09.01.2013

Çıx get, cırtdan!

Aytən Nəsibbəyli

Nə azmaqdır yolun sonu
nə qurtulmaq div əlindən.
dəli kimi bütün günü
düşün düşün:
"necəydi yolun sonu
harayadı?"
Gəl sənə bir sirr açım:
yolun başıydı, cırtdan
uduzmaq ən başından-
yolun sonuydu, cırtdan.

Sonlar başa çəkildi, xəbərin yox.
Uşaqlar nagıllara güldü, xəbərin yox.

Get çıx get, cırtdan.
əsl nagılların,
uşaqların olduğu yerlərə get.


Çıx get, cırtdan.
Biz böyüdük, xəbərin yox.
Böyüdükcə divləşdik, xəbərin yox.

Qaç qurtul, cırtdan
işığı gözlərində
səsi qulağında əmanət apar.

Комментариев нет:

Отправить комментарий