08.01.2013

Boliviyada Amerikanın gizli planı ifşa edilib

QafqAzNews-un “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, Boliviya rəsmiləri bildiriblər ki, ABŞ-ın bu ölkədəki səfirliyi Boliviyada sabitliyi pozmaq üçün fəal işlər görür. Prezident administrasiyasının rəhbəri Xuan Ramon Kintananın sözlərinə görə, Amerikanın Boliviyanın daxili işlərinə qarışmasına dair inkarolunmaz sübutlar var və onlar ABŞ prezidenti Barak Obamaya göndəriləcək.
Xatırladaq ki, 2008-ci ildə Boliviya prezidenti Evo Morales amerikalı həmkarı Barak Obama ilə şəxsi görüşü zamanı açıqlamışdı ki, Amerika kəşfiyyat orqanları ona qarşı sui-qəsd hazırlayırlar. Bundan sonra ABŞ-nın Boliviyadaki səfiri Filipp Qoldberq ölkədən qovulmuşdu.
Qeyd etmək yerinə düşər ki, ABŞ-nın sözdə “insan haqqları təşkilatları” müxtəlif məruzələr hazırlayaraq, daim Boliviya hökumətini insan haqqların pozulmasında, totalitar rejim olmaqda, azadlığın boğulmasında, korrupsiyada və s. “günahlarda” ittiham edirlər. Ekspertlər baş verənlərə səbəb kimi Boliviya hökumətinin anti-imperialist siyasəti yürütməsini göstərirlər.

Комментариев нет:

Отправить комментарий