14.01.2013

AYB-dən şok münasibət: “Mahirə Abdulla düzgün adamdırsa...”

Publika.Az-ın “Ev Havası” layihəsinin son sayının qonağı olan yazıçı Mahirə Abdullanın müsahibəsi əks-səda doğurub. Xanım yazıçı müsahibə zamanı Azərbaycan Yazıçılar Birliyi və şair Abbas Abdulla haqqında şok ittihamlar səsləndirib. Müsahibədə deyilir ki, Yazıçılar Birliyində hər gün dava olur. Davaların da çoxu əvvəlcədən planlaşdırılır. Kimisə qurumdan uzaqlaşdırmaq istəyəndə Abbas Abdullanın psixoloji probleminin olmasından istifadə edirlər.
İttihamlarla bağlı AYB üzvü, şair Abbas Abdulla Publika.Az-ın redaksiyasına zəng vuraraq bildirib ki, müsahibə zamanı ədalətsizlik olub. Çünki, qarşı tərəfin fikri dinlənilməyib. Bunu nəzərə alaraq, Abbas Abdullanın mövqeyini də sizlərə çatdırırıq.
Abbas Abdulla deyir ki, Mahirə Abdullanın dedikləri ağ yalandır. AYB-dəki bütün xanımlar onu çox sevir, hətta başına and içirlər. O, Mahirə Abdullanın dediyi kimi ruhi xəstə deyil. Heç vaxt heç kimə söyməyib. Davaya səbəb isə 10 ildən çox eyni otaqda oturduğu Məlahət xanımın otaqdan çıxarılması olub:

“Mən onun geri qayıtmasını istəmişəm. Bunu eşidən Mahirə Abdulla isə ayağa qalxıb, məni vurmağa başlayıb. Ona heç vaxt söyüş söyməmişəm. Bu böhtandır. Mahirə Abdulla düzgün adamdırsa, yalan danışmırsa niyə işə gəlmir? Niyə üzə çıxmır?”
Açıqlamanın sonunda Abbas Abdulla bildirib ki, Mahirə Abdulla ona qayçı çəkib. Bununla bağlı isə nə AYB-yə, nə də başqa rəsmi orqanlara şikayət etməyib.

Комментариев нет:

Отправить комментарий