14.01.2013

DÖYÜŞÇÜ-XALQ

Vüqar Xəzaralının tərcümələri

Prof. Əvəz Qündoğdıyev

Göytəpə müdafiəçiləri barədə bunları yazırdılar:
Əsrlərlə tarixi boyu türkmən (burada  Türkmənistan  xalqı. -tərc.) yoxuş və enişlər yaşamışdır, möhtəşəm imperiyalar yaratmış və onların süqutunu görmüşdü. Ama son əsrlər türkmənlər üçün ən yaxşıları deyildi. Türkmənistanı didirdilər və tikələrə parçalayırdılar.
19 əsrin əvvəli və ortasında türkmən tayfalarının bir dövlətdə birləşməsi üçün önşərtlər yarandı, lakin Türkmənistan üzərində qara buludlar sxılaşırdı. 60 cı illərdən Rusiyanın Orta Asiyaya müdaxiləsi başlayır. Sovet ədəbiyyatında bu hadisələrin işıqlandırılması türkmən tayfalarının arasında barışmaz düşmənçilik təəsuratını yaradıb.
Ancaq hərbi əməliyyatlar onu göstərir ki, türkmənlər çarəleyhinə ittifaqa nail ola biliblər. 1873 cü ildə Çandır yaxınlığındaki döyüşdə çar qoşunlarına birləşmiş əlili, əmrəli, qaradaşlı, covdur, göklən, yomud və təkə tayfalarının qoşunları çıxmışdı.  
1879 cu ilin avqustunda Axaltəkə ekspedisiyası qızğın çağında idi. 28 avqustda Qalaya hucum başladı. Yaraqlar müqayisə olunmaz idi: atlı-kazak topçu batareyasına, raket yüzünə, topçu briqadaya, dağ topları batareyasına, çöl batareyasına qarşı türkmənlər ancaq bir, daş mərmilərlə atan,  top çıxara bildilər. Ancaq iş əlbəyaxaya çatanda, çar qoşunları sarsıldılar və geri durdular, səhər isə geri çəkilməyə başladılar. 1 ci Axaltəkə əməliyyatının uğursuzluğu tamamailə aydın idi. Türkmənlər minlərlə insan  itirdilər - əsasən top atəşi nəticəsində, ama rus ordusu da 176 nəfər itirdi, hansı ki, bütün Orta Asiya kampaniyası boyu  olmamışdı.      
1880 ci ilin yanvarında ıı Axaltəkə ekspedisiyasına qeneral Mixail Skobelev rəis təyin olundu. O ilk olaraq Bami(Göytərədən 100 aralı) hucum üçün baza yaratdı. 1880 il iyulun 1 qala divarlarına reyd edəndə o yazırdı ki, ona qarşı ancaq təkəlilər deyil, göklən, noxur, yomud tayfaları da hərəkət edir. 1880 ci ilin sonunda Skobelevin qoşunu Göytəpəyə qarşı yürüdü. 20 günlük mühasirədən sonra rus ordusu yanvarın 12 qalaya  hucuma keçdi.  Qala divarlarında top mərmiləri və minalarla dəlik açmışdılar. Atlı türkmənlərin bir hissəsi bayıra çıxıb çölə tərəf çapdı, ama qalanın əsas müdafiəçiləri qalada şəhid oldu. Bu cür inadkar müqavimətdən cinlənən qeneral Göytəpəni ordusuna üçü günlük talana verdi, sonra isə onu yerlə bir etmək barədə qərar verdi.
Barbar üsüllarına görə Skobelev Türkmənistandan geri çağırıldı. Ama o türkmən atlılarını tərfiləyirdi və onları rus hərbi  xidmətinə cəlb etməyə məsləhət görürdü. Sonralar təkəli atlı alayı 1 Dünya Savaşı zamanı rus ordusu tərəfində vuruşurdu.
1900 cü ildə Türkmənistana  baş çəkən yazıçı Yevqeniy Markov, Göytəpə qalasını “Qala divarlarını öz oğullarının  igidliyi ilə qoruyan qədim Sparta” adlandırmışdı. 1880-1881 il kampaniyasının iştirakçılarından biri olan rus kazakı  deyirdi “ Təkəlilərə afərin! Bizim kazaklara, hansı ki çox igiddirlər,  onlara qədər hələ çox var! Bir türkmən bizim beşimizə qarşı vuruşur və heç vaxt özünü ələ vermir”
Yevqeniy Markovun özü türkmənlərə bayılırdı, onlara “qartal”, “bars”,”aslan” deyirdi. Türkmənlərin  görünüşü barədə yazırdı: “Onların əksəriyyəti ucaboy, enlikürək, quru və əzələlidir.. Sinələrində Qeorqiy medalları asılan və bu ölkəni öz əlləri ilə zəbt edən ən  cəsur rus əskərləri özləri boyunlarına alırdı ki, bir təkəli  türkmənə qarşı bir neçə nəfər rus gərək olurdu”
Qeneral  N.i. Qrodekov 1883 cü ildə xüsusi qeyd edirdi ki: “ Onlar üçün özlərinkini satmaqdan böyük cinayət yox idi, buna görə də heç kim onların arasında satqının olmasını ağlına belə gətirə bilmirdi. Doğrudan da, təkəlilərlə müharibə zamanı onlardan bir nəfər belə olsun cəsus tapa bilmədik, buna görə də 1879-81 ci il kampaniyası Orta Asiya kampaniyaları sırasında xüsusi yer tutur”
Türkmənlər barədə bu cür çox söyləyirlər. Çar zabitləri bizim əcdadlarımıza heyran olublar. Başqa cür ola da bilməzdi. Ən vacib hərbi və ticari yolların kəsişməsində yerləşən Türkmənistan öz çoxəsrlik tarixi boyu  Quruşun və Dəriuşun, Makedoniyalı İskəndərin və Sələfkilərin, Çinqizin və Teymurun yürüşlərini görüb. Məgər belə olan halda türkmənlərin döyüşşçü xalq olmaqlarına təəcüblənmək olar?!

Tərcüməçi: Vuqar Xəzaralı

Şəkildə: Göytəpə qalasının türkmən müdafiəşiləri

Комментариев нет:

Отправить комментарий