29.04.2012

Şölə Səfərəliyeva "Photo Time" verilişinin qonağı olub


Strasburqda gənclərlə görüş


Millət vəkili Qənirə Paşayeva Strasburqda İnsan Haqları İnstutunda Azərbaycandan və Türkiyədən gələrək Strasburqda təhsil alan bir qrup gənclərimizlə görüşüb və müzakirələr aparıb. Millət vəkili gənclərimizin qurduğu təşkilatların, dərnəklərin işi ilə də maraqlanıb və onlarla ətraflı fikir mübadiləsi aparıb.

Camaat nə deyər :)


Gülnar Musayeva
Uzun bir boşluqdan sonra mən yenə qayıtdım əziz oxucularım və dostlarım.Bəlkə mənim üçün darıxmamısız ama yazılarım üçün əminəm ki darıxmısız.Ən azından qalmaqallı yazılarım üçün :) .Uzun zamandır yazmaq istəyib ama bir vaxt tapıb yaza bilmədiyim bir mövzudan yazmaq istəyirəm bugün.Mövzunun bir ucu yenə gedib mentalitetə sataşacaq deyəsən.))
Əsində mentalitet var yox mübarizəsi hələ bugünə kimi öz mübarizəsini davam etdirir.Kimi üçün var,kimi üçün yoxdur.Ama gerçəklikdə metalitet anlayışı bütün dünayda var.

Cavid Zeynallı: “Erotika yazmasam, heç kim inanmayacaqdı”


“Romanımı oxumağı ailəsinə rəva bilmədiyi kişinin  oğlunu şəhərin tən ortasında qızla öpüşən gördüm”
Sualları gənc yazar Cavid Zeynallı cavablandırır.  Onun “Günəşi gözləyənlər” kitabı haqqında müsahibəsini təqdim edirik.
- Nəyə görə “Günəşi gözləyənlər”?
- Düzü, belə suallara cavab vermək mənim üçün hədsiz çətindir. Bu yaxınlarda “Ədalət” qəzetində  Cəlil Cavanşirlə müsahibəmiz çıxdı, orda yaradıcılıqla, kitabla, romanla bağlı çoxlu suallar vardı. Dedim Cəlil, belə suallara cavab verməkdə mən çox fərasətsiz adamam. Nəyə görə “Günəşi gözləyənlər”? Buna konkret cavab verə bilmərəm. Bir az böyük  çıxmasın mən yazmağa iddialı adamam, fikirləşirəm, nə vaxtsa əlimdən beş-üç babat mətn çıxa bilər. Hər bir yazarın  içində illər sonra xatırlanmaq, ədəbiyyat tarixinə düşmək kimi istəklər, iddialar olur.

“Bədbəxtlik riyazi düsturlara sığmır”

Aytən Nəsibbəyli “TEZ BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Aytən Nəsibbəyli.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Ümumiyyətlə, təqdimata ehtiyac olmayanda.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- “O” buna hələ cavab verməyib.

- Dost…
- Bu dörd hərfdən həddindən çox şey gözləyirik.


- İlk sevginiz? 
- Sevgi sonsuzadək sürür, rəqəmlərə bölünmür.

Salam Sarvan: “Anara qarşı hücumlarda namərdlik çalarları da var”


Tanınmış şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın ünvanına səslənən tənqidlərə münasibət bildirib.
“Anara qarşı hücumlarda namərdlik çalarları da var. Mən bunu neçə ildi görürəm. Və bu ürəkağrıdan bir mənzərədir.
Namərdlik çalarları Anara qarşı hücumların şəxsiyyətə yönəlik təşkil olunmasındadır, onun kampaniya xarakterindədir.

28.04.2012

Fransızlar futbol oynayır))

“Dost” - aylıq elmi ictimai jurnal

“Dost”  aylıq elmi ictimai jurnalı 2012 ci il aprel ayından etibarən sizin görüşünüzə gələcək. Jurnalın əsas məqsədi insanalar arasında maarriflənməni daha da sürətləndirməkdir. Bu jurnal ayda bir dəfə olmaqla hər ay işıq üzü görəcəkdir.Jurnalı bütün metro stansiyalardan əldə edə bilərsiniz. Ümidvarıq ki, sizin etimadınızı doğruldacaq və bu yolda daha da səylə çalışacağıq. Jurnalın baş redaktoru Elvin Arifoğlu, redaktor müavini isə Habil Yaşardır. Hər birinizə öncədən təşəkkürümüzü bildiririk.

27.04.2012

Yardıma ehtiyacı olanlara köməyə tələsin, insanlar!

Günün fotosu


Samir Asadli Kiyevdə

ATV-nin ev fırıldağı

Zaur Baxşəliyev isə efirdə üç otaqlı mənzillə bağlı dediyi sözləri, bu gün boynuna almır 

Azad Azərbaycan Televiziyasının (ATV) layihəsi olan “Tanıdım Səni” yarışmasının qalibi Lalə Hüseynzadəyə vəd olunan mənzilin açarları hələ də verilməyib. Kanal rəhbərliyi və layihənin müəllifləri qalibə mükafat olaraq Bakı şəhərində tam təmirli, üç otaqlı mənzil veriləcəyini desələr də, sözlərinə əməl etməyiblər. Finalda təqdim olunan üç otaqlı mənzilin açarını veriliş bitən kimi ondan alıb, layihənin prodüseri Faiq Ələkbərlinin evinin açarı olduğunu deyiblər. L. Hüseynzadəyə Bakı-Sumqayıt yolunun 7-ci kilometrliyində yerləşən Masazırda ATV-nin digər prodüseri Mirsalam Mirsalamovun adına olan, 36 kvadratmetrlik, yaşayış üçün yararsız, 12 min 400 manat dəyərində bir otaqlı mənzili təklif ediblər. “Tanıdım Səni”nin aparıcısı və münsifi Zaur Baxşəliyev isə efirdə üç otaqlı mənzillə bağlı dediyi sözləri, bu gün boynuna almır.

CNN-in keçmiş əməkdaşı: “Çingiz Mustafayevin çəkdikləri müharibə şousudur“

"Azərbaycanlı qadın obyektiv üçün çox maraqlıdır"

"Heysiyyətimə toxunan yeganə səhnə Ağdərədə döyüşlər getdiyi vaxt yaxın ərazilərdə rayon kişilərinin qabaqlarına siqaret, saqqız qoyub satması səhnəsi idi"

"Qarabağ müharibəsinin başqalarından fərqi onda idi ki, digər müharibələrdə hər iki tərəfə keçib rahatlıqla çəkə bilirdim"

"Gözlərimizin qarşısında tarix sökülür"

"Getdikcə əmin oluram ki, keyfiyyətsiz insanlar, qeyri-peşəkarlar daha tez uğur qazanır"

"Şəhərin özünəməxsusluğu çoxdan itib"

Tağı Cəfərov 1954-cü il noyabrın 3-də Bakıda anadan olub. İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. BBC, CNN kimi xarici xəbər agentliklərinin operatoru, fotoreportyoru olub. Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvüdür.Onunla müsahibəni təqdim edirik.

Günün fotosu

Laçın Məmişov Ramil Səfərova məktub yazdı


Salam Ramil!!!
Sənə “Necəsən?” ənənəvi sualını salamın ardınca vermirəm. Çünki necə olduğunu bəlkə də mənim qədər anlayan çox az adam ola bilər. Bu imkanın yarandığını görəndə açığı çox sevindim…Ona görə ki, İnşAllah sən azadlığa çıxandan sonra eyni sözləri sənə görüşəndə desəm artıq vaxtı keçmiş olacaq.
Sənin gücünə, iradənə və mərdliyinə zərrə qədər də şübhəm yoxdur. Çünki sən özün üçün deyil, millətin və xalqın üçün yaşayırsan.

26.04.2012

Şıltaq yağışam mən

İlqar Fəhmi

İnsan deyiləm, indi bunu anlamışam mən,
Eşq adlı buluddan süzülən bir yağışam mən,
şıltaq yağışam mən.

Yağdırsa da çirkabə məni qarə buludlar,
... Qəlbimdəki şəffaflığımı saxlamışam mən,
çünki yağışam mən.

Hər gün döyürəm pəncərəsin sevgili yarın,
Yox ayrı yolum ki, ona dərdim danışam mən,
dilsiz yağışam mən.


Bəlləbur - Azərbaycan tarixinin möhtəşəm abidəsi

Şəkil:Bəlləbur qalası.jpg
Lənkəran şəhərindən 10 km cənub-qərbdə Bəlləbur kəndi ərazisində Bəlləbur dağı adı ilə tanınan, sıx meşəliklə örtülmüş yuvarlaq yüksəklik var. Sahəsi təqribən 10-12 hektar ərazini əhatə edir, zirvəsi ətraf ərazilərə hakimlik edir. Cənub tərəfdən çay yatağı ilə sərhədlənir. Şimal tərəfdən isə meşəyə birləşir. Qərb və şərq tərəfləri düzənliklərdir.
Yerli əhali arasında “Bəlləbur qalası” adı ilə tanınan həmin dağ haqqında müxtəlif tarixi məlumatlar və rəvayətlər mövcuddur, onların da bəziləri müxtəlif yazılı mənbələrdə də yer almışdır.
1869-cu ildə S. Kazımbəyoğlu tərəfindən qələmə alınmış «Cavahirnameyi-Lənkəran» kitabında vaxtilə IX əsrdə Lənkəranın bir yaşayış məntəqəsi kimi Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir və qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqlarının olduğu göstərilir.

Zümrüd Yağmurun “Diriləri basdırın” adlı növbəti romanı dərc olunmuşdur

“Diriləri basdırın” romanında insanın güc əldə etmək üçün hər şeyini, bütüb dəyər və mənəvi keyfiyyətləri, hətta doğmalarını belə bu istəyinə qurban verməsinin mahiyyəti əks olunmuşdur. Əsərin qəhrəmanları daxili sarsıntı və psixoloji gərginliklə ətrafında baş verənlərin gah əsirinə çevrilir, gah da onu aşağı doğru çəkən hər şeydən imtuna etmək üçün mücadilə edir.
Romanda yaşadığımız mühitin naqislikləri əslində güc və zorakılıqla əzilən, eyni zamanda gücü zorla birləşdirib öz mənəvi aləmini də qətl edən insanların faciəsi ilə əks etdirilmişdir.
İndi dünyada  baş verən inqilabi dəyişikliklər fonunda məhz diktatorlara ithafən yazılan əsərin orujinal çəhətlərindən bir də odur ki, süjet içində sanki tam fərqli bir zaman tunelində güclü olmaq adına özünü və hər şeyini qurban verənlərin əslində elə dünyanın ən axmaq adamı olduğu sübut edir. Gücün süqutunu, diktaturaların çöküşünü iki meydandakı fərqli hadisələrin fonunda günümüzə bağlayan müəllif əslində “Diriləri basdırın” romanı ilə bəşəri bir həqiqqəti, zalım gücün məğlubiyyətə məhkum olduğunu təsvir etmişdir.
Romanı oxucular "Əli və Nino", Akadem kitab, kitab akademiyası, eyni zamanda metronun Elmlər akademiyası, Nizami və İçərişəhər stansiyalarının girişində yerləşən kitab dükanlarından əldə edə bilər.

BU ŞƏKİL

Faiq Balabəyli

Baylıl türməsində bizimlə bir kamerada cəza çəkən dustağa həyat yoldaşı boşanmaq üçün razılıq verməsini tələb edən məktub göndərmişdi. O, onu gözləməyən qadının uşaqları ilə birlikdə olan şəklini sinəsinə sıxıb siqareti-siqaretə calamışdı

Nə baxırsan əlindəki şəkilə,
nə görmüsən o şəkildə təzə, nə?
Kimdir səni bu alvda yandıran,
Kimdir sənin şərik çıxan sevginə.

Bu otaqda fikrə gedib hər axşam,
duruxarsan, nələr düşür yadına?
Onunla bir xoşbəxt olub gəzdiyin
anlar düşür, günlər düşür yadına?


Sabirabad türkləri

GÜLƏR ƏHMƏDOVA TÜRKİYƏ TELEVİZİYASINA MÜSAHİBƏ VERDİ

24 Aprel günündə millət vəkili erməni yalanlarını bir daha ifşa etdi

Xəbər verildiyi kimi, Aprel ayının 23-də Türkiyənin İstanbul şəhərində Azərbaycanın İstanbuldakı baş konsulluğunun və “Türkiyə Azərbaycan Kültür və Egitim Vakfı”nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımı barədə hazırlanmış filmin təqdimat mərasimi keçirilmişdir. Tədbirdən öncə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova Türkiyənin “Bengü Türk” kanalına müsahibə vermişdir. Müxbirin suallarını cavablandıran Gülər Əhmədova ermənilərin tarix boyu yalanlar üzərində özlərinə “tarix” qurduqlarını, zaman-zaman qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürdüyünü bildirmiş və XXI əsrdə də Ermənistanın terrorçu siyasətini davam etdirdiyini söyləmişdir.

Uzaqdan görünən zəfəran sarısı

Cavidan

Hamı bilir ki, mən hamıdan uzaqda, ev şəraitində yazıb, internet vasitəsi ilə dərc olunuram.
Və hamı da bilir ki, nə Bakıya getmək, nə də kimisə Lənkəranda qarşılamaq kimi bir niyyətim yoxdur. Heç buna imkanım da yox.
Amma doğrudanmı həm də hamı düşünür ki, mən bu qədər qapalı və imkansız bir vəziyyətdəyəmsə, oralarda, yanlarında-yaxınlarında olan məndən dəfələrlə dəfə savadsız və istedadsızlarla edə bilmədiklərini mənimlə eləmək bu qədər asandı?
Xam bilmək, xam tanımaq, xamlamaq yəni...
Kimi qonorar verərəm deyib, sonra dəsmal tutar üzünə, kimi qonorar yollamaq zamanı gələndə pulu yarıbayarı az yollayar, kimi yolladığından bir saat əvvəl bir məbləğ deyər, amma qulağını mütləq kəsər bu məbləğin və sən bunu ancaq pulu poçtdan istəyəndə görərsən, görəndə də iyrənərsən özünü arsızlığa qoymuş miskin varlıqların əlində çabalayan SÖZ məkanından.

Bəxti gətirənlər


Günün fotosu


AYB Güney Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruz

25.04.2012

Bu da gözəl şəhərimiz Lənkəran

"Gözün aydın", Amerika!

Mayis Güləliyev

Psixi xəstələrin və ya terrorçuların məktəblərə daxil olub kütləvi qırğınlar törətməsi təkcə Amerikada yox, dünyanın ən tolerant ölkələrdən biri olan Azərbaycanda da baş verdi. Gücü, zorakılığı təbliğ edən Amerika kinolarında olduğu kimi.
Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi Azərbaycan cəmiyyətini ciddi şəkildə "silkələdi".
Təkcə ona görə yox ki, çoxlu sayda günahsız insan qətlə yetirilmişdi, həm də ona görə ki, belə hadisə hər bir kəsin başına gələ bilərdi. Hər bir kəs başa düşdü ki, onun təhlükəsizlyi heç də təmin edilməyib.

Koroğlu utanırdı...

Arzu Abdulla

Bizi öz keçmişimizdən uzaqlaşdırırlar. Gələcəyin qapısında bizi kimlərin qarşılayacağı və nələrin gözlədiyi bəllidir. Çünki keçmişmizi topa tutduq. Gələcək bizə yaxşı nə vəd edə bilər ki? Bir qrup üzdəniraq bizi inandırmağa çalışır ki, BİZ heç kimik. BİZ heç nə bacarmarıq.
Müəllifini dəqiq xatırlamadığım aforizmdə isə tam başqa hikmət var: “O xalqların gələcəyi yoxdur ki, onların keçmişdə güclü tarixi olub və bu gün ancaq keçmişi qurdalamaqla məşğul olduqlarından gələcək haqqında düşünmürlər”. Bizim tariximiz olub. Amma olub-qalan tarixmiz zaman adlı arabanın təkərlərinə ilişib yol boyu düyün düşmüş və qarışmış kələfə bənzəyir. Gəlin, kələfin ucunu tapaq!
Koroğlunun heykəlini görmüsüz də. Bizə çox yaxındır. Hərdən bu heykəlin ətrafında fırlanıb babamla söhbət edirəm. Ona vətəndaş cəmiyyətindəki problemlərdən şikayətlənirəm. O, yazıq da qılıncını yuxarı qaldırıb, baxışlarını aşağı dikib susur. Çox fikirlidi babam.

Məhbuslarla yazarların görüşü


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə bu gün - aprelin 25-də Qobustan rayonunda yerləşn 14 saylı cəzaçəkmə müəssisəsində bir qrup gənc qələm adamı ilə məhkumların görüşü, eyni zamanda maralı ədəbi məclis və kitab bayramı keçirildi...
Bu tədbir ilə YYSQ-nin XII Bakı Kitab Bayramı Milli Kulturoloji Müsabiqə - XII Bakı Kitab Bayramının silsilə tədbirlərinə start verildi...

Dallesin paraşütçüləri, yaxud böyük kəşfiyyat layihəsinin iflası – ARAŞDIRMA-FOTOLENT

İlqar ƏLFİOĞLU


İş elə gətirdi ki, 1946-cı ilin dekabrında Böyük Britaniya kəşfiyyatı CİC özünün İstanbuldakı rezidenturasına ən inanılmış peşəkarını - Kim Filbini rəis təyin etdi. Axı ürəklərindən keçirdi ki, “soyuq müharibə”nin başlanmasıyla dünənki müttəfiqləri olan SSRİ-nin ərazisində geniş agentura şəbəkəsi yaratsınlar, özlərinə rəqib gördükləri bir ölkəni içindən dağıtmağa cəhd göstərsinlər. Bu məqsədlərin həyata keçirilməsində İstanbul ən əlverişli nöqtə olduğundan, oradan yalnız Sovet İttifaqına qarşı deyil, həm də Şərqi Avropanın sosialist ölkələrinə qarşı əməliyyatlar planlaşdırmaq asan olduğundan bu əhəmiyyətli vəzifəyə belə qiymətli fiquru təyin etmişdilər.

600 min almanı necə kabab etdilər?

ABŞ və İngiltərə hava hücumu vasitəsi ilə 600 min alman vətəndaşını soyqırım edib

FaktXeber.com xəbər verir ki, II dünya müharibəsində heç də əslində təkcə Adolf Hitler amansız davranmayıb. Bu müharibə haqda olan həqiqətlər yalnız birtərəfli olaraq bizə çatdırıldığına görə, qarşı tərəfin insanlığa qarşı törətdiyi cinayətlərlərdən elə də məlumatımız olmayıb. Burada qeyd edəcəyimiz təkcə bir fakt nasistlərə qarşı vuruşan müttəfiqlərin, xüsusi ilə ABŞ və İngiltərənin insanlıq əleyhinə törətdikləri vəhşilikləri ortaya qoyur.

Bekarçılıq silsiləsindən)))

Mən gələr olmadım, yolu qarşıla

Salam Sarvan


Görünüş

Tavandan asılmış çilçıraqda
İşıqnan dolu beş qədəh.
İçmək istəyir adam
Dostlarnan bir yerdə. 



Sevgi 

Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün. 



Kitabla bağlı qalmaqal

Bu yaxınlarda Səfəvilər (səfəvilərə yeni baxış) adında Guntay Gencalpin yeni kitabını nəşr etdik. Kitab tarixçilər və tarixlə maraqlananlar arasında bir çaxnaşma yaradıb. Kitabdakı fikirlərlə razılaşmayanlar zənglərlə nəşriyyatı topa tuturlar, özümə zəng edib saysız hesabsız iradlar bildirirlər. yerində səslənən iaradlarla razılaşıram, iradların ünvanı düzgün olmalıdır. Ortalıqda kitab var, bununla razılaşmayan yeni bir kitab yazsın. Digər tərəfdən çox sevinirəm ki, ən nəhayət kitablar ətrafında da diskussiya başladı, amma xahiş edirəm ki, bunu elə diskussiya formasında da saxlasınlar, bundan şantaj vasitəsi kimi istifadə etməsinlər. Tarixə fərqli münasibətlərin olması tam təbiidir, əsas odur ki, bu fərqli münasibətləri göstərmək üçün mövzular tapılsın, kitablar yazılsın. Kimin bu kitaba iradı varsa yazıyla cavab versin, istərdim ki, Prezident təqaüdü alan tarixçilərimiz indi oturub cavab yazsınlar, fars, ərəb, türk və avropa mənbələrinə istinad edərək, və mən o kitabı məmnuniyyətlə çap edərəm. Axı onlar o təqaüdü yalnız yaşamaq üçün deyil, həm də yazmaq üçün alırlar.



YUVA DAĞIDANLARA VƏ YUVASI DAĞILMIŞLARA DİLƏKÇƏM

Şirinxanım Kərimbəyli ŞADİMAN

Əslində  bu  yazını  heç  zaman  qələmə  almazdım, bu  yaxınlarda  baş  verən  Sulutəpə  əhvalatları olmasaydı. Vətəndaşa  ən  rahat  ölkə  onun  Vətəni  olmalıdır. Biz  Azərbaycan  türklərindəən pis  qarqış «Evin başına uçsun», « Evin dağılsın»   ən  xoş  alqış  isə  «Evin  tikilsin», « Evin  abad  olsun» deyimləridir. Yəqin  ki, bu  sözlər  istər  sevgidən, istərsə  nifrətdən  el  arasında  tez-tez  işlədilən  ifadə  vasitələridir.