan biri olacağını gizlətmir.

Комментариев нет:

Отправить комментарий