11.01.2013

Bəşər Əsədin 12 illik fəaliyyəti dövründəki "günah"ları

Amerika Bəşəri niyə sevmədi? Bu da Bəşər Əsədin ölkəsinə ölüm gətirən Amerikanı narahat edən 12 illik fəaliyyətin qısa xülasəsi...

Bəşər Əsədin 12 illik hakimiyyəti dövründə Suriyada etdikləri:

1. 5 min məscid və 250 kilsə tikildi, təmir edildi.
2. 8 min məktəb, 2 min institut, 40 universitet açıldı və təmir edildi.
3. Ölkədə açılan Quran kurslarından 60 min "hafiz"(quranı dərindən bilən) I dərəcəli məzun oldu.
4. 60 beynəlxalq banka lisenziya verildi.
5. "Telekom" lisenziyası verildi.
6. 20 lisenziyalı müstəqil qəzet və 5 televiziya fəaliyyətə başladı.
7. Suriya filmləri, serialları ərəb dünyasından minlərlə mükafat aldı.
8. Adam başına düşən milli gəlir 300% artdı.
9. Suriya iqtisadiyyatı qlobal böhrandan təsirlənmədi.
10. Suriyada elektriksiz, telefonsuz bir kənd belə qalmadı.

11. 600 min yaşayış massivi tikildi.
12. 6 min xəstəxana, poliklinika tikildi və təmir edildi.
13. 5 iri sənaye şəhəri quruldu.
14. Dövlətin bütün borcları ödəndi, əkinçilik və sənaye istehsalı 600% artdı.
15. Turizm sektoru canlandırıldı.
16. Cəhalətə qarşı uğurlu iş görüldü, oxuma-yazma bilməyən insanlar ölkənin yalnız 1%-ini təşkil etdi.
17. Artan əhaliyə baxmayaraq əvvəlki işsizlik nisbəti 28%-dən 12%-ə salındı.
18. Fiziki qüsurlu, yoxsul, yetim və kasıblar üçün xüsusi kampaniyalar təşkil edildi, yaşamaları üçün ictimai təşkilatlar -sığınacaqlar tikildi, istifadələrinə xəstəxanalar verildi.
19. Müəssisələrin xariclə təması təmin edildi, yeni turizm, sənaye təsisləri açıldı.

Suriya xaricində yürütdüyü siyasəti:

1. İraq savaşına müxalif qaldı.
2. Qəzza savaşına müxalif qaldı.
3. Ərəb mühacirlərə sığınacaq verdi.
4. Qonşuları Türkiyə və İordaniya ilə isti əlaqələr qurdu və viza problemi aradan qaldırıldı
5. Quranla bağlı işlər həyata keçkirmək, tanıtmaq, ərəb dilini inkişaf etdirməyə çalışdı
6. Qüdsün xilas olması üçün fəaliyyət göstərdi.
7. Fələstinə sahib çıxdı.
8. Körfəz Ərəblərinin Petro dollarlarına etinasız yanaşdı
9. ABŞ-a təslim olmadı

NƏTİCƏ: Süriyanın başına gətirilən bütün oyular məhz bu sonuncu - ABŞ-a tabe olmaması üçün oldu.

Lalə Mehralı

Комментариев нет:

Отправить комментарий