07.01.2013

Yaşamaq çox şirindir, ama səninlə

Omid Nəccari

çağlama çaylar , nigəran oldum
yarin qəlbinə dəydim , pəşiman oldum
nə zanacan sürəcək , canım qocaldi
hayatın çiraği getdikce qaraldi
səhərdən gözlədim , gün də daraldi
görəsən nazli nigarim harda qaldi

mən ki seni bir defe gördüm
sevda qapısın bir defe döydüm
bu halda rüsva gəzirəm, könlüm pərişam
segah dan oxu , kaman tariynan
şövkətim sənidin, tərk edib getdim
məhəbbət çardaqın, viran edib getdin


yerişiğim yardan danışır, bir kəsi bilməz
meyxanədə badə verər, saqi də dinməz
yaşamaq çox şirindir, ama səninlə
xatirinlə çox xoşam, alma əlimdən
yastığımdan sorasan ömür arzumi
heyf ki deyişemmedim, alnın yazıni

palçıq duvarlardan soruş necə oğlanam
bu güzar da dolanıb necə yazaram
Omid bu küyün şayir kəsidir
san olasan kafidir, hər nə bəsidir
boş yerin xoşdur mənə aci də olsa
gözlərəm yollarını tellər də ağarsa

Комментариев нет:

Отправить комментарий