14.01.2013

Bir mən olum bir sən

Yetım Eyvaz

Mən bir qaya olum mən bir dağ olum
Sən sinəm üstündən ötən duman çəm
Mən meşə goynunda bir bulağ olum
Sən mənım həzın şirin zimziməm
Bilirsən o dəmdə nə istiyirəm?
Bir mən olum bir sən...bizə başqa kim lazımdı görəsən
Mən bir yamac olum bir düzən olum
Sən düzən içində açan ağ laləm
Mən gecə səniçin yanan şəm olum
Sənsə ətrafımda süzən pərvanəm
Bilirsən o dəmdə nə istiyirəm?
Bir mən olum bir sən...bizə başqa kim lazımdı görəsən
Mən bir ağac olum bir budağ olum
Bilki ayrılmaram heç vax kökümnən
Mən budağ üstündə bir yarpağ olum

Qorxuram payızdı gələn xəzəldən
Bilirsən ay gözəl nə istiyirəm
Bir mən olum bir sən...bizə başqa kim lazımdı görəsən
Mən bir dəniz olum bir umman olum
Səndə dəniz içində üzən tək gəmim
Mən bir ümid olum bir guman olum
Goymaram ki solsun o ümidlərin
Gəl mənımlə nə olar olgınan həmdəm
Bilirsən ay gözəl nə istiyirəm?
Bir mən olum bir sən...bizə başqa kim lazımdı görəsən
Bir mən olum bir sən...birdə göydə ay
Birdə güllü çəmən sakit axan çay
Həzın nəğmə desın bülbül torağay
Heçını istəmirəm allahdan daha
Yerın olsun mənım gözümün üstə
Şairəm duraram sözümün üstə
Nə olar başımı goyum dizivin üstə
Heçını istəmirəm allahdan daha
Atıb bir kənara fikiri qəmi
Xəyalla seyr edək gözəl aləmi
Deyım, gülüm sənlə səhərə kimi
Heçını istəmirəm allahdan daha
Dağları duman sız çəm sız olmasın
Zəmidə sünbülsüz dən sız olmasın
Eyvazın bir günü sən sız olmasın
Heçını istəmirəm allahdan daha
Məyər görmürsən mənım halımı
Qurban olum bıraxgınan qoy gedım
Nə var kəsdırmısən durub yolumı
Qurban olum bıraxgınan qoy gedım
Zalimliğ eyliyib batma günaha
Əlvida gedırəm gəlmərəm daha
Sənı and verirəm göydə allaha
Qurban olum bıraxgınan qoy gedım
Neçə ocağlara köz vermişəm mən
Gözı görmiyənə göz vermişəm mən
Axı sənnən gözəlınə söz vermişəm mən
Qurban olum bıraxgınan qoy gedım
Şah oldumsa təxtım yoxdı ay gözəl
Əzəl günnən bəxtım yoxdı ay gözəl
Eyvaz canə vaxtım yoxdı ay gözəl
Qurban olum bıraxgınan qoy gedım


Culture (Goca Təbrizim)

Комментариев нет:

Отправить комментарий