10.01.2013

ARZU KAZIMOVLA BAĞLI ŞOK İTTİHAMLAR

ARZU KAZIMOVLA BAĞLI ŞOK İTTİHAMLARFəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin tanınmış iş adamı Arzu Kazımovu oğurlanmış qardaşı Mahir Abdullayevin tapılması məqsədiylə 3 milyon tələb etməkdə ittiham etməsi, bu istiqamətdə araşdırmaları zəruri hala gətirib.
DİA.AZ «Reytinq» qəzetinin dünənki sayında dərc olunmuş məqaləyə istinadən xəbər verir ki, Arzu Kazımovun Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinin general-mayor Etibar Mirzəyevlə biznes layihələrinə görə 4-5 nəfər həbs də olunub: «Milyonluq həmin biznes layihəsinə görə, nazir müavinin qardaşları ilə yanaşı, Arzu Kazımovun qayını Hüseyn Səfərov da tutuldu. Arzu Kazımovun qardaşı Niyazi Kazımovu isə bir təhər işin içində çıxara bildi. Səhv etmirəmsə, sonradan nazir müavini də qardaşlarını yüngül cəza ilə qalmaqaldan yayındırdı».

Bizi məlumatlandıran şəxsin sözlərinə görə, yuxarıda qeyd edilən milyonluq biznes layihəsi Arzu Kazımovla Kəmaləddin Heydərovun müavini, general-mayor Etibar Mirzəyevin və onların qardaşları arasında milyonlarla ölçülən biznesləri var: «Ancaq həmin biznes işlərindən biri üçün «Kapitalbank»dan aldıqları 50 milyonluq kredit hər iki şəxsi, yəni nazir müavini Etibar Mirzəyevlə Arzu Kazımov çox çətin vəziyyətlərə salıb».
Müsahibimizin sözlərinə görə, təxminən 3-4 il əvvəl nazir müavini ilə Arzu Kazımov “Kapitalbank”dan 50 milyon manata yaxın pul götürüb çoxmərtəbəli binalar tikmək istəyiblər: «Arzu Kazımovla Etibar Mirzəyev bu məsələdə “Kapitalbank”ın Naxçıvan Muxtar Respublikası filialının sədri, Arzu Hüseyn Səfərovdan yararlanıblar. Yəqin xatırladınız, Hüseyn Səfərovu, ABU rektoru Elşad Abdullayev Arzu Kazımova qardaşı Mahirin tapılması üçün verdiyi 2 milyonun sayılmasında onun adını çəkib. Hansı ki, həmin Hüseyn Səfərov nazir mavini Etibar Mirzəyevlə Arzu Kazımovun həmin 50 milyonluq kreditlərinin güdazına gedib və hazırda türmədə cəzasını çəkir».
Müsahibimiz deyir ki, Etibar Mirzəyev məmur olduğundan həmin kredit məsələsində Arzu Kazımov kimi qardaşlarını önə verib: «Əgər Arzu Kazımov bu məsələdə qardaşı Niyazi Kazımovu ön plana çıxarmışdısa, general da qardaşları İlqar və Sahibi sənədləşdirmələrdə qabağa vermişdir. Həmin vaxtı həm Hüseyn Səfərov, həm də generalın qardaşları ilə bərabər, 4-5 nəfərdə həbs olundu. Ancaq Arzu Kazımov və nazir müavini sonradan qardaşlarını həbs olunmaqdan xilas edə bildilər. Ara yerdə başqaları, hansı ki, cinayətdə bunlarla müqayisədə elə böyük rol oynamayanlar həbs olundu».
Məlumatlı şəxs əminliklə bildirir ki, adıçəkilənlər 50 milyon manat üçün «Kapitalbank»a tikinti məqsədi ilə biznes-plan təqdim etsələr də, əslində, həmin vəsait Türkiyədəki geniş bizneslərinə yatırılıb: «Həmin şəxslərin birgə biznesləri Azərbaycanın sərhədlərini 7-8 il əvvəl aşıb. Arzu ilə nazir müavinin biznesləri Türkiyədə də genişdir. Hətta onların hazırkı iqtidarın Türkiyədəki müxalifləri ilə də sıcaq bizneslərinin olduğu xəbərləri də var».
Mənbə bu və ya digər məsələlərlə bağlı məlumatları dəqiqləşdirmək üzrə olduğunu deyərək, yaxın vaxtlarda qəzetimizə bu yöndə informasiyaları verəcəyini də bildirib. Məsələnin ən maraqlı məqamlarından birinin iə nazir mavini ilə Arzu Kazımovun 50 milyonluq kredit qalmaqalı Milli Təhlükəsizlik Nazirliyinin məşğul olmasıdır ki, bu fakt a növbəti saylarımızda araşdırılacaq.
Bu və ya digər məqamlarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Amma adları çəkilənlərin hər birinin münasibətini də dərc etməyə hazırıq.

dia.az

Комментариев нет:

Отправить комментарий