31.03.2012

Ah Nobel, ah Kamal Abdulla!



Cavidan


Dünya özünün gərdişindəykən, məmləkət də dünyanın peşində asta-tənbəl irəliləməkdəykən, ədəbi cameəmizi qəfil saran bir xəbər gəldi. Bəəs, nə varmış, nə yoxmuş, Kamal Abdullanın Nobel Komissiyasına təqdim edilən trilogiya tipli "Sehrbazlar dərəsi", "Yarımçıq əlyazma" və "Unutmağa kimsə yox" əsərləri "Nobel" mükafatına namizəd kimi qeydə alınıbmış.
Pahoo, gözlərə yuxumu gedər? Ürəklər rahatlıqmı tapar? 

Yazanda “orqazm” hiss eləmək



Rüfət Əhmədzadə


Salam Sarvanın Azərbaycan ədəbiyyatında erotikanın təsviri ilə  bağlı bir yazısını oxudum. Xoşuma gəldi, amma bəzi əlavələrim və tam uzlaşmayan fikirlərim var. Əlbəttə ki, Salam Sarvanla mübahisəyə və ya münaqişəyə girmək gözüyumulu ölümə  getmək kimidir. Amma bir vətəndaş və azad söz haqqına inanan yazar kimi, öz düşündüyümü də  yazmalıyam. 
Əvvəla xəbərdarlıq edim ki, mövzu geniş olsa da, öz söhbətimi qısa kəsəcəm.

Ezamiyyə

Akif Abbasov


Nəzərin ən çox xoşuna gəldiyi söz «ezamiyyə» idi. Ezamiyyədən ötrü ürəyi gedirdi. Rayonlarda yaxşı qonaqlıq verirdilər: kabab kabab üstündən, tikə, lülə, balıq, hinduşka, nə bilim nə… Camış qatığı, toyuq bulyonu, yağlı qoyun pendiri, mürəbbəli çay… Mehmanxana xərci, yol haqqı da onların boynuna. Arayış yazmaq üçün də baş sındırmaq lazım gəlmirdi. Özləri hazırlayıb qoyurdular portfelinə. Geri qayıdanda ağ balıqdan, qoz-fındıqdan, beçə balından, qara kürüdən (son zamanlar çox bahalaşdığından qəhətə çıxıb), qoyun cəmdəyindən maşının arxasındakı yük yerinə qoyurdular. 

ANKARA - ATATÜRKDƏN BİR ANEKDOT


Seyfəddin Altaylı
Ankara
   
Ankaranın soyuq qışı hələ də əllərini yaxamızdan çəkməyib. İyirmi yeddi ildir bu şəhərdə yaşayıram, ancaq indiyə kimi burda belə qış görmədim. Aylardan bəri qarın yaratdığı problemlərlə cəbəlləşirik.
Dünyaya gəlib, boya-başa çatdığım İgdir vilayətinin Dizə kəndinin ab-havası, iqlimi ilə Ankaranın iqlimi bir-birindən çox fərqlidir. Kəndimizdə dörd fəslin də şahidi olur, onların atmosferini duyub-yaşayırdıq. Qışın, yazın, yayın və payızın da özlərinə məxsus ləzzəti, dadı-tamı vardı. Ankaraya köçdüyümüzdən bəri yaz görmədim, onun şahidi olmadım, anidən qışdan çıxıb yaya düşürük və canımız qızmadan bir də görürük ki, payız gəlib, ağacların yarpaqlarına xal düşüb, payız küləkləri üzümüzü dalamağa başlayır.

Günün fotosu

“Pənah Hüseyn İranın ürəyini ələ aldı”


Əfşar Süleymani: “Heydər Əliyevin hakmiyyəti zamanı, İranla Azərbaycan münasibətlərinin yoxuş dövrüydü”

Müsahibimiz İranın ölkəmizdəki keçmiş səfiri Əfşar Süleymanidir

-Əfşar bəy, ANS telekanalının “Ən yeni tarix” verilişində keçmiş deputat Pənah Hüseynlə davanız əslində çox vacib bir məqama aydınlıq gətirdi. Siz o görüşdə dediniz ki, 1992-ci ildə İran rəsmiləri Azərbaycana gəlib, eləcə də döyüş bölgəsində olub və ölkəmizə silah-sursat yardımı edib.
- Bu 1992-ci ilin noyabrında baş verib. Azərbaycanın o zamankı baş naziri Pənah Hüseynovun İrana səfərindən sonra iki qonşu dövlət arasında müxtəlif sənədlər imzalandı.Pənahin irana səfəri Azərbaycan tərəfinin xahişilə və bizm razilqimiz əsasinda baş tutdu. 

Rəiyyətə ikra olmaz


Ülvi Məmmədli
Professional Oxucu Liqası

Mən heç əvvəldən ilk baxışdan məhəbbətə inanmırdım

 Bu gün siyasətdən danışmayacam. Düzdü, istənilən söhbətə siyasi çalar vermək olar, o da baxır adamın hansı nöqtədən məsələyə baxmağına. Məsələn, mən rəhmətlik Süleyman Rüstəmin "Cənnət görmək istəyən Azərbaycana gəlsin" misrasını oxuyanda hələ uşaq idim. 

Gözlərim pencərədə


İnsafəli Hidayət
Toronto - Kanada


Dedin “gəlmirəm”
qəbul etdim mən
amma inanmadı
sənin üçün təpən
ürəyim, mənim.


Nə çoxumuş pencərələr burda
mavi qapı bağlanmış
səni axtarır gözlərim
qəlbim fərmanilə
pencərədən pencərəyə
pencərədən pencərəyə həyəcanla
içim, ürəyim dolu dua

Любовь матери


После землетрясения в Японии, когда спасатели добрались до развалин дома молодой женщины, они увидели ее тело через трещины. Её поза была очень странной – она опустилась на колени, как молящийся человек, ее тело было наклонено вперед, а руки что-то обхватывали. Рухнувший дом повредил ей спину и голову.

С большим трудом, лидер команды спасателей просунул руку через узкую щель в стене к телу женщины. Он надеялся, что она еще жива. Тем не менее, ее холодное тело, говорило о том, что она скончалась. Вместе с остальной командой он покинул этот дом, чтобы исследовать следующее рухнувшее здание. Но непреодолимая сила звала руководителя группы к дому погибшей женщины. Снова, опустившись на колени, он просунул голову через узкие щели, чтобы исследовать место под телом женщины. Вдруг он вскрикнул от волнения: “Ребенок! Тут ребенок! “.


QANLARA BOYANDI BAKI AH İLƏ

Горе луковое Photo  (still life)
Şirinxanım Kərimbəyli Şadiman 


31 mart 1918-ci ildə Bakı erməni
silahlı dəstələri tərəfindən Soyqırımına
məruz qalıb…Və bu heç vaxt ağlımızın
yaddaş səhifəsindən silinmədi.

Otuz bir mart min doqquz yüz on səkkiz,
Saldın yaddaşlara necə qanlı iz.
Ağladın, hönkürdün diləyimizdən,
Ağrın heç getmədi ürəyimizdən!

Ədəbiyyatda açıq-saçıqlıq, vulqarizm və ya ciddilik məsələsi

Mədəni ədəbiyyat, yoxsa vulqar ədəbiyyatı? Əsərlərdə daha çox incə duyğulardan, psixoloji problemlərdən yazmaq, yoxsa daha çox açıq- saçıqlığı ön plana gətirmək? Bax bu suallar son zamanlar ədəbi cəbhələrin qarşı-qarşıya gəlməsinə səbəb olur. Modern.az saytının əməkdaşı bu suallarla ədəbi kəsimin nümayəndələrinə müraciət edib. Həmçinin də onlardan ədəbiyyatımızın müsbət yöndə inkişafı üçün təkliflər istəyib.


Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı:
- Qüsura baxmayın, bu necə sualdı verirsiz? Əsər yazan bəyəm, hiss kontrolundan keçib sonra yazır? Əsərin necəliyi, sizin sözünüzlə desək, incə duyğulumu, psixoloji problemlimi, yoxsa daha çox açıq-saçıqlığı iləmi seçilir - bunu oxucu müəyyənləşdirməlidir, məncə. Dəyərləndirmələr, oxucuya görə dəyişə bilər. Bütün hallarda, "yenə də Allaha şükür, yenə də şeytana lənət". - Zira, onun adı ƏDƏBİYYATdır, ƏDƏBİYYAT! 

30.03.2012

MART QIRĞINLARINDA İNGİLİS BARMAĞI...!!!

Biz bu məqalə çərçivəsində iki önəmli suala cavab axtaracağıq: birinci sual ondan ibarətdir ki, mart hadisələrinin ssеnarisi harada, hansı dövlətlərin ştabında və kimlər tərəfindən yazılmışdır; ikincisi isə ondan ibarətdir ki, «mart qırğınlarına» sponsorluq еdən ölkələr hansılar idi.
Məlum məsələdir ki, daşnaklar, müsavatçılar mart qırğınlarının sadəcə icraçıları və yazılmış ssеnari üzrə öz rolunu ifa еdən aktyorlar idilər, bu aktyorları oynadan da, maliyələşdirən də, silahlandıran da və onları öz maraqları naminə cinayət aləti kimi istifadə еdən də əslində böyük dövlətlər idi. Çox təəssüflər ki, bu gün bu «böyük canilər»dən hеç kəs danışmr, çünki həmən «böyük canilər» bu gün də böyük dünya gücləridir. Onlar ABŞ, Ingiltərə və Fransa dövlətləridirlər. Bu dövlətlər nəinki mart qırğınları zamanı qətlə yеtirilən 30 min müsəlmanın, еləcə də həmən dövrlərdə 1917-20-ci illərdə Qafqazda öldürülən yüz minlərlə insanın məhv еdilməsinin ilhamçısı, sponsoru və təşkilatçıları olmuşdurlar.

В России закроют все рестораны McDonald’s

В России закроют все рестораны McDonald’s
В 2012 году в России полностью ликвидируют сеть ресторанов McDonald’s. Власти страны приняли такое решение в связи с вредом для здоровья россиян, который приносит фастфуд. 


Чизбургеры, бургеры, фишбурги, мороженое, картофель фри. Редкий из жителей российских мегаполисов не пробовал на вкус фастфуд в ресторанах McDonald’s, а некоторые не мыслят без них своего существования. Обеды, перекусы, ужины — все там. 

Галуа - мой моральный наставник


Ровно 180 лет тому назад в мире произошла ужасная трагедия - в подставной дуэли, организованной властями монархической Франции, был убит 20-летний ВЕЛИКИЙ МАТЕМАТИК, великий революционер-борец за СВОБОДЫ и ПРАВА человека и народов, ВЕЛИКИЙ патриот и Великий Мудрец - ЭВАРИСТ ГАЛУА (Évariste Galois (25 October 1811 – 31 May 1832) … 
Хотя до сегодняшнего дня, чуть ли не во всех вузах, исследовательских учреждениях мира миллионы математиков, физиков, инженеров изучают и преподают теории Галуа, поле Галуа, группы Галуа и т.д., но к великому сожалению, еще не достаточно изучена личность этого великого человека ! 
Я горжусь, что еще с детства считал Э.Галуа своим моральным наставником и учителем… 
Царствие небесное…


Hilal Mamedov

Azərbaycan qəhrəmanı şəhid Fərid Əhmədov

Baytar generalları


General-leytenant Tağı Əhmədov ingilislərə Azərbaycan dilini öyrədəcək


Keçək məzəli əhvalata, general Tağı Əhmədovun ingilislərə Azərbaycan dilini öyrətmək cəhdlərinə. 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olan general Tağı Əhmədov bu yaxınlarda İngiltərəyə səfərdən qayıdarkən modern.az saytına bu bəyanatı verib: “Bu yaxınlarda İngiltərəyə getmişdim, orada çox istədim ki, kim isə Azərbaycan dilində bir söz desin. Ancaq hamı ingilis dilində danışdı. Mənə Azərbaycan dilində bircə kəlmə də söz demədilər.”
General Tağı Əhmədov haqlıdır! Niyə Azərbaycan dilini öyrənmirsiniz, ay nankor ingilislər? Gözləyirsiniz ki, Tağı Əhmədov gəlib sizə Azərbaycan dilini öyrətsin? Gəlməyəcək, “Eurovision” mahnı müsabiqəsinə gələn ingilisləri Azərbaycan dilində danışmağa məcbur edəcək.


Mirzə Xəzər

Xalq artisti: “Vaqif Mustafayev kino çəkmək əvəzinə “Space”də oturub pul qazanır”


“Düşük, səviyyəsiz, şit seriallarda çəkilməyi özümə sığışdırmıram” 


Son illər Azərbaycanda müxtəlif bədii filmlər, bir sıra yeni seriallar çəkilsə də, onların səviyyəsi tamaşaçıları qane etmir. Xalq artisti, prezident təqaüdçüsü Elmira Şabanova da Azərbaycan kinosunun bugünkü səviyyəsindən razı deyil. Elmira Şabanova Modern.az saytına müsahibəsində başqa maraqlı məqamlara da toxunub.


- Elmira xanım, Azərbaycan kinosunun bugünkü səviyyəsi sizi qane edirmi? Son illər çəkilən filmləri bəyənirsinizmi?
- Azərbaycan kinosu tənəzzülə uğrayıb. Demək olar ki, son illər heç bir maraqlı film çəkilməyib. Yavər Rzayevin çəkdiyi “Qocalar” filmini nisbətən maraqlı ekran əsəri saymaq olar. Mən də bu filmdə rol almışam. Amma yaradıcı heyət təcrübəsiz olduğu üçün film uğur qazana bilmədi.

“Onun Sevgi məktubları…” kitabının növbəti imza günü

 7 aprel 2012-ci il tarixdə millət vəkili Qənirə Paşayevanın “Onun Sevgi məktubları...” adlı kitabının oxucular üçün növbəti imzalanma mərasimi keçiriləcək.
Mərasim saat 17.00-da “Əli və Nino” kitab dükanları şəbəkəsinin Metro Park alış-veriş mərkəzinin 3-cü mərtəbəsində yerləşən satış məntəqəsində (Təbriz küçəsi 4, Nərimanov metrosunun yaxınlığı) baş tutacaq.
Qeyd edək ki, kitabın təqdimat mərasimində millət vəkili Qənirə Paşayeva bildirmişdi ki, "Onun sevgi məktubları" kitabının satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək.
Müəllifin imzası ilə kitab əldə etmək istəyən hər kəs dəvətlidir.

"Jurnalistika “reket” ola bilməz, o, peşə fəaliyyətidir"



“Mətbuatımızda Bütöv Azərbaycan mövzusunun işıqlandırılma miqyası və səviyyəsi qənaətbəxş deyil”

“XALQ CƏBHƏSİ” QƏZETİNİN BAŞ REDAKTORU ELÇİN MİRZƏBƏYLİNİN FİKRİNCƏ, PUBLİSİSTİKANIN BİR JANR KİMİ MÖVCUDLUĞU VƏ BU JANRIN AZƏRBAYCAN MODELİNİN İNKİŞAFI BÖYÜK ƏHƏMİYYƏT KƏSB EDİR


– “Xalq Cəbhəsi” qəzeti 2001-ci ildə yaradılıb, ilk yarandığı dövrdə mən burada sadəcə yazılarla çıxış etmişəm. Qəzetin ilk baş redaktoru isə indi APA-nın baş direktoru olan Vüsalə Mahirqızı olub. Qəzetin yaranma prosesində o iştirak edib və burada rəhbər kimi fəaliyyət göstərib. Məndən öncə də qəzetin iki ayrı baş redaktoru olub. Həmin şəxslər də hazırda bizim qəzetdə çalışırlar. 

Markesin şəkli


Aliq Nağıoğlu

Əmək kitabçam dərhal verildi. Son haqq- hesab bu qarışıqlıqda yadıma düşmədi. Baş direktor:”Açarı yanında oturan qıza verərsən”, deyəndə sevincimdən uçmağa qanadım yoxdu. Məni ancaq bu cür burdan uzaqlaşdırmaq olardı, necə ki uzaqlaşdırıldım. Bir ay əvvəl “Tefal” elektrik çaynikini gətirəndə keçirdiyim hissləri heç kəslə bölüşmək istəmirəm. Ürəyimdə “əlvida, tualet qoxulu otağım”, dedim, əmindim ki Allahın özünə, arzulasa belə, bura ikinci dəfə təkrar qayıtmaq qismət ola bilməz. “Bura işə girənlər, bir də çıxanlar sevinir”, - bibim oğlu birinci gün çəp- çəp mənə baxıb xəbərdarlıq etmişdi. Ona ikinci dəfə sevinmək qismət olmamışdı, nə qədər qəribə olsa da, qəfildən iş başında dünyasını dəyişmişdi. “Siz doğrudan da gedirsiniz...” referent qızın sual dolu baxışlarla əzilib- büzülməsi də vecimə deyildi; sanki bir az əvvəl işdən çıxarılmağım barədə dabanbasma əmək kitabçama səliqəli yazılanları unutmuşdu. 

"İndi tənqidləri vecimə almıram"

Ədəbiyyat adlı intəhasız yolun gənc yolçularının-gənc qələm adamlarının ürəyi hər zaman dolu olur. Onların danışmağa, fikirlərini bölüşməyə ehtiyacı olsa da, bəzən diqqətdən kənarda qalmaq onları ruhdan salır. Düşünürəm ki, yaşlı yazarlara göstərilən ilıq münasibəti gənclərə, gənc qələm adamlarına da göstərmək vacibdir. Hər zaman bu düşüncədə olmuşam: Azərbaycan ədəbiyyatının seçilən gənc imzaları ilə söhbətləşmək, onların fikirlərini oxuculara çatdırmaq olduqca vacibdir. Qəzetimizdə də bu missiyanı yürütmək niyyətindəyəm. 

Rəsul Quliyev haqqında şok iddialar


OMON hadisələrinin başlanmasına səbəb Elçin Əmiraslanovun Qazax rayonun Şıxlı kəndindən Ermənistana qurunt yolla ötürülən benzinləri tutub AZTV vasitəsi ilə yayması olub. Bir dəfə 22 maşın, ikinci dəfə 30 maşın (kamaz) yük tutulub.
Həmin vaxtlar da, eyni zamanda Gəncənin rəisi Natiq Əfəndiyev Ağstafa, Tovuz və Qazaxda qanunsuz hərəkətlərə yol verirmiş.
Elçin Əmiraslanov benzin maşınlarını tutub sürücüləri həbs etdirilməsinə və barələrində cinayət işinin qaldırılmasına nail olur. Bir müddətdən sonra Qazax rayon prokurorunu buna görə işdən çıxardırlar.