10.02.2013

Küçələrə su səpən də deyildin...


Rüfət Əhmədzadə

Küçələrə su səpən də deyildin,
Heç olmasa gözləyərdin məni sən.
Toz olaydı, daş olaydı, gələrdim.
Bircə dəfə səsləyərdin məni sən.

Samovara od salmazdın, eybi yox,
Ürəyində bir qığılcım yetərdi...
İstəkana qənd salmazdın, eybi yox...
Bir şirin söz həyatıma dəyərdi.

Amma mən su səpdim sənin yerinə,
Getdim şeirlərdən körpü salaraq.
Daha toz da düşə bilməz sevgimə,
Gizlətmişəm ürəyimdə boğaraq.


Bu ürəklə samovarı neynirəm,
Mən o gündən acı çaya vurğunam.
Elə gəlmədim ki, belə də gedəm,
Doya bilmədiyim paya vurğunam.

Комментариев нет:

Отправить комментарий