12.01.2013

Hilal müəllimin qızına yazdığı şeir

Hilal Məmmədov. Qızım Sevilin ad gününə

YENƏ ÖZ DÜNYAMDIR KÖRMƏ SEVİLİM!!!

Ötsə də ömrümdən gör neçə ilim,
Yenə öz dünyamdır körpə Sevilim,
Bir əlim qələmdə,biri beşikdə,
Bəzən ta sübhəcən durdum keşikdə,
Baş qoyub dizimə yatdı pişik də,
Gər ki anasına bu gün aşiq də,-
Amma, gizlətmədi nədənsə dilim:
Yenə öz dünyamdır körpə Sevilim!!!
Nə vaxt iməklədi, "soska" itirdi
Nə vaxt dərsə getdi, məktəb bitirdi
Ali məktəbdən də diplom gətirdi
Fəqət, həmin körpəm, həmin ətirdi,

Böyük qız olsa da, amma, nə bilim,
Yenə, öz dünyamdır körpə Sevilim!
GƏR Kİ ZİNDANDADIR BU GÜN ATASI,
HAQQ YOLDA YOXSA DA HEÇ BİR XATASI,
CƏTİN AYPARAYA ZÜLMƏT BATASI,
HİLALDAN DÜNYAYA BUDUR ÇATASI,-
QANDALDA OLSA DA, YAZACAQ ƏLİM:
YENƏ ÖZ DÜNYAMDIR KÖRPƏ SEVİLİM!!!

Комментариев нет:

Отправить комментарий