12.01.2013

Milli Qəhrəman Əhədov Elşad Saday oğlu

4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. 1975-ci ildə orta məktəbə getmiş. 1982-ci ildə yeddinci sinfi bitirmiş, C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər məktəbində təhsilini davam etdirmişdir.1989-cu ildə baş leytenant rütbəsi almış və təyinatla Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilmişdir. Bir müddət sonra vətənə dönmüşdür. Əvvəlcə Bakinın Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərmişdir. O, erməni işğalçılarınin torpaqlarımıza hücumu zamanı Füzuli, Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli, Şışqaya və Beylaqanda vuruşmuşdur. 11 dekabr 1993-cü ildə "Ağdaş" yüksəkliyi uğrunda gedən döyüşdə həlak olmuşdur.
Təzə Alvadı kəndində dəfn edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli Fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş və 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Təzə Alvadı kənd orta məktəbi və park qəhrəmanın adını daşıyır.

Azərbaycan / Azerbaijan

Комментариев нет:

Отправить комментарий