14.01.2013

Ceki Çan: “ABŞ dünyanın ən korrupsiyalı ölkəsidir”

Ceki Çan “ABŞ dünyanın ən korrupsiyalı ölkəsidir”Məşhur kino aktyor Ceki Çan Çin televiziyasının efirində ABŞ-nı “dünyanın ən korrupsiyalı ölkəsi” adlandırmaqla, Amerika hakim dairələrin qəzəbinə tuş gəlib.
Phoenix TV kanalına müsahibə verən ulduz deyib: “Korrupsiya haqqında danışılanda, bu sahədə bütün planetdən öndə gedən ABŞ-nı qeyd etmək mümkün deyil!”
Çan aparıcının iqtisadi böhran barədə sualını cavablarkən belə deyib: “Qlobal krizisin, ümumi iqtisadı çöküşün səbəbkarı kimdir? Şübhəsiz ki, ABŞ!”
Aktyor həmçinin əlavə edib ki, Çin günü-gündən gücləndikdən, bir çox ölkələr ondan ehtiyat edirlər. Çanın sözlərinə görə, Çin son illər ərzində bir çox yeni təcrübə əldə edərək, daha da inkişaf edib.

qafqaznews.com

Комментариев нет:

Отправить комментарий