11.02.2013

Bəlkə Əkrəm Əylisli demək istəyirdi...

Aydin Xan Ebilov

Bəlkə Əkrəm Əylisli demək istəyirdi ki:

- niyə vəzifəlilər əsasən iki bölgədəndir?
- niyə bəzilərinin yüzlərlə mülkü-obyekti var, amma deyək ki, mən Aydın Xanın heç evi də yoxdur?!
- niyə Nazirliklərdə ancaq məmur balaları işə götürülür?
- niyə başqa dövlətdən gələnlər Qubalıları, İsmayıllıları, nə bilim başqa bölgələrdə olanları söyməlidir?
- niyə bir nəfərə 10 vəzifə tapşırılır, amma ondan onqat aqğıllı olanlara yuxarıdan aşağı baxılır?

- niyə biz gecə-gündüz qul kimi işləməliyik, amma bəziləri heçnədən pul tutur - məsələn asfaltdan?!
- niyə Prezident sosial bərabərlik üçün əlindən-gələni etmək istəyir, amma bir sıra məmurlar elə hey çalışırlar ki, insanlarımız dövlətdən incik düşsün?!
- niyə bir sıraları anlamır ki, yeni multimedik eraya qədəm qoymuşuq və sizin hər addımızın kosmosdan izlənilir, kameralara tuş gəlir və var-dövlətinizin siyahısı çoxdan xarici güc strukturlarının əlindədir?!
- niyə silkələnib ayılmırıq qəflət yuxusundan?!

P.S. Lütfən, status sadəcə sosial-ictimai müzakirə üçün açıqdır və onu siyasiləşdirməyin, əks təqdirdə bloklanma qorxusu var...

Комментариев нет:

Отправить комментарий