12.01.2013

Ana meymunun utancı

Laçin Məmişov. Təmsil

Bir budaqdan o birini çox tullanıb
Acıb, ana meymun tərəfdən danlanıb
Küskün-küskün bananını yeyib, doyan
Bala meymun qaşınmağa başlayanda
Anası da qaşınırdı...
Çox maraqla baxıb qaşınan anaya
Bala meymun qaşınaraq sual verdi
Mənim əziz meymun anam niyə belə?
Bir budaqdan başqasına daşınırıq
Bir az acıb, banan yeyib, sonra biz hey qaşınırıq?
Ana meymun bir ah çəkdi, elə bir ah...

Budaqlarda kakos nədi, banan nədi
Hamsı yerə səpələndi...
Əlin atıb müdrik, qəmli sifətinə
Xartıltıyla qaşınaraq cavab verdi
Mənim balam, vaxt var idi...
Çox təmizkar meymun idik
Darvin adlı, adəmdən törəyən "yoxluq"
Dedi guya biz meymunlar, onun ulu babasıyıq
Həmin gündən, bu qəhərdən, bu qüssədən
İnsanlara əcdad, üzü qara baba olduğumuz
Nə zamansa insanlığa dolduğumuz üçün belə qaşınırıq
Bu bir əsəb, bu bir qəhər, bu bir nisgil...
Bu bir utanc bizim MEYMUN adımıza

Keçilməz Azərbaycan Junqli meşəsi  12 yanvar 2012-ci il

Комментариев нет:

Отправить комментарий