10.02.2013

Bir gün...

Pərviz Sadıqov PERO

Görəcəksən ki, şəhər yatıb, heç kəs ayılmayıb. Bircə sənsən oyaq...
Evindən, gizləndiyin qaranlıqdan çıxırsan... İnsanları heç belə səssiz görmədiyin üçün həm qorxursan, həm sevinirsən...
Dünyanın xilaskarı sənsən... Bir düymə var... Onu bassan hər kəs ayılacaq... Yenidən küçələrdə şütüyən maşınlar, qışqıran insanlar, işə gecikən, bir birini itələyən insanları köhnə həyatlarına qaytaracaqsan... Qaldıqları yerdən davam edəcəklər. Heç 5-6 saatın hara qeyb olduğunu anlamayacaqlar, indiyə qədər yatdıqlarını, sənin onların xilaskarın olduğunu heç vaxt bilməyəcəklər... Yenə də qətllər çoxalacaq, qatillər həbsə düşəcək, dünyanı qurtardığına peşman olacaqsan...
Amma sən düyməni basmaqdan vaz keçəcəksən... səhərin gözü açılar açılmaz iş yerinə gedəcəksən, öz işivi görəcəksən, tək olduğunu hiss etməyəcəksən... Küçəyə çıxıb dəlilər kimi qışqıracaqsan... Aya, göyə üsyan edəcəksən, illərin acığını bu sükutdan çıxacaqsan...

...Onun yanına gedəcəksən, donuq gözlərini müşahidə edəcəksən, saçlarının daığınıqlığını həmişə sevdiyin kimi, yenə sevəcəksən, əllərinə toxunacaqsan və bumbuz barmaqlar qanını donduracaq... Hər kəs yalan da olsa “ölüb”... özünə həqiqi ölümü arzu edəcəksən, sanki finalın belə olmasını sən seçmisən... dünyanı xilas etmək əlində olduğu halda hər kəsin acı çəkmədən əbədi uyumasını sevəcəksən... Amma...
...Amma Onun barmaqlarının son dəfə də olsa hərarətini hiss etmək istəyəcəksən... Və dünyanı xilas edəcəksən...
Və BİR GÜN sən  öləcəksən, Bu zaman heç kim hansısa düyməni basıb səni xilas etməyəcək... Öləcəksən...

Комментариев нет:

Отправить комментарий