13.01.2013

Zəfər və Qürur

Mərdan Əzimov

12 yanvar saat 16:00-a planlaşdırılan “Əsgər ölümünə DUR  deyək!!!” devizi altında təşkil olunan aksiya çox gözəl bir şəkildə baş tutdu. Düzdü çoxları kimi məndə aksiyanın baş tutacağına ümid etmirdim, amma yanıldım.Sərbəst toplaşma azadlığı olmayan bir ölkədə  fəvvarələr meydanı kimi sıx bir küçəyə minlərlə vətəndaşı toplamağa nail olan Azərbaycan gəncliyi bu gündən etibarən nəyə desən qadirdi. Gənc vətən nümayəndələrimiz iqtidara “biz təkcə virtual mübarizə aparmırıq, real mübarizəmizdə var” dedi. Müxalifətəsə “sizdə günah yoxdur, hər yaşın öz dərdi var” deyərək gücünü göstərdi. Tutulanlar tutuldu, buraxıldı...
Bu aksiyada mənim ən çox diqqətimi çəkən facebook sosial şəbəkəsində bu aksiyanın təşkilatçılarından biri olan İlkin Rüstəmzadənin “paqon” sahiblərinə yazdığı ağlaşma statusu idi. Yazır ki, məni rahat buraxın yoxsa özümü öldürəcəm, mən bundan əvvəl də 2 dəfə özümü öldürməyə cəhd etmişəm, bədənimdə izlərdə var. İlkini təsəvvürümə gətirirəm dovşan simasını alıb, qulaqları bir-birinə yapışıb...
Azərbaycanda demokratik gəncimiz çox olsa da, belə günorta aksiyada qışqırıb, axşamda qaranlıqdakı kölgəsindən qorxan gəclərimiz də az deyil. Amma heç kim heç kimə fikir verməsin. Hərə öz işin görsün, hərə öz mübarizəsin aparsın. Arada da belə çoşdurucu aksiyalar keçirin, xalq coşsun...)

Комментариев нет:

Отправить комментарий