06.02.2013

Fəlsəfə və ədəbiyyatın qarşılıqlı əlaqəsi

Sayman Aruz

   Fəlsəfə təbiəti etibarilə ədəbiyyatın qollarından biri hesab olunmur və onun keyfiyyyət və əhəmiyyəti ədəbi və incəsənətdən ayrı mülahizələrə əsaslanır. Əgər hər hansı bir filosof yaxşı yazmaq qabiliyyətinə də malikdirsə, bu onun üçün əlavə imtiyaz hesab olunur və onun əsərlərinin oxunması üçün əlvə cəzbedilcilik yaradır. Lakin bu xüsusiyyət onu daha yaxşı filosof hesab etməyə əsas vermir.
   Platon, müqəddəs Avqustin, Nitşe bir sıra böyük filosoflar həm də görkəmli yazıçılar hesab olunurdular. Əlbəttə bir sıra məhşur filosflar da var idi ki, yazıçı kimi özünü doğrulda bilməmişlər. Kant, Aristotel bu qəbil filosoflardan hesab olunur.

   Fəlsəfə- müxtəlif çətin məsələlərə aydınlıq gətirmək və izah etmək və beləliklə onları həll etmək məqsədini daşıyır. Yazı bu məqsədə xidmət etməlidir. Bunu da demək olar ki, pis fəlsəfə ümumiyyətlə fəlsəfə deyildir. Bununla belə pis insəcənət hər halda incəsənət hesab olunur. Müxtəlif yollarla ədəbiyyatın günahından keçirik amma fəlsəfənin günahlarını bağışlamırıq. Ədəbiyyatı insanların əksəriyyəti mütaliə edir, fəlsəfə ilə isə az sayda insanlar maraqlanır. Ciddi incəsənət xadimləri özü özləri üçün tənqidçi hesab olunurlar və adətən “ekspert” adlanan onların həvəskarları üçün fəaliyyət göstərmirlər. İncəsənət digər bir tərəfdən həzz mənbəyi olub çoxsaylı zövq hissləri insana bəxş edir. Ədəbiyyat da müxtəlif səviyyələrdə və müxtəlif üsullarla diqqətimizi cəlb edir. Amma fəlsəfə bundan fərqli olaraq bircə işi görür.
   Ədəbiyyatda cümlələrin arxasında müxtəlif mənalar və məzmunlar yatır. Fəlsəfədə isə cümlələr həmişə bir mənanı bildirir. Ədəbi yaradıcılıq incəsənətdir və incəsənətin bir sahəsini təşkil edir. Mümkündür ki, nəzərəçarpan olmasın, və ya iddialı və gözqamaşdırıcı olsun, amma bununla belə əgər ədəbiyyata aidiyyatı varsa, orada məyyən məharət və ustalıq məqsədləri mövcuddur. Ədəbiyyatın dili daha çox zəngin olub və burada əsərin tərkib hissəsini təşkil edir. Əlbəttə yazşı və pis yazıçılıq mövcuddur. Key Yerke Qor (danimarkalı filosof) və Nitsşe kimi mütəfəkkirlər həm də böyük yazıçılar hesab olunurdular. Şübhəsiz ki, filosoflar da müxtəlifdirlər və bəziləri daha çox ədəbiyyta bağlıdırlar.
   Eyni zamanda ideal fəlsəfə üsulu da vardır ki, bir növ sadəliyə malikdir və onda heç bir sətiraltı mənalar mövcud deyildir. Filosof  nəzərdə tutduğu mövzunun birbaşa, heç bir çalarlara müraciət etmədən izahını verməlidir. Amma filosof  konkret bir mövzunun müzakirəsi zamanı soyuq, səlis və aydın səslə çıxış etməlidir.
   Fəlsəfi yazılar qəlb sirlərinin çatdırılması mənasını daşımır və burada şəxsi səsinin aradan qaldırılması tələb olunur. Bir sıra filosoflar özlərinin şəxsi mövcudluqlarını yazdıqları əsərlərdə qoruyub saxlayırlar. Amma fəlsəfə bu kimi hallarda da bir növ qətiyyət və sadə və qeyri –müəyyən əzmkarlığa malikdir. Əlbəttə ədəbiyyat  da şəxsi səsin qarşısının alınması və və onu başqa formaya salınmasını tələb edir. Hətta, fəlsəfə ilə ədəbiyyatın ən çətin qolu olan şer arasında müqayisə aparmaq mümkündür. Bu hər iki növün  arasında demək istədiyinin və düşüncələrinizin dilə gətirilməsi üçün  xüsusi və çətin saflaşma aparmaq işində qarşılıqlı əlaqə mövcuddur. Bununla belə daxili səsin özünü büruzə verməsi nəzərə çarpır ki, bütün bunlar ədəbiyyata xas özünüməxsusluqlar hesab olunur. Ədəbiyyat yazıçısı məqsədli şəkildə məkanı oxucunun oynaması üçün boş qoymuş olur.
   Deyildiyi kimi fəlsəfənin məqsədi aydınlaşdırmaq və ədəbiyyatın məqsədi isə əksər hallarda sirlərə baş vurmaq və daha çox heyrətləndirməkdir. Fəlsəfə onun özünə görə hər hansı forma cəhətdən kamala yetişmək məqsədini daşımır. Ədəbiyyat isə forma nöqteyi –nəzərindən çətin problemlərlə qarşılaşır və bu sahədə bir növ kamilliyə  yetişməyə səy göstərir. Fəlsəfə ədəbiyyatla müqayisədə formasız görünür. Fəlsəfədə əsas odur ki, məsələ qətiyyətli şəkildə ortaya qoyulsun və ondan imtina edilməsin. Bu yolda məsələnin həlli üçün müxtəlif yollara müraciət edilir. Bəhs etdiyimiz məsələni bir daha təkrar edirik. Fəlsəfənin əsas göstəricisi yorulmaq bilmədən həmin məsələnin ətrafında müzakirələrin aparılması bacarığından ibarətdir. Amma ədəbiyyat və incəsənət nümayəndəsini adətən fərqləndirən xüsusiyyət yeniliyə can atmasındadır. Ədəbiyyatı tərifi onun mədəniyyətin bir qolu olmasındadır ki, bu sahədə sözlərdən istifadə olunur. Ədəbiyyat çox geniş və rəngaərəngdir. Amma fəlsəfə çox kiçikdir. Fəlsəfə böyük təsirə malikdir.
   Ədəbiyyat müəyyən mənada iş hesab olunmur. Ədəbiyyat elə bir şeydir ki, bizim hamımız özümüzdən doğan motivasiya əsasında bu sahəyə daxil oluruq. Ədəbiyyat yalnız dastanla məhdudlaşmır, amma onun böyük bir hissəsisində dastan və kəşflə, niqab və müyyən rola girmək, zahiri görünüş, xəyyallara dalmaq və hekayət etmək qarşılıqlı əlaqədədir. Evə qayıdarkən və romanı nəql edərkən macəranı müəyyən tərzdə hekayə şəklinə salırıq Buna görə də bir sözlə demək olar ki, hamımız sözlərdən istifadə etdiyimizə görə varlığımız elə bil ki, bir ədəbi atmosferada keçir. Ədəbiyyatla yaşayır, nəfəs alır və daim təkmilləşməyə səy göstəririk.
    Biz ədəbiyyat, incəsənət insanlarıyıq, ola bilsin ki,  xoşagəlməz və əvvəli və sonu bilinməyən kimi görsənən hadisələri, diqqət çəkən və ürəkaçan şəklə salmaq üçün, dilimizdən istifadə edirik. Bu cür dəyşdirmək istəyinin nə dərəcədə həqiqətə uyğun gəlməsi , incəsənət adamının onunla üz- üzə gəlməsini zəruri edir.
   Fəlsəfə çox hallarda təbiətin əleyhinədir və bu qeyri – təbii haldır. Hər bir fəlsəfə müəllimi şübhəsiz belə hissləri keçirir. Fəlsəfə bizim adəti üzrə əsaslandığımız kütlə haqqında yarımçıq olan zövqümüz və təsəvvürlərimizin  dağılmağına səbəb olur. Hyum bu barədə demişdir: filosof da kitabxanasından çıxdıqdan sonra yenidən oraya qayıdır, bu qipotezaya görə, onlara adət etdiklərinə görə belə edirlər. Fəlsəfə fikirlər aləmindəki idrak və qəlbimizin dərinliklərində saxladığımız ümumi təsəvvürlərimiz üçün keçirdiyimiz təlaşdır. İnsanları asanlıqla fəlsəfənin dövr etdiyi səviyyəyə baxmağa belə qane etmək olmaz.
   Ədəbiyyatın, ədəbiyyat olması və öz səviyyəsini saxlaması üçün bizim həyəcanımıza səbəb olması lazımdır. Baxmayaraq ki, filosof da alim kimi öz işində həyəcan yaratmamaq və müsbət nəticələr əldə etmək üçün  çalışır. Ədəbiyyatın adını həmçinin həyəcan yaratmaq üçün intizam fəndi də adlandırmaq olar.
   İncəsənətin mahiyyətində də həyəcan yaratmaq xüsusiyyəti vardır. İncəsənət gözlə görünən, eşidilən və bədən əzaları  ilə hiss olunur. Əgər heç bir hiss yoxdursa, deməli incəsənət də yox dərəcəsindədir. Bu həqiqət özü – özlüyündə incəsənəti nəzəri fəaliyyətlərdən fərqləndirir. İncəsənətin ən böyük hissəsi  və ya incəsənət bütövlükdə olaraq, cinsiyyətlə bağlıdır. (ola bilsin ki, metafizizka ilə bağlıdır).
   İncəsənət iradəsindən asılı olmayan qüvvələrlə bağlı təhlükəli oyundur. Incəsənət, hətta ən sadə incəsənət növün ona görə bizə xoş gəlir ki, çox hallarda, gözlənilmədən, sakitliyin pozulmasına səbəb olur və bu çoxsaylı  səbəblərindən ki, incəsənət yaxşı olduğu halda bizim üçün də yaxşıdır və pisdirsə, bizim halımız da pisdir.

Комментариев нет:

Отправить комментарий