12.01.2013

O

TURAL BALABƏYLİ

nə vaxt gəldi bilmədim,
qışın uzun, qarlı gecələrində,
yayın üz qarsıyan gündüzlərində,
payızın sarılıq tutan ağrılı anlarında,
yazın günümü göy əskiyə bükdüyü vaxtlarında.
Yanımdaydı.
Sevgisi ürəyimdə
ağrıları canımdaydı.
Elə, əllərim uzanı qalıb- tutmurki ...
Ayaqlarım arxasıyca gedir- çatmırki...
Uzaqlaşır yanımdan
amma uzaq düşməyir
soyuqluğu dondurur
amma sazaq düşməyir.
Yandırır qarsayır...
ürəyimdə yer tapıb özünə
bilmir,

gərək bunu deyəm
özünə...
Hardadır , eşidirmi görəsən
səsimi...
O qədər istidir ki, dondurub içimi...

Комментариев нет:

Отправить комментарий