09.02.2013

Qısalan təkcə ətəklərimiz olmadı...

Qısalan təkcə ətəklərimiz olmadı...İradə Cəlil

Keçmişdə insanlar çox zaman bir-birini görmədən, tanımadan ailə həyatı qurardılar. Bir –birinin kimliyini bilməyən, görməyən, xasiyyətinə bələd olmayan insanlar “ailə” modulunun altında birləşər, bu izdivacı ömürlərinin sonuna kimi davam etdirərdilər. O zamanlar xəyanətlər də az idi, qısqanclıqlar da. O zamanlar kişilər qadınlarını xəyanət üstündə öldürməzdilər. O zamanlar ailənin böyüyü, idarəçisi kişi sayılırdı.
Zaman keçdikcə, müasirləşdik. Müasirləşən təkcə gündən-günə qısalan ətəklərimiz olmadı, fikirlərimiz, düşüncələrimiz də açıq-saçıqlaşdı. Kişiləri saymaz olduq. Avropalaşmanın, müasirləşmənin bizə bəxş etdiyi “uğurlardan” biri də gender bərabərliyi oldu ki, qadınlar da kişilər kimi öz hüquqlarının müdafiəsinə qalxıb, kişilərlə bərabər olmaq istədilər.
“Kişi xəyanət edir- Mən də etməliyəm”, “Kişi ecə gec gəlir- mən də gec gələ bilərəm”.
Müasirləşə-müasirləşə, hüquqlarımız uğrunda çığır-bağır sala-sala əvvəlcə onların geyimlərinə əl atdıq. Sonra biz də onlara bənzədik, siqareti, içkini normal qəbul etməyə başladıq.
Nə isə, sizinlə bölüşmək istədiyim bu deyil əslində. Mən “ailə” –SEVGİ haqqında danışmaq istəyirəm. Bilmirəm siz nə düşünəcəksiniz. Amma nə zaman mən hisslərin ülviliyindən, sevginin varlığından danışsam, hamı mənə keçmişin qalığı kimi baxır. Bəlkə də sizin düşüncələrinz də həqiqət var. Çünki mən belə modernizmi qəbul etmirəm.
Mənim üçün kişi – sevdiyim kişi çox dəyərlidir. Heç bir zaman onun qarşısında bar-bağırıb hüquq bərabərliyindən danışmaram. Hər zaman onun fikirlərini dinlər, razılaşmağa çalışaram, iradlarım olsa belə sakitcə bildirərəm. Mən savadsız deyiləm, sərbəst düşünmə qabiliyyətinə malikəm, özümü də idarə edə bilirəm. Amma...
Sevginin nə olduğunu bilirsinizmi? Ya bu dünyada bircə dəfə yaşadığınız necə? Mən bilirəm! Bilirəm ki, bu dünyaya bir dəfə gəlmişəm, mənim də öz istəklərim, arzularım var. Ancaq onlar maddiyyatdan çox mənəvi hisslərdən irəli gəlir... Mənəvi hisslərlə bağladnığın insan sənin üçün heç bir maddiyyatdan üstün ola bilməz.
Bilirsinizmi, kişi də insandır bizim kimi, onu da Allah yaradıb, onun da ürəyi, duyğuları, arzuları, istəkləri var? Bunu bilirsinizmi?
Əgər bilirsinizsə, niyə onların duyğularına, istəklərinə uyğun olmağa çalışmırsınız. Eqonuz sizi boğur? Mən düşüncəsi sizi məhv edir? Ya istəkləriniz tükənməzdir?
Niyə ailə qurmusunuz, onunla ailə quranda xasiyyətini, xarici görünüşünü bilirdiniz axı. Sizi qədim zamanlardakı kimi gözübağlı verməyiblər. Siz istəmisiniz! Bu ailə sizin istəkləriniz üzərində qurulub.
Uzun müddət tanıdığım dostlarımdan birini bir gün qanı qara gördüm. Səbəbini soruşanda əvvəlcə danışmaq istəməsə də, sonra ailəsində olan problemi mənimlə bölüşdü. Uzun müddətli sevgi yaşadıqdan sonra valideyinlərinin belə narazılığına baxmayaraq, ailə quran dostum deyir ki, sevgili olduğu dövrdə qurduğu bütün xəyallar elə xəyal olaraq qalıb. Əvvəlcə təmiz, səliqəli görünən qız sonradan özünə baxmayan ev qadınına çevrilib, bu da azmış kimi içdiyi çaya qədər evdə kişi hazırlayır. Boşanmaq həddində olan dostum qadının evdə “mənəm-mənəm” sevdasına düşüdüyüün də deyir. Sözləri düz gəlməyən, bir damın altında öz hüquqları uğrunda ayrı-ayrılıqda mübarizəyə qalxmış bu iki gənc əslində həyatdan nə istədiyini bilmir.
Kişinin arzuları – təmiz, səliqəli, sevgi, qayğı, nəvaziş dolu, ona və fikirlərinə hörmət edən bi qadın....
Qadının düşüncələri isə, tam fəqrli. Ailə qurmasına baxmayaraq, hələ anasının sözü ilə hərəkət edən, evdə olar-olmaz hər şey üstündə mübahisə yaradan, kişinin düşüncələrinə,fikirlərinə hörmət etməyən qadın özü də bilmədən öz qarşısındakı kişini öz əlləri ilə başqasına verir.
Nədir sizin istəyiniz? Düşünürsünüz ki, olduğunuz münasibəti bitirdikdən sonra həyat üzünüzə güləcək, azadlığa çıxıb istədiyiniz kimi yaşayacaqasınız? Və yaxud evdə sizin sözünüzün keçməsini, evdə idarəçiliyi sizin etmənizi istəyirsiniz?
Bir söz deyim, əgər belə sevdadasınızsa, əl çəkin. Kişilər bizim başımızın tacı, böyüyümüzdür. Onlara hörmət etmək, onları sevməliyik. Əgər bunu etmək bacarığınız yoxdursa, ailə qurub o insanı da bədbəxt etməyin.
Qadın güzəştə getməyi, göz yummağı bacarmalıdır. Nə olar, bir dəfə dediklərimi sınayın ailənizdə. Bir dəfə dəyişin ona qarşı. Sevin, qayğısına qalın, halı ilə maraqlanın,öpün-oxşayın, sevdiyinizi dilə gətirin, dəyərli olduğunu hiss etdirin. Heç bir maddi istəkləriniz olmadan onunla nəfəs aldığınızı bildirin, sarılın ona. Məsləhətləşin, paylaşın düşüncələrinizi. Hiss etdirin ki,onun düşüncələri sizin üçün çox önəmlidir. Bircə dəfə öz istəklərinizin üzərindən xətt çəkib onun üçün yaşayın.
İnanın ki, bu, çox işə yarayacaq. Çünkin qəbul etsəniz də, etməsəniz də, ailə həyatında qadın kişini daim dinləməli, hörmət etməlidir. Çünki o sizin sevdiyiniz insandırsa, heç bir zaman sizin üçün düşüncələri pis ola bilməz. Hansı kişi qadının alçalmasını, gözükölgəli, başıaşağı olmasını istər? Hansı kişi istər ki, qadını onun-bunun əlinə baxsın.
Kişini kişi edən qadındır. Bunu əsla unutmayın. Onu dəyişdirməyə, öz istəklərinizə uyğun etməyə çalışmayın, çünki bu alınmayacaq. Ancaq siz onların istəklərinə uyğun olsanız, ailənin necə möhkəm olduğunun şahidi olacaqsınız. Onun fikirlərini qəbul etmək, o demək deyil ki, siz hüquqlarınızı ona qurban edirsiniz. Təbii, sizin hüquqlarınız var və siz onun qarşısında öz hüquqlarınızı düşünmürsünüzsə, bu artıq sevgidir. Siz özünüzü düşünməyin, sadəcə onu düşünsəniz, görəcəksiniz ki, O da sizi düşünür.
Ailənin ailə olması üçün eqonu bir kənara atmaq lazımdır. Mübahisə, dava-salaş, öz istəklərini sürəkli həyata keçirməyə çalışmaq, azadlığa can atmaq sadəcə ailənizin dağılmasına səbəb olacaq. Qəbul edin, siz onun üçün yaranmısınız və onu sevirsiniz.
Qadın evində xanım, mətbəxində kölə, yatağında fahişə olarsa, o ailə ikiqat möhkəm olar.
Necə istəyrsiniz düşünün. Bəziləriniz deyə bilərsiniz ki, elə kişilər var ki, bütün bunları başa düşüb, dəyr verə bilmir. Yenə günahkar özünüzsünüz - DÜZGÜN KİŞİNİ SEÇMƏMİSİNİZ...

pat.az

Комментариев нет:

Отправить комментарий