08.02.2013

Macəra dolu Amerika

Lalə Mehralı

Bəşəriyyət heç bir ehtiyac olmadan Yaponiyaya 3 gün fərqlə 2 atom bombası atan dövləti yaxşı tanıyır. 1-nin dəhşətlərini görəndən 2 gün sonra 2-ni atdılar ki, demokratiya bərqərar olsun. 

ABŞ ordusunun Əfqanıstan və İraqa gətirdiyi demokratiya öz bəhrələrini verməkdədir. Yankilərin bu ölkələrdə işlətdiyi uran maddələri hələ də dəhşət yayır, hamilə qadınlarda rüşeymin böyüməsini əngəlləyir, başsız körpələr doğulur.

AİDS və s. bu kimi dəhşətli dəhşətli virusları gizli laborotoriyalarında hazırlayıb dünyaya yayan ölkənin adını nədənsə “demokratiya”nın beşiyi qoyublar. 


Bu başlıq uşaq vaxtı dillər əzbəri olan bir mahnıdan yadımda qalıb, onu türk müğənnilər yaman şövqlə oxuyurdular. Amerika həvəsi onda çoxunda vardı, sovetlər dağılandan sonra bu ölkə elə bizimkiləri də lap sirli nağıl kimi özünə çəkirdi.
Hamı ordakı vəziyyətin super olduğundan, insanların kef elədiyindən, hamının firavan yaşadığından, heç kasıb olmadığından ağız dolusu danışırdı. Sən demə orda işləməyənlər milyoner kimi yaşayırmış, hərənin 2 evi, 3 maşını var imiş. Gedib-gələnlər böyük şəhərlərin mərkəzi məhəllələrində olurdular, qayıdan kimi ordakı gözəllikləri mədh edirdilər.
Bu bilirsinizmi nəyə bənzəyir? Bu Azərbaycana gələn turistlərin “Tarqovı”da gəzib neftli-mazutlu Bakını, orta əsrlər səviyyəsində yaşayan kəndləri görmədən, tanımadan ölkəsinə qayıdaraq Azərbaycanın cənnət olduğuna inanmağına...
ABŞ-ın gerçək üzünü bizə göstərmirlər, amma adam istəyəndə özü tapıb görə bilir. Bunun üçün heç ora getməyə belə ehtiyac yoxdur. Dünyada baş verənləri və beynəlxalq statistik məlumatları analiz etmək kifayətdir.
Bəşəriyyət heç bir ehtiyac olmadan Yaponiyaya 3 gün fərqlə 2 atom bombası atan dövləti yaxşı tanıyır. 1-nin dəhşətlərini görəndən 2 gün sonra 2-ni atdılar ki, demokratiya bərqərar olsun. Atom bombasını atan pilot televiziyada demişdi ki, “nə qədər böyük faciə törətməsinə baxmayaraq çox şadam ki bu əməliyyatı yerinə yetirə bildim”...
Vyetnama gecə-gündüz kimyəvi bombalar səpən amerikalıların bu faciənin dəhşətli nəticələrini görəndə heç tükü də tərpənmədi. Sanki, bunlar insan deyil, hansısa planetdən gəlmiş zombilərdir.
ABŞ ordusunun Əfqanıstan və İraqa gətirdiyi demokratiya öz bəhrələrini verməkdədir. Yankilərin bu ölkələrdə işlətdiyi uran maddələri hələ də dəhşət yayır, hamilə qadınlarda rüşeymin böyüməsini əngəlləyir, başsız körpələr doğulur.
Bəs kovboyların viran qoyduğu Liviyada xalqın sosial-mədəni rifahı niyə bunları narahat edirdi? Dövlətin hər bir ailə üzvünə ildə 1000 dollar dotasiya verməsi, işsizlik müavinətinin 730 dollar olması, hər yeni doğulmuş körpəyə görə ailəsinə 7000 dollar verilməsi heç bir demokratik normaya sığmırdı.
Qəddafi o qədər qəddar bir diktator idi ki, yeni evlənən cütlüklərə 64 min, şəxsi biznes qurmaq istəyənlərə 20 min dollar hədiyyə edilirdi, təhsil və səhiyyə pulsuz idi, xaricdə təhsil almaq istəyənin xərcini dövlət ödəyirdi, elektrik enerjisi pulsuz idi, saxta dərman və ərzaq satana ölüm hökmü kəsirdi...
Ən əsası Qəddafi yankilərə ölkəsinin sərvətlərini talamağa imkan vermirdi. Axı bunlar “demokratiya”ya ziddir, onu təcili öldürmək, əzabkeş liviyalılar başına göydən “demokratiya” bombaları səpmək lazım idi..
Bəs Suriyada nədir Obamanı narahat edən? Bəlkə Əsədin 12 illik hakimiyyəti dövründə ölkədə inşa etdirdiyi 8 min məktəb, 2 min institut, 40 universitet açılması “Ağ Ev”i narahat edib.
Suriyada adam başına düşən milli gəlirin 300% artması da ABŞ-ı narahat edə bilərdi. Son 12 ildə bu ölkədə tikilən 11600 min yaşayış massivi, 6 min xəstəxana, poliklinika da, yeni qurulan 5 iri sənaye şəhəri, 600% artan əkinçilik və sənaye istehsalı, canlanan turizm sektoru da qlobal quldur dəstəsini qıcıqlandıra bilərdi.
Oxuma-yazma bilməyən insanlar əhalinin yalnız 1%-ini təşkil edir! Bu nə deməkdir? Təcili savadsız, mövhumatçı kütlə yetişdirmək lazımdır ki, idarə etmək asan olsun. Ərəb ölkələrində olduğu kimi...
Hollivud kinolarında özünü bəşəriyyətin xilaskarı kimi qələmə verən ABŞ-ın son 10 ildə törətdiyi qlobal terrorda 2 milyon uşaq ölüb, 6 milyon uşaq şikəst olub. ABŞ-da hər il 2 min uşaq ailədaxili zorakılığın qurbanı olur, 140 min uşaq McDonalds-da süni fast-food yeməkdən başı xarab olan valideynlərinin sayəsində əlil olur, 150 min uşaq itkin düşür.
Hər il təkcə Nyu-Yorkda 35 min qadın zorlanır. Hər 8 qadından 1-i ağır dərəcədə narkomandır və dünyaya gətirdikləri uşaq anadangəlmə narkotik asılılığı ilə doğulur.
Amerikalıların cəmi 1%-i ölkənin bütün sərvətinin 90%-ə sahibdir, son 20 ildə yoxsulların sayı 3 dəfə artıb və 50 milyonu keçib. Bizimkilər ora gedəndə Amerikanın “tarqovı”sını gəzib qayıdırlar. Nyu-Yorkun yoxsul geceqondu məhəllələrinə getməyə “ərinirlər”...
AİDS və s. bu kimi dəhşətli dəhşətli virusları gizli laborotoriyalarında hazırlayıb dünyaya yayan ölkənin adını nədənsə “demokratiya”nın beşiyi qoyublar. Əslində, isə demoNkratiyanın beşiyi olmalıydı, “n” hərfi nədənsə unudulub, yəqin texniki səhvdir...

lalemehrali@hotmail.com                     teleqraf.com

Комментариев нет:

Отправить комментарий