10.01.2013

Elşad Abdullayevdən sirli ölümlərlə bağlı açıqlama


 Zahid Dünyamalıyev öldürüldükdən sonra Ramiz Mehdiyev bütün hüquq mühafizə orqanlarına əmr vermişdi ki, Mahir Abdullayevlə bağlı nə qədər iş var, təhvil versinlər, bunula da bütün huquq işini yox etdilər, Mahir haqqında bütün maddi sübütlar yox edildi

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru və hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev Amerikanın Səsinə ünvanladığı məktubda rüşvət qalmaqalına, müəmmalı ölümlərə və adam oğurluqlarına öz tərəfindən aydınlıq gətirir. Vəktubda cənab Abdullayev Azərbaycan hökumətinin yüksək rütbəli rəsmilərinin cinayət tərkibli əməllərdə iştirakını detallayır və Azərbaycan rəsmilərini törədilmiş cinayətlərin izlərini itirmək cəhdində ittiham edir. 
Musavat.com “Amerikanın Səsi”nə istinadən məktubu olduğu kimi təqdim edirik.


DİN-in generalı Zahid Dünyamalıyev qaydasız oyunların qurbanı oldu …
09.01.2013 il tarixində “Azadlıq”qəzetində “Rövşanə Əliyeva ittiham edir” məqaləsinə cavab olaraq bildirirəm ki,
Rövşanə Əliyeva video görüntülərin əksinə olaraq yalan danışır, istintaqı və cəmiyyəti caşdırmağa yersiz cəhd edir:
1. Rövşanə ilə əlaqədar iki dəfə video görüntü yayımlanmışdır. Biz video görüntüləri ona görə yaydıq ki, Rovşanə istintaqa, MİK-də və mətbuatda yalan bəyanatlar verirdi, istintaqı və cəmiyyəti caşdırmağa cəhd edirdi;
2. Mən Rövşanəni yalniz Mahirin oğurluq işinə görə tanımışam , ona qədər heç bir tanışlığım olmamışdır;
3. Rövşanə mənə heç bir vaxt ABU-ya işə düzəlmək üçün müraciət etməyibdir, Mahirin oğurluq işində mənimlə Arzu Kazimov və Zahid Dünyamalıyev arasında visitəcilik edirdi;
4. Video görüntülər də təsdiq edir ki, mənim Rovşanə ilə görüşlərimdə bacim iştirak etməmişdir, umumiyyətlə, mənim Səbirə adlı bacım yoxdur. Bu görüşlərdə mənimlə birlikdə qardaşım Eldəniz iştirak etmişdir, əsas şahid oldugu ücün onu da zəhərləyib öldürməyə sui-qəsd etdilər;
5. Rovşanə cox gözəl dərk edir ki, ona görə də tez-tez cəmiyyətə mesajlar verir ki, cox cinayətlərin əsas şahidlərindən biri oldugu ücün onu da günahsiz Sevinc Babayeva və digərləri kimi Azərbaycanda adam oğurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat zəhərləyib öldürə bilər. Mafiya arzuolunmaz şahidləri həmişə qətlə yetirir – o, “persona non qratadır”.
Ən dəhşətlisi bu oldu ki, Mahirin işi üzrə basilica şahid Daxili İşlər Nazirinin birinci müavini general-mayor Zahid Dünyamalıyevi Sevinc sayagı aradan götürdülər. 10.Vlll.2009 il tarixində DİN Ramil Usubov ömrünü dövlətə həsr etmiş, dürüst bir insan Zahid Dünyamalıyev haqqında belə bir alcaldıcı bəyanat verdi ki, Zahid Dünyamalıyev Hacı Məmmədovun cinayətlərini bilmədiyinə görə istefa verib, dünyasını dəyişibdir. Bütün DİN əməkdaşlarına məlum idi ki, hətta, həmin günü Zahid Dünyamalıyevin iş otağında üstünə slah cəkib təhdid etmişlər, güllə səsinə qonşu otaqlardan gəlmişlər…
Rovşanə Əliyevanın 8 yanvar, 2013-cü il tarixli “Azadlıq” qəzetindəki video-görüntülərdəki Arzu Kazimovla telefon danışıgından sonra biz DİN müavini general Zahid Dünyamalıyevlə səhərisi günü iş otagında görüşdük. Zahid Dünyamaliyev cox əziyyət cəkirdi, özünü mənim qarşımda günahkar kimi aparırdı, istəyirdi ki, nəyin bahasına olursa-olsun Mahiri sag-salamat geri qaytarsınlar.
O, mənə bildirdi: “Yuxarılar oyunun qaydalarını dəyişiblər, bizi də pis vəziyyətə qoyublar, bizə nə demişdilər biz də Sizə dedik onu da verdiniz, hətta, mən qarant oldum, yazılı olaraq $1.5 milyon da Arzu Kazımov Sizdən aldı. Amma, bu gün oyunun qaydaları dəyişib yuxarılar 10 milyon istəyir, bizi də Sizin qarşınızda pis vəziyyətə qoyublar. Bu düz deyil, kişi söhbəti deyil, bunlarda kişilik yoxdur, məni də pis vəziyyətə qoyublar, aşagı baxırsan saqqaldır, yuxarı baxırsan bığ. Sizə görə oyundan cıxa bilmirəm. Elşad müəllim … !!! Mən belə başa düşürəm ki, $1.5 milyon da olsa mən calışaram bu işi yoluna qoyum, bilirəm ki $10 milyona gücün catmayacaq.”
Biz razılaşdıq … Hörmətli Zahid Dünyamalıyevdən xahiş etdim ki, bu qədər pulun toplanması ücün mənə 3 həftə vaxt vesinlər və əlavə etdim ki, bir balaca gecikmə olsa Mahirə işgəncə verib mənim telefonumda qışqırtmasınlar, ƏGƏR BİR DƏ BELƏ ETSƏLƏR MƏN HƏR BİR ŞEYƏ TÜPÜRÜB mətbuat konfrası kecirib, birbaşa Prezidentə, Avropa Nəhkəməsinə şikayət edəcəyəm.
Zahid Dünyamalıyev mənə bildirdi: “Siz mənim iki övladımın müəllimi olmusunuz , huquq pofessoru olsanız da özünüz də bilirsiniz ki, mən bu işdə Sizə qarşı səmimiyəm, amma, bu işlər huquq qaydaları ilə həll olunmur. Qardaşın Mahir olan yerə nə prokuror, nə KQB, nə də ki polis girə bilməz, gəl calışaq – Mahirin həyatı təhlükədədir – bu işi sülh yolu ilə həll edək, BAŞQA CÜR olsa hec ölüsünü də geri ala bilmərik. Siz professor adamsınız, Bilmirsiniz bunlar necə qəddar adamlardır … !!! Bu işi yalnız sülh yolu ilə həll edə bilərik.”
Bu söhbətdən sonra, biz üc həftə müddətində qardaşım Mahiri sag-salamat geri qaytarmaq ücün yenidən $1.5 milyon hörmətli Zahid Dünyamalıyevə verdim, o da həmin pulu yuxarılara catdırdı.
Lakin, yuxarılar fikrini dəyişmirdilər, 10 milyon deyib durmuşdular, mənim də bu qədər pul verməyə imkanım yox idi. Zahid Dünyamalıyev müntəzəm olaraq Dİ Naziri Ramil Usubovdan və PİA-in müdiri Ramiz Mehdiyevdən tələb edirdi ki, Mahirin pulunu almısınız, söz vermişik geri qaytarmaliyiq, bizi xalqın qarşısında pis vəziyyətə qoyursunuz , bizə yaraşmaz ki gündə bir qiymət oxuyaq. Axı ogurlanmış adamları geri qaytarmaq ücün 3 milyondan artıq pul olmayıbdır, kişi bizə 3 milyonunu da ödəyibdir. Son dövrlər Zahid Dünyamalıyev yuxarıların ünvanına söyüşlər söyürdü.
Qeyd etmək istəyirəm ki, DİN-in birinci müavini general Zahid Dünyamalıyev nadürüst adamların qaydasız döyüşünün qurbanı oldu. O, bu ədalətsiz, qaydasız oyuna dözməyib yuxarılarla mübahisə etməyə başladı. Buna görə də Sevinc Babayeva sayağı qətlə yetirildi, Mahirin işini aparan başlıca şahidi də cinayətkarcasına aradan götürdülər. Zahid Dünyamalıyev öldürüldükdən sonra Ramiz Mehdiyev bütün hüquq mühafizə orqanlarına əmr vermişdi ki, Mahir Abdullayevlə bağlı nə qədər iş var, təhvil versinlər, bunula da bütün huquq işini yox etdilər, Mahir haqqında bütün maddi sübütlar yox edildi.
Əsas şahidlərdən biri naxçıvanlı Hacı Zakiri də Sevinc Babayeva sayağı aradan götürdülər. Arzu Kazımovun “İnşaat – 2002” Şirkətinin rəhbəri Hacı Zakir qətlə yetirildi (Bakı şəhəri , Kamo küçəsi 198). Mən Arzu Kazımovun adam oğurluğu ofisinə tez-tez gəlib getdiyimdəm Hacı Zakirlə dostlaşmışdiq. Həmin ərəfələrdə avqust ayinda gördüm ki , Hacı Zakirin qanı qaradır. Hacının təklifi ilə mən bulvarda cayxanada görüşdük, cox həyəcanlı idi. Hacı Zakir mənə bildirdi ki, Elşad müəllim ehtiyatlı olun bu alçaq – Arzu Kazımov mənimlə səni düşmən etmək istəyirdi ki, öz cinayətlərini ört-basdır emək məqsədi ilə gizlətsin. Mən allah evinə – Məkkəyə getmişəm, Allahsız iş görə bilmərəm. Bilərsən nə edibdir… !!! ??? Mənim qızımı sizin ABU-da tibbdən test imtahanları verdiyi zaman Arzu Kazımov oğurlatmışdır. Mən qızımı axtaranda mənə Arzu Kazımov bildirirdi ki, Sizin qızınızı Elşad Abdullayev oğurlayıb. Amma, mən qızımı Masallıdan vor zakon Mameddən aldım, sifarişini də Arzu Kazımov vermişdir. Siz bu əclafa inanmayin. Elşad müəllim bu adam cox kinlidir, Sumqayit vergi idarəsinin naxçıvanlı sədri Sədrəddinin oglunu ogurlatmışdır, sonra, bu cinayətin üstünü Məhərrəm Əliyev acdı, məni öldürürdü ki, bizi sən satmısan; Oğlunun yerini sən demisən Sədrəddinə. Sədrəddinin oğlu tapılana qədər hər yerə məlumat verirdi ki, Sədrəddinin oğlunu guya Elşad müəllim oğurlayıb. Bu adam manyakdır. Halbuki, Sədrəddinin oğlunu bunlar oğurlayıb, bunula da Mahirin işini də ört-bastır etmək istəyirdilər, Allah-Təala Arzu Kazımovun arzusunu ürəyində qoydu, Sədrəddinin oğlunun oğurluğu açıldı və TV-lərdə də göstərildi, biabırçılıq oldu.
Hacı Zakir bildirdi: “Hökumət yoxdur, hara gedib şikayət edəsən …!!! ??? Oğrudan oğruya nə şikayət etmək olar…!!! Elşad müəllim özünü qoru, mən çox qorxuram, Arzu elə bilir ki, Sədrəddinin oğlunun yerini mən satmışam, məni öldürəcək!!!”
Eyni zamanda, Hacı Zakir ilk dəfə məndən möhürlü-yazılı pul alan Arzu Kazimovun “Inşaat-2002” şirkətinin rəhbəri idi.
Əsas şahidlərdən biri, mənim yaxın qohumum Sabir Hüseynov da Sevinc Babayeva sayağı aradan götürüldü. Arzu Kazimov izi itirmək məqsədi ilə mən tərəfdən ERA Şirkətinin rəhbəri dayım Sabir Hüseynov yazılı möhürlə $500000 iki tərəfli müqavilə ilə pulu Mahiri geri qaytarmaq üçün Arzu Kazımova vermişdir. Qısa zamanda, yaxın qohumum Sabir Hüseynovu da xüsusi qəddarlıqla Sevinc Babayeva kimi aradan götürdülər.

İmza: Hüquq professoru Elşad Abdullayev                  Fransa, 9 yanvar, 2013.

Комментариев нет:

Отправить комментарий