14.01.2013

Mahirə Abdulla işdən qovuldu

Yazıçılar Birliyində inanılmaz “istefa”

Ötən gün Yazıçılar Birliyinin əleyhinə müsahibə verən yazıçı Mahirə Abdullanı bu gün adıçəkilən qurumun rəhbərliyi işdən qovub.
Azərbaycan Yazıçılar Birliyində bu gün baş tutan böyük iclasda qurumun sədri, yazıçı Anar Mahirə Abdullanı tutduğu vəzifədən azad edib.
Yaxa.org saytına iclasdan verilən xəbərə görə, Mahirə Abdulla bu qərardan əsəbləşərək, yuxarı dairələrə şikayət edəcəyini bildirib. Qeyd edək ki, Mahirə Abdulla yazıçı Abbas Abdulla ilə bağlı xoşagəlməz ifadələr işlətmişdi.
Gün ərzində xəbəri nəzərdə saxlayacağıq və yenilik olduqca oxucuları xəbərdar edəcəyik.

Комментариев нет:

Отправить комментарий