06.02.2013

Qabil Abbasoğlu: “Sözü yerinə yetirəcəyik”

“Bu yaxınlarda yazıçı-publisist Zakir Sadatlının “Lent.az-ın kitabxanası” silsiləsindən “Əfqanıstan uçurumu” adlı kitabını nəşr etdirmişdik, müəlliflə bərabər kitabın təqdimatını keçirməyə hazırlaşırdıq”.
Lent.az İnformasiya Agentliyinin Baş Direktoru Qabil Abbasoğlu bildirib ki, təəssüf, əcəl “Əfqanıstan uçurumu” kitabının təqdimatını müəlliflə birgə keçirməyimizə imkan vermədi: “Öncə yanvarın 28-də “Əfqanıstan uçurumu” kitabının təqdimatını keçirməyi planlaşdırmışdıq. Lakin Zakir Sadatlı övladının toy mərasimi və səhhətindəki ağırlaşmalar səbəbindən bu təqdimatı ertələdi. Təqdimat mərasimini toydan dərhal sonraya salmaq istədik, ancaq Zakir fevralın 15-ni təklif etdi. Çünki fevralın 15-i sovet qoşunlarının Əfqanıstandan çıxmasının ildönümüdür.
Kitab da Əfqanıstan müharibəsi ilə bağlı olduğu üçün bununla razılaşdıq. Təəssüf ki, əcəl imkan vermədi”.
Qabil Abbasoğlu deyib ki, Zakir Sadatlıya verdikləri sözü yerinə yetirəcəklər: “Fevralın 15-də “Lent.az-ın kitabxanası” silsiləsindən nəşr olunmuş “Əfqanıstan uçurumu” kitabının təqdimat mərasimini təşkil edəcəyik. Təqdimat mərasiminə Zakir Sadatlının yaxınlarını, həmkarlarını və qələm adamlarını dəvət edəcəyik”.

Комментариев нет:

Отправить комментарий