12.01.2013

''MOSSAD, Suriya böhranına birbaşa müdaxilə edir''

Xebername.org İnternet xəbər qəzeti YDH.com-a istinadən xəbər verir ki, misirli məşhur jurnalist Həsəneyn Heykel, İsrail kəşfiyyatı MOSSAD-ın Suriyadakı böhrana  birbaşa müdaxilə etdiyini söyləyib.
Misir "CBC" televiziyasına müsahibə verən jurnalist, Suriyadakı vəziyyətdən İsrailin məmnuniyyət duyduğunu ifadə edərək, MOSSAD-ın Suriyanın hər yerinə yayıldığını və hadisələrə dəstək verdiyini söyləyib.
Heykəl, Əsl məqsədin Suriyanı məhv etmək olduğunu vurğulayaraq, bütün müdaxilələrə baxmayaraq Suriya prezidenti Bəşər Əsədin hələ də qüdrətini qorumasına heyrətləndiyini ifadə edib. Müxalifətin zəifliyinin, beynəlxalq hərbi müdaxilənin reallaşmamasının və Türkiyənin daha güclü müdaxilədən çəkinməsinin Suriya prezidentinin devrilməməsinə təkan olduğunu söyləyib. O həmçinin Suriya rəhbərliyinin 6 ay ərzində devriləcəyini təxmin etdiyini bildirib.
Heykel, Suriyaya hərbi müdaxiləni istəyən Qatarın Suriyadakı böhrana 15 milyard dollar xərclədiyini söyləyib.
Misir prezidenti Məhəmməd Mursinin Suriya siyasətini tənqid edən Heykəl, Mursidən  müxalifət və Əsəd arasında dialoqa vasitəçilik etməsini xahiş etdiyini söyləyib.

Комментариев нет:

Отправить комментарий