08.02.2013

Amerika şairi Ləngston Hiyuzdan çevirmələr

Qadir Cəfərinin tərcümələri

Ləngston Hiyuz (James Mercer Langston Hughes) Amerika qara dərililərin dünyada tanınmış ən adlım şairlərindəndir. 1902-ci ildə Çaplin-Misori əyalətində anadan olmuş və 1967-ci ildə Harlm da-Newyork'un qara dərililər məhəlləsi- xatirələrə qovuşmuşdur.
Öz otoqrafyasında yazmışdır:
"Atamla anamın ayrıldığına görə, 12 yaşıma dolunca nənəmlə birgə yaşadım. Nənəm öldükdən sonra, anamla Elenews'a yollandıq. Orada bir ortaməktəbdə təhsil aldım. 1921-ci ildə təhsil almaq üçün bir il Kolombiya biliyurduna getdim. Sonra isə yaşamımı dolandırmaq üçün newyork və onun həndəvərində fərqli işlərə əl atdım və nəhayət Atlantik okeanında Afriqa və Holəndə doğru uzun müsafirətlərdə gəmilərin göyərtəsini yuyub, təmizləyirdim. Ara da Parisin bir gecə kulubunda aşpaz kimi işlədim və Amerikaya geri döndüyümdə Vardmən park hotelində xidmətçi oldum.
Həmin hoteldəydi ki, Viçel Linşeri, Amerikanın böyük şairi, boşqabının yanına qoyduğum üç şerimi oxuduqdan sonra, vəcdə gəldiyindən, məni oradakılara tanıtdırdı."
Hiyuzun əsas təlaşı, qara dərililərə qarşı səhv və yerinə düşmüş anlayışları aradan qaldırmaq idi. Şerlərinin özəlliyindən isə, Afriqa-Amerikasal musiqi ritm və vəznindən yararlanmaqdı.

Mən bir qarayam

Bir qarayam mən:
Gecə kimi bir qara
Afriqanın dərinlikləri kimi qara.

Qul oldum:
Pillələri təmizləməyi sezar əmr etdi mənə
Vaşington çəkmələrini vakslamaq düşdü püşkümə

Fəhlə oldum :
Misir hirəmlərini əllərim yüksəltdi
Volvourt göydələninin şiftə-malatını mən tökdüm.

Xanəndə oldum:
Afriqadan Corciyaya qədər
Bütün yol boyunca kədərli mahnılarımı
Özümlə daşıdım.
Ragtaymı yaratdım.

Qurbanlıq oldum :
Beljikalılar əllərimi doğradılar, Konqoda
Və hələ də məni linç edirlər, Teqzasda

Bir qarayam mən
Tam gecə kimi bir qara
Afriqamın dərinlikləri kimi qapqara.

Amerika-Afrikasal bir parça

Uzaq
Necə də uzaqdadır
Afriqa.

Bir anı da yadda qalmayıb belə,
Tarix kitablarının saxta yazılarından başqa
Bir anı da yadda qalmayıb belə,
Nəğməli səslə mahnıların
Qana axıtdığından başqa
Qəmlə yoğrulmuş sözcüklərlə, qaralar dili olmayan özgə dillə
Nəğməli səslə baş qaldırır qandan.

Uzaq
Necədə uzaqdadır
Afriqa!

Nağaralar
Zaman qarnında itib, susdular.
Bununla belə, bir soyun çənli gələcəyindən
Qulağıma düşünə bilmədiyim mahnıların səsi gəlir
Atalar yurdumun şərqiləri
Özünə bir yer tapmadan
Acılıqla unutduğum arzuların şərqisi

Uzaq
Necə də uzaqdadır
Afriqa.

Mənim xalqım

Gözəldir gecə
Mənim xalqımın üzləri də eləcə

Gözəldir ulduz
Mənim xalqımın gözləri də eləcə

Gözəldir də günəş
Mənim xalqımın ruhu-canı da eləcə.

Çap olunmaz

Doğrudan qəribədir ha
Məsih yenidən bizim kimi bir qara dərili olub gələ!
Allah bilir Amerika birləşmiş şitadlarında
Neçə kilsə vardır ki,
Orada namaz qıla bilməyə.
Axı qaralar
Nəqədər də qutsal olsalar
Kilsələrə girə bilməzlər
Axı o kilsələrdə
Din deyil
Soy hesaba alınar.

İndi oğulsansa bu bir yerdə dilinin ucundan düşsün yerə
Ola bilər səni də çarmıxa çəkələr
Lap İsanın özü kimi.

Əhməd Şamlunun farsca tərcümələrindən çevirmişdir: Qadir Cəfəri

Комментариев нет:

Отправить комментарий