30.11.2012

Samsun sabahı

Turqut Qaraca

Sənə sevdiyimi desəm doğru olmaz
çünki açıq aydın sadəcə səni istəyirəm
tükədici insan doğasının tipik dürtüsü
sən də buna görə qınama məni
heç də əksik deyil ruhun bu haldan
zaman-zaman sən də birini istərkən
onu tükətmək istərkən hisslərinlə
bilmədən adını sevgi qoydun bu halın

söylərmisin nəsi yanlış bunun
sevmək adıyla aldadmaqdan, doğrunu demək daha yaxşı deyilmi


Sözün ağrısı

Bilal Alarlı 

Şeir həm hər şeydi, həm də hər şey deyil

Hər şey ondan başladı ki, mən Xuraman Hüseynzadənin Fasebook-dakı şeirlərini oxumaq həvəsinə düşdüm. Bu sosial şəbəkədə şəkillərini tez-tez dəyişən Xuraman pərəstişkarlarının və həmkarlarının gözünə daha gözəl, daha yaraşıqlı görünmək istəyir. Bunu şəkillər arasındakı fərqli görüntülərdən də sezmək mümkündür. Təbəssüm və kədərli baxışlar... Xuraman öz görkəmiylə şeirlərindəki təzadlardan daha güclü obraz yaradır. Astroloqların belə bir fikri var ki, insanın uğuru onu himayə edən bürcdən asılıdır və həyatda hər kəsin bir himayədar bürcü var. İnsan hansı bürc altında doğulubsa,  həmin bürcün hakimiyyəti dövründə il ərzində yığılıb qalmış problemlərinin çoxu həll olunur. Ona diqqət də artır.

Şəlalə Cavanşir - Qadın və feminizm


Latinca qadın anlamına gələn “femine” sözcüyündən törədilən femenizm fransizcaya 1837-ci ildən sonra (feme –qadın sözcüyündən törədilərək ) inglizcəyə isə, 1890-larda womanism (qadıncılıq) ismini alaraq  girmişdir .
Qadın haqları 1960-lı   illərdən sonra sıxca duyulan bir qavram olmuşdu. Bu qavramın içəriyinin doldurulmasında femenistlər etkili olmuşlar. Femenist hərəkəti tarixi  açıdan Birinci Dünya Savaşi öncəsi və 1968-ci il sonrası olmaq üzərə iki dönəmə ayrılmaqdadır .

GÜZGÜDƏKİ QADIN

Narıngül
                                   
Qadın hər şeyə çoxdan, lap çoxdan tüpürmüşdü, təkcə qarşısında dayandığı bu qırağı haşiyəli, naxışlı güz­güdən başqa. Onun həyata uzanan yolları bu güz­gü­nün qarşısından başlanırdı, məhz bu güzgünün qar­şısında o, hamıdan güclü, hamıdan qürurlu olur­du, varlığı bütünlüklə təsdiq olunurdu.
Bəzənmək həyatında ən çox ləzzət aldığı bir əy­lən­cə idi. Dəfələrlə üz-gözünü boyayır, xoşu gəl­mə­dik­də silib, təzədən boyaq çəkir, uzun qara saçlarını gah o, gah da bu çiyninin üstündən aşırır, özü-özünə vu­rulurdu.
Qara, uzun saçları doğrudan da, lap qiyamət idi.
Kişi iri, kobud əlləriylə onun uzun saçlarını qa­rış­­dı­rır, üzünə səpələyir, dönə-dönə öpüb pıçıl­da­yır­dı:
– Aman Allah, dəli olacağam. Heç bilirsənmi sə­nin həsrətini nə qədər çəkmişəm?! Səni  hələ ilk dəfə gö­rən­­də ağlımı itirdim. İnana bilmirəm, inana bilmirəm bu xoşbəxtliyə.

Renesans (NoT&Can) — Sun and Rain (prod. 5.45 Production)

Biz kimi tərəfindəyik?

İbrahim Fərhadoğlu
Professional Oxucu Liqası

Qəribəsi burasındadır ki, Azərbaycanda heç də bütün təşkilatlar İsrail cinayətinə mövqelərini bildirmədilər

 “Xeyirlə şər daim yan-yana addımlayır” söyləyənlərlə razılaşmaq çətindir. Çünki xeyirlə şər dünya yaranandan bəri daim üz-üzə gəlir və toqquşur. “İn” və “Yan”, “işıq” və “zülmət”, “gündüz” və “gecə”, “isti” və “soyuq”, “ağ” və “qara” əbədi mübarizədədirlər.
 Min illər əvvəl də belə olub, indi də belədir. Və əgər minilliklər öncə baş verən toqquşmalar haqqında yalnız tarix kitablarında oxuyuruqsa, günümüzdə bu toqquşmaların canlı şahidlərinə çevrilirik. Bu gün də dünya iki düşərgəyə bölünərək, qismətində olan mübarizəni davam etdirir.

Elxan Zal Qaraxanlı Almatıda tədbirdə iştirak edib

Noyabrın 27-də Almatı şəhərində, Qazaxstan Respublikasının birinci Prezidentinin Fondu tərəfindən Qazaxstan prezidenti Nursultan Nazarbayevin “Qazaxstan yolu” kitablnının Azərbaycan nəşri ilə bağlı ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirilib. Bu kitabı Azərbaycanda nəşr etmiş Mahmud Kaşqari adına Beynəlxalq Fondun nümayəndələrinin də qatıldığı tədbirdə , Azərbaycan və Qazaxstan Respublikaları arasında siyasi, iqtisadi və mədəni əlaqələrin surətlə inkişaf etdiyi xüsusi vurğulanıb. Ortaq mədəniyyətə, ortaq tarixə malik olan xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün, mədəni əlaqələrin, görüşlərin, tərcümə işlərinin artırılmasının vacibliyi qeyd olunub.

Çingiz Abdullayev: «Cəmiyyətimiz Allahsız, vicdansız və əxlaqsız yaşayır»

ATV telekanalında yayımlanan və Orxan Fikrətoğlunun müəllifi olduğu «Nə xəbər?» verilişinin axırıncı buraxılışının qonağı, tanınmış yazıçı Çingiz Abdullayev Azərbaycan telekanallarının bu günkü durumu ilə bağlı sualı belə cavablandırıb:
Telekanalların fəaliyyətindən qətiyyən razı deyiləm. İnanmıram ki, siz özünüz də razı olasınız, ya kimsə razı olar. Bilirsiniz, bir dəfə demişəm, istəyirəm ki, ikinci dəfə təkrarlayım. Mən bilirəm, biz ermənilərə necə qalib gələcəyik. 20 ildir «akop»da (səngərdə) oturublar. Yazığım gəlir onlara. Oturub gözləyirlər ki, axı, gec-tez azərbaycanlılar gəlib torpaqları almalıdırlar. Baxırlar, televizora, səkkiz telekanalda səhərdən axşamacan oxuyub oynayırıq, yeyib-içirik, oynayırıq yeyib-içirik, gülürük. Axırda onların ürəyi partlayacaq. Deyəcəklər, nə millətdir, bu azərbaycanlılar? Heç yerdə belə şeyi göstərmirlər. Biz yeməyimizi də, yeməyi hazırlamağımızı da göstəririk. Ya da səhərdən axşamacan oynayırıq. Bu da olsun. Oynamaq da olsun, məclis də, bu qədər yox da.

Yataq otağından hamama qədər

İradə Cəlil

Son zamanlar ailə-məişət zəminində qətllərin sayı durmadan artır.  Və əgər törədilən qətllərin statistikasına nəzər salsaq, görərik ki, bütün cinayətlərin kökündə əxlaqsızlıq və  əxlaqsızlıqdan doğan səbəblər durur.
Bir müddət öncə Biləsuvar rayonunda baş vermiş qeyri-adi cinayət hadisəsi yəqin ki, yadınızdadır. Bu hadisədə zərərçəkmiş gunahkar hesab edilsə də, hadisəyə bir qədər başqa müstəvidən baxmaq lazımdır.  Düşünürəm ki, qadının razılığı olmadan heç br kişi onunla zorla münasibətdə ola bilməz.  Hələ üstəlik, bu qadın evlidirsə... Tez-tez kişilərin qeyrətsizliyini dilə gətirib, hamını eyni gözdə görən xanımlarımız bilməlidir ki, Azərbaycan kişisi qeyrətsiz deyil. Kişi hər hansı bir səhv addımı atırsa, bu addıma onu qadın sürükləyir...

Yer, dərdə dərmanım könlüm sultanı

Etimad Başkeçid

YUNUS ƏMRƏYƏ

təninnən bir can ayrılı,
uçar Allah deyə-deyə,
bir gün qeybin qapısını,
açar Allah deyə-deyə.

hankı ağrıma ağlayım,
hankı yaramı bağlayım,
hallarımı görən qayım
qaçar Allah deyə-deyə.

Başkeçid sapıb izinnən,
dost düşmən olub üzündən,
sallanıb çölün düzündən
naçar, Allah deyə-deyə.


Əbdülrəhman: “Terrorçular Qərbin əlində oyuncağa çevriliblər”

Suriya ordusunun yüksək rütbəli hərbçisi Ayham Əbdülrəhman ilə “Yeni xəbər” qəzetinin eksklüziv müsahibəsi

- Əssalamu əleykum, cənab Əbdülrəhman.
“Yeni xəbər” qəzetinə müsahibə verməyə razılaşdığınız üçün təşəkkür edirəm.
- Və əleykumə əssalam. Dəyməz, əziz qardaşım. Fürsətdən istifadə edib, azərbaycanlı bacı-qardaşlarımı salamlayıram.

- Məni uzun müddət bir sual düşündürür: məlum olduğu kimi, Bəşər Əsədə qarşı vuruşan silahlı müxaliflərin əksəriyyəti sözdə "islamçılardır". Lakin həm televiziyadan gördüklərimə, həm də Suriyada yaşayan tanışlarımın dediklərinə görə, Suriyada hər hansı dini məhdudiyyətlər yoxdur. Əksinə, orada dini təhsil almaq üçün xarici ölkələrdən tələbələr gəlirlər və Suriya dövləti hesabına oxuyurlar. Əsəd özü də cümə namazlarında iştirak edir, digər dini vacibatları da əncam edir, bir sözlə ona verilən "kafir" obrazına heç də uyğun gəlmir.

Nəzirməmməd Zöhrablı: “Dilimiz bizdən daha vətənpərvərdir”

“Dilimizin müasir terminlər hesabına zənginləşməyinin əleyhinə deyiləm. Ancaq dilimizi itirmək hesabına yox”

Müsahibimiz Söz Azadlığını Müdafiə Fondunun layihələr üzrə koordinatoru Nəzirməmməd Zöhrablıdır 

- Bu il may ayının 23-də dövlət başçısı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Sizcə, bu sərəncam hansı zərurətdən doğub?
- Qeyd etdiyiniz sərəncamı vaxtında atılmış, hələ bəlkə bir qədər də gecikmiş addım hesab eləyirəm. Bütün hallarda bu mütərəqqi bir hadisədir. Bir qədər gecikmiş deməyimsə sadəcə cavab xatirinə işlənən ifadə deyil. Təmsil etdiyim Söz Azadlığını Müdafiə Fondunun (SAMF) layihələri əsasında paytaxtda tanış olduğumuz “mənzərə” bunu deməyə əsas verir.

SAZ SƏSİ

Bəxtiyar Hidayət

Sən indi o yekəpər oğlanın diri-diri danışdığına baxma,çayını iç. O əsgərlikdən yeni gəlib. Oz qeyrətsizliyini il yarım  barı gözünnən görməyib. Ola bilər dedikləri də düzdü. Kimisə vurub, kimisə süründürüb əsgərlikdə. Özünün başına nə oyunlar açılıb o da sonra özündən sonrakı əsgərlərin başına o oyunu açıb. Onu mən yaxşı tanıyıram. Gözünnən görənin biridir.  Boyuna-buxununa da baxıb çəkinib eləmə. kim o boyda beç budu yesəydi hələ bundan da yekəpər olardı. Yaxşı olar ki indi danışacağım hekayəyə diqqətlə qulaq asasan. Onda anlayacaqsan o qoçaq əslində kimdi.

İki xəzərciyim

Cəfər Bozorg Əmin

Bənizinin  iki  xəzərciyindən
Özgəliyimi
Dilsizliyimi soyunuram
“ öz” “ada”-ma sarı  üzməyə.
Buğdayı  savalan- səhənd məmələrinin
Pətəyindən,
Süzmə baycan  balına  çılğınlanıram
Barmaqlıqlar  ardına
Qamçılara
Batımlara.
Sərgilənirəm   yaşı  qurumuş
gözünü  deşən
Düz  çarmıxlanıra.

“CIA” homoseksuallara qapılarını açdı

CIA homoseksuallara qapılarını açdıAmerika Mərkəzi Kəşfiyyat İdarəsi “CIA”, tarixində ilk dəfə homoseksualları sıralarına qoşmaq üçün kampaniya başladıb

“CIA” nümayəndələri, “Miami-Dade” bölgəsində gay, lezbian, biseksual və transeksual ictimayyətlərinin üzvləri ilə bir araya gəliblər. ”CIA” bu görüşü ilk dəfədir təşkil edir. İkinci görüş isə bu həftə Orlandoda baş tutacaq. İlk görüşdə ”CIA”-nın qapılarının hər kəs üçün açıq olduğu və heç kəsə cinsi seçiminə görə ayrı-seçklilik edilmədiyi söylənilib.
ABŞ federal hökuməti, 1995-ci ilə qədər homoseksualları təhlükəli hesab edərək onların gizli sənədləri görməsinə icazə vermirdi. Keçmiş prezident Bill Klinton, 1995-ci ildə bir sənəd imzalayaraq, federal hökumətin heç bir məmura irq, din, etnik mənşə və xüsusilə cinsi seçim mövzusunda ayrı-seçkilik edilməyəcəyini bildirib.
Qeyd edək ki, “CIA”-da üzvlərinin sayı 230-a çatan, gay və lezbian məmurlar tərəfindən dəstəklənən bir dərnək fəaliyyət göstərir.

Евреи и курды имеют общих предков

Нервных просят не смотреть:


Разные криптоеврейские народности - это готовые бандформирования
По мнению ученых, евреи и курды имели общих предков
Отсюда вы сразу онимаете, почему Израиль вооружает и обучает курдских сепаратистов в Турции
Израиль тренирует Кудские вооружённые силы
Израиль собирается использовать курдов при ударе по Ирану
Израиль готовит террористов

Johan Qeorq Meyer Von Bremen - Balaca məktəbli qız

29.11.2012

Furuğ Fərruxzad - Sonralar

ölümüm bir gün gərçəkləşəcək
ışıq dalqalarından aydın bir baharda
tozlu dumanlı uzaq bir qışda
yada coşqusuz ve haraysız bir payızda
ölümüm bir gün gərçəkləşəcək
şirin və acıla dolu normal bugunlərdən birində
başqa günlərə sayaq boş və dəyərsiz bir gündə
dünən və bugünlərin bir kölgəsi
bulanıq dəhlizlər  kimi gözlərim
yanaqlarim soyuq mərmərlərə tay
ansızın bir yuxu məni içinə çəkəcək
boşalacayam ağrı harayından
dəftərim üzərində sürünür
əllərim siir sihrindən  yoxsun olaraq
xatirlayiram əllərimdə
alovlanırdı siirin qanı bir gün
topraq məni özünə doğru çağırır həran
yetişirlər yoldan ki məni toprağa gömsünlər

Atasından çəkinən qızlar

Oktay Hacımusalı

Bu gün demək olar ki, əksər kütləvi informasiya vasitələrində ailədaxili inçest münasibətlərin kriminal xəbərlər adı altında verilməsi Azərbaycan milli – mənəvi dəyərlərinin əsas özəyini təşkil edən ailə sisteminin dağıdılması yolunda önəmli addımların atıldığından xəbər verir. Bu tip xəbərlərin yayılması heç şübhəsiz ki, bir müddətdən sonra cəmiyyətdə ciddi deformasiyaya gətirib çıxaracaqdır. Bəs nədir inçest münasibətlər? Tarixi proseslər zəminində inçest münasibətlər bir çox millətlərdə tabu kimi qəbul olunub. Bu gün bu termin əksər cəmiyyətlərdə ələxsus da bizim kimi Şərq düşüncəsinə aid olan cəmiyyətlərdə evlənmələri, əxlaqi, hüquqi və dini baxımından qadağan olunan (nikah düşməyən) yaxın qohum sayılan qadın ilə kişinin cinsi münasibətdə olması mənasında istifadə olunur.

Adnan Şenses Doldur Meyhaneci

Ayaqqabı

Akif Abbasov

Xəzər Nərimanov prospektindəki həyət evlərinin birində kirayədə qalırdı.  Fotoqraf işləyirdi. Hələ evlənməmişdi. Lakin qərara almışdı ki, subaylığın daşını atsın. Odur ki, arayıb-axtarır, halal südəmmiş gəzirdi. Bir də ki nə vaxta qədər pal-paltarını özü yuyacaq, yeməyini özü hazırlayacaqdı?!
Bu gün o, işdən ertə gəlmişdi. Tanış qızlardan birinin ad günü idi. Onu da çağırmışdılar. Xəzərin o qızdan xoşu gəlirdi, ancaq qəti qərar qəbul edə bilmirdi. Sevdanı təbrik etmək üçün bir dəstə gül, bir dənə fransız ətri götürmüşdü. Ayaqqabıları nimdaş olduğundan özünə də bir cüt tufli almışdı.

Azərbaycan əruzunda rəqəmsal modelləşdirmə


İlk dəfə Azərbaycanda, ilk dəfə DAYAQda!

Əli Əmirov
T.e.n., əməkdar mühəndis

Azərbaycan şeirində işlənən əruz bəhrləri qəliblərinin sadələşdirilməsi məsələsi əhəmiyyət kəsb etdiyindən hər vaxt ədəbiyyatşünaslarımızın diqqət mərkəzində olmuşdur [1,2]. Son vaxtlar işıq üzü görmüş və əsasən şeir vəznləri ilə maraqlanan, o cümlədən əruz vəznini öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuş, Ədilli Şirvaninin müəllifi olduğu "Əruz vəzninin sadələşdirilmiş qəlibləri" adlı kitab [2] fikrimizcə xüsusi əhəmiyyət kəsb edir.
Əsərdə göstərilir ki, Azərbaycan əruzunda sadəcə olaraq, cəmisi iki ünsür əsas götürüıür - uzun heca və qısa heca. Əruz vəznində yazılan şeirin hər bir misrasında yalnız bu iki ünsürün müəyyən və pozulmayan ardıcıllığı olmalıdır və bu ardıcıllıq tələffüz edilərkən xoşagələn ritm yaratmalıdır. Misraların hər biri üçün mütləq hesab edilən bu ardıcıllıq vəznin qəlibini təşkil edir.

SƏNSİZ NƏ EDƏCƏM

Şirinxanım Kərimbəyli Şadiman

Könül Səidə


Gözlərim kədərdən boylanıb baxır,
Canın dövrəsinə haylanıb baxır,
Anım əzabıma vaylanıb baxır,
Sənsiz ötməyəcək çən bu şəhərdə,
Sənsiz nə edəcəm mən bu şəhərdə?

Ötən günlərimi soraqlayacam,
Xatirə dəftərin varaqlayacam,
Hicran tellərini daraqlayacam,
Boğulub qalacaq canııım qəhərdə,
Sənsiz nə edəcəm mən bu şəhərdə?


Azər Adıgözəlzadə: "Bəxtəvərlikdən danışırsız lap"

Azər Adıgözəlzadə “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Bəni-Adəm.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Azər.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Kimlərinsə unutduğu adam.

- Dost…
- Bu məfhum mənimçün böyük əhəmiyyət kəsb edir.

- İlk sevginiz?
- Daşa dəydi.


Sima Ənnağı: “Günah BiBiCi-dədir, onlar səhv məlumatlar yaymışlar”

Konspiroloq Sima Ənnağı ilə Dünya Antiqlobalist Kuluarlarına səyahət

Yəhudi təşkilatları, xüsusilə də beynəlxalq bankçılar  qeyri-yəhudi tərəfdaşları ilə birgə BMT pərdəsi altında bütün dünyanı öz nəzarətində saxlamağa çalışırlar

Qloballıq və Dünyanın Yeni Nizamı adlanan ideologiya həqiqi dəyərlərə- Allaha, millətə, demokratiyaya, insanlığa və ailəyə hücum edir

İsa Məsih yolunu azmış yəhudilər üçün göndərilmişdi ki, onları düz yola, Tanrıya qaytarsın


Shape of my heart...

Günel Eyvazlı

Hər günü yaşamaq...
Eynilə.
Bir stəkan çay, hamına sünii təbəssümlə günaydın demək.
Sonra kitab alıb əlinə
Dünən qatladığın yerdən davam etmək...
Oxuya-oxuya , oxumadığını və hərflərin enini, uzununu ölçmək kimi kitabdan sevmədiyin şəxs kimi ayrılmaq.
Yadına düşənə qədər unutmaq...


Restoranda xanım ərini məşuqəsiylə yaxaladı

Vasif Əlihüseyn
 
 Axşam evə gec gəldiyimdən, səhər tezdən Müşgünaz xalanın səsinə oyandım yuxudan kirayə çarpayımda.  Tez-bazar əl-üzümü yuyub restorana yollandım və uşaqları bir yerə toplayıb axşamdan qalan tör-töküntünü yer-yığış etdik.  Həmişə ki, kimi öz otağımızda səhər yeməyi yeyib, təzə  uşaqlara “Menyu”dakı yeməklərin tərkibini, necə hazırlandığını başa salarkən, “qapıçı”nın qapını açaraq, kiməsə “Xoş gəlimsiniz!” – deməsini eşitdim. Adəti üzrə mən də qapıya yaxınlaşaraq, gələn qonaqları harada yerləşdirməyi və sifarişlərini almaq üçün restoranın zalına dəvət etdim.  
Qonaqlarım iki orta yaşlı bəy və xanım idi. Onlarla ilk söhbətimdən anladım ki, onlar məhz restoranın zalında yox, xüsusi “kabina”da əyləşmək istəyirlər. İstədikləri kimi “kabina”da yer ayırıb, sifarişlərini aldım və uşaqlardan birini də yanıma alıb xidmət etməyə başladım.

28.11.2012

Talış sıra dağları

London yəhudilərini Hitlerlə hədələdilər

JewishWest Hamın azarkeşləri: “Cühudlar, Hitler ardınızca gəlir!”

QafqAzNews “Kommersant Ukraina” qəzetinə istinadən xəbər verir ki, futbol üzrə İngiltərə çempionatında “West Ham” və “Tottenham” klubları arasında keçirilmiş görüş qalmaqalla başa çatıb. Belə ki, Londonun yəhudi icmasıyla sıx bağllığı olan tottenhamlılar oyun boyu qarşı tərəfin anti-yəhudi şüarlarına məruz qalıblar. “Adolf Hitler ardınızca gəlir!” şüarını səsləndirən West Hamın azarkeşləri və polis arasında qarşıdurma baş verib. Nəticədə azarkeşlərdən 5 nəfəri həbs olunub. Onların birindən illik abunə bileti müsadirə olunub. Digərləri barəsində isə istintaq işi aparılır.
Xatırladaq ki, “Tottenham”ın ev stadionu “White Hart Lane” yəhudilərin cəm yaşadıgı “Stok-Nyuinqton” məhəlləsində yerləşdiyindən, bu klub həmişə yəhudilər tərəfindən dəstəklənilir. Bu səbəbdən ingilis azarkeşlər “Tottenham”i “Yid Army” (“Cühudlar ordusu”) adlandırırlar.

2012: Dünyanın sonu və ya inqilabi oyanış?

Ülkər Mehdiyevanın tərcümələri

Stanislav Grof


Bəzi istisnalar xaric, Mayalıların kosmik dövrün sonu haqqında fərziyyələri  bəşəriyyətin və material dünyanın faktiki məhvi kimi təhrif olunmuşdur.
Bu,  Amerikan xristianları başda olmaqla xristian fundamentalistlərinin “apokolips” terminini yalnış anlamaqlarına bənzəyir. Onlar inanırdılar ki, baş verəcək  qlobal məhv zamanı onlar öz varoluşlarını  itirəcək və ruhları İsa peyğəmbərə qovuşacaq.
“Apokolips” termininin həqiqi və ədəbi mənası “məhv olmaq” yox, “pərdələri qaldırmaq” və “aşkara çıxarmaq” dır. Yəni bu bütün insanlara bəlli olmayan, yalnız seçilmişlərin anlaya biləcəyi sirlərin aşkara çıxarılmasına istinad edir.

ELAM MƏDƏNİYYƏTİ

ABŞ dağılır

Obamanın yenidən prezident seçilməsindən sonra baş verən ayrılma hərəkat böyüyür

Prezident Barak Obamanın ikinci dəfə ABŞ-ın prezidenti seçilməsindən sonra başladılan “Ayrılma hərəkəti” ərizəsinə imza atanların sayı bir milyona çatıb.

Öndə Texas gedir

Əlli ştatdan olan ayrılıq tərəfdarları  Ağ Evin ‘”We the People” saytındakı ərizədə adlarını qeyd edirlər. Hər dövrdə ayrılmaq istəyənləri çox olan Texas, 117,373 imza ilə siyahıya başçılıq edir. Texasın ABŞ-dan ayrılmaq istəyən sakinlərinin firkincə, federal hökumət, ölkəni quranların düşüncələri artıq yaşayışlarında öz əks etdirmir.

Axundovu oxuyun, cənablar

Arzu Abdulla

IV yazı

Hələ tələbə ikən belə düşünürdüm ki, bizə orta və ya ali məktəblərdə tədris edilən əsərlər  o qədər güclü olub ki, digər əsərləri üstələyiblər və dövrümüzə qədər gəlib çatıblar. Düşünmürdüm ki, Nizaminin və ya Şekspirin dövründə digər yazarlar da olub. Yaxud elə XIX əsrdə Axundovun  ideyalarını tənqid edənlər niyə dərsliklərə salınmayıblar və ya təbliğ edilməyiblər? Məgər ona görə ki, onlar olmayıblar? Yoxsa aparıcı ictimai-siyasi vəziyyətə, hətta hakim sinfin ideoloji durumuna zidd olduqları üçün məhv ediliblər və ya arxivlərdə saxlanmayıblar? Əlbəttə, XXI əsrdə kitabxana və arxiv infrastrukturu yaxşı inkişaf etdiyindən gələcək nəsillərə daha çox əsərlər ötürüləcək. Amma guya bu gün bütün əsərlərin saxlanma ehtimalı eynidirmi?
Heç sirr deyil ki, hansı əsərlər bugünkü və sabahkı hakim ideologiyanın “sınağından” çıxa bilirsə, onun saxlanma ehtimalı da daha yüksək olur.  

“Bomj”un, yoxsa “elita”nın məkanı?

Lalə Mehralı

Amerika mətbəxi bizim ölkəyə ayaq açandan ondan uzaq durmağa çalışmışam. “Cola”sından tutmuş qızardılmış kartofuna qədər. Heç ömrümdə “McDonalds” deyilən o zəhərli yeməklər anbarına da girməmişəm. Maraqlıdır, kimə deyirəm, inanmır ki, jurnalist olasan, orda yemək yeməyəsən.  Çünki jurnalist harda asan başa gələn qida var, onu yeyir.
Yox, maddi problemə görə yox, məlumatlı olan bilir ki, inkişaf etmiş ölkələrdə yalnız “bomj”lar, acından günorta yuxudan duranlar “McDonalds”da yemək yeyir. Bizdə isə əksinə, özünü “elita” adlandıranın son dayanacağı “McDonalds”dır. Çünki qiymətlər o ölkələrdəki kimi keyfiyyətsiz yeməyə görə qəpik-quruş yox, keyfiyyətsiz qidaya görə dəfələrlə bahadır.

27.11.2012

“Talışca oxuduğum mahnılar göz qabağındadır”

Baloğlan Əşrəfov: “Yaşar Nuri ilə eyni əməliyyat keçirmişik, o, gərək özünə daha artıq diqqət yetirəydi”

Bu dəfəki müsahibəmiz Azərbaycanın tanınmış müğənnisi, əməkdar artist Baloğlan Əşrəfovdur. O, "Gündəlik Teleqraf" qəzetinin suallarını cavablandırdı. 

- Baloğlan müəllim, yaradıcılığınızda nə yeniliklər var, hansı mahnılar, əsərlər üzərində çalışırsınız?
- Müğənnini xalqa sevdirən və gündəmdə saxlayan onun daim yaradıcılıqla məşğul olmasıdır. Mən də xalqın az-çox tanıdığı müğənni kimi çalışıram ki, hər dəfə proqramlara çıxanda yeni mahnılar, yeni nəğmələr, yeni qəzəllər və yeni şeirlərlə çıxış edim.

"Bu müqəddəs ay həm də haramlara qadağa ayıdır"

Qəni (el arasında Sədi) Axundzadə 1971- ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. Buradakı şəhər 1 saylı orta məktəbi bitirib. Onun bildirdiyinə görə, babaları, eləcə də atası ruhani olduğundan məsləhət biliblər ki, o da bu yolu davam etdirsin. Lakin həmin vaxtlar, 1981-1988-ci illərdə Lənkəranda savadlı mollalar az olduğu üçün Qəni Axundzadə dini təhsil almaq üçün Masallı rayonuna üz tutub. Burada Mirkərim Ağadan (Ərkivan qəsəbəsi), sonradan yenə Masallının Qızılavar kəndində rəhmətlik Hacı Müzəffər Ağadan təhsil alıb. Mirəziz Seyidzadə də ona dini təhsil verib. Ərəb dilini öyrənmək üçün boradigahlı İsfəndiyar müəllimin yanına gedib.

21 dekabr - son gün

Əli Şirin Şükürlü

tibet xalqının dalay – laması deyir:
21 dekabr gün tutulacaq,
ay batacaq,
enerji olmayacaq,
elektromaqnit dalğası itəcək.
nə yer fırlanacaq,
nə ay dövrə vuracaq;
planetlər
bir düz xətt boyunca düzüləcək.

yəni
adamlar bir-birini nə görəcək,
nə də eşidəcək.

hər günü
ilk gün kimi yaşayan ümidlilər

İsrail ordusunun məxfi sənədləri ortaya çıxdı

İsrail Qəzzə əməliyyatları zamanı "İslami Cihad" hərəkatının hakerləri tərəfindən israilli zabitlərə təhlükəli SMS ismarıçları göndərildiyini təsdiqləyib.
"Yaxa.org"un "Yeni Şərq"ə istinadən verdiyi məlumata görə, İsrail KİV-ləri bildirirlər ki, ölkənin silahlı qüvvələri (TSAHAL) Qəzzədə həyata keçirdiyi son hərbi əməliyyatlar zamanı "İslami Cihad" müqavimət hərəkatının İT mütəxəssisləri tərəfindən israilli hərbiçilərə təhlükəli SMS ismarıçları göndərdiyi faktını təqdiqləyib.
Dünən bir sıra Fələstin KİV-lərinin İsrail silahlı qüvvələrinə aid 7 məxfi sənəd əldə etməsi məlum olub. Sənədlərdə İsrailin 100-dən çox hərbiçisi haqda şəxsi məlumatlar da yer alıb. "İslami Cihad" hərəkatı kəşfiyyat bölməsinin xüsusi əməliyyatı nəticəsində 2012-ci ilə aid "ən yeni məlumatlar" əldə etməyə müvəffəq olduğunu bəyan edib.
Ekspertlər olayı İsrail silahlı qüvvələrinin son əməliyyatlarda düçar olduğu növbəti uğursuzluq kimi dəyərləndiriblər.
Xatırladaq ki, Qəzzə əməliyyatındakı uğursuzluqdan sonra, dünən İsrailin müdafiə naziri Ehud Barak tutduğu vəzifədən istefa verdiyini və siyasətdən getdiyini bildirib.

ŞƏRQDƏ NEFT VƏ QAN

Həmid Herisçi

NEFT VƏ… Barmaqlarını tətik üzərindən çəkmədən, bədbəxt ərəb məhəllələrini gəzən İsrail əsgərləri, Fələstində day o küçə, kənd-oba qoymayıblar ki, tikanlı məftillər arasında tək-tənha qalıb öz acı göz yaşlarını axıtmasın. Bu tikanlı məftilləri görmək üçün, kutsal Qüds torpaqlarına getmək, inanın, heç də vacib deyil-çıxın Mərdəkan yoluna, «Binə» hava limanınını qoruyan tikanlı məftillərə baxdızsa, vəssəlam, elə bilin ki, o məftilləri görübsünüz.
Dediklərimdə təəccüblü heç nə yoxdur-Fələstin qaçqın düşərgələrinini saran dəmir məftilləri istehsal edən İsrail şirkətləri, ay bərəkallah, elə bizim hava limanınından da vaxtilə yaxşı sifariş alıblar.