10.02.2013

Cahangeşt Ələkbərli - Bilsəydim əgər...

Bilsəydim əgər, dönməyəcəksən geri bir də,
Mən kölgə tək hər an səni səssizcə pusardım,
Hər an səni səssizcə pusardım və susardım...

Bilsəydim əgər, qüvvəti hicran verir eşqə,
Seldən iti göz yaşların əlbəttə silərdim,
Göz yaşların əlbəttə silərdim və gedərdim...

Bilsəydim əgər, hüsnünü canlandıracaqsan,
Mey camına saqi deməmiş əl uzadardım,
Saqi deməmiş əl uzadardım və dadardım...

Bilsəydim əgər, sən öyünəcəksən qələmimlə,
Gündüz-gecə mən sənli xəyallarla yazardım,
Mən sənli xəyallarla yazardım və azardım...

Bilsəydim əgər, sən bu Cahangeştə təbibsən,
Səndən deyib əvvəldən onu bimar edərdim,
Əvvəldən onu bimar edərdim və gedərdim...

Комментариев нет:

Отправить комментарий